Icma.az
close
up
RU
Trampın Tehrana qarşı qəzəbi artır: ABŞ İran müharibəsinə hazırlıq başladı ŞƏRH

Trampın Tehrana qarşı qəzəbi artır: ABŞ İran müharibəsinə hazırlıq başladı ŞƏRH

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

İsrailin Baş Qərargah rəisi Eyal Zamir 2025-ci ili HƏMAS və İranla müharibə ili adlandırıb. O, bildirib ki, İsrail qüvvələri digər cəbhələri də tərk etməyi planlaşdırmır. “Bizim hərbi qüvvələr çox cəbhəli müharibəyə hazırdır”

Bu gün həmçinin Tramp da açıqlama verərək bildirdi ki, "İrana məktub yazmışam. Tezliklə danışıqlara başlamalıyıq, əgər danışıqlar yolu ilə razılaşmasaq, hərbi yola əl atacağıq. Bu da sizin üçün dəhşətli nəticələr verəcək"

Görünən odur ki, Tramp bir tərəfdə Ukrayna-Rusiya müharibəsinin sülhə qovuşmasını istəyir, digər tərəfdə də İranla müharibəyə hazırlaşır.

İsrail-ABŞ-İran müharibəsinin başlaması bölgəyə necə təsir göstərə bilər? 3-cü dünya müharibəsinin bir addımlığındayıq? Turkustan.az olaraq bu suallarımızı siyasi şərhçi Oqtay Qasımova ünvanladıq. Ekspert bildirdi ki, Tramp hakimiyyətinin icrasına başlayandan Amerikanın siyasətində ciddi dəyişikliklər görməkdəyik.

Amerikanın həm daxili, həm xarici siyasətində köklü dəyişikliklərə səbəb olacaq addımlar atılmaqdadır. İlk növbədə Ukrayna Rusiya savaşının durdurulması ilə bağlı Amerikanın təşəbbüsləri və burada faktiki olaraq Rusiyanın maraqlarına uyğun addımların atılması dünyada dəngələrin dəyişməsinə gətirib çıxaracaq hadisələrdir. Biz yeni dünya nizamı qurulması prossesindəyik və o günləri yaşayırıq. Trampın şübhəsiz ki, əsas prioritetləri özünün elan etdiyi məsələlərlə yanaşı İran siyasətidir. Trampın İrana yönəlik siyasətinin sərt olduğunu biz onun birinci prezidentlik dönəmindən bilirik. Bir ay öncə İsrail baş naziri ilə Vaşinqtonda görüşdə də yenə İranlar bağlı sərt açıqlamaların şahidi olduq. Yəni, Tramp bir tərəfdən İranla bağlı sərt açıqlamalar verir, digər tərəfdən Rusiyadan xahiş edir ki, İranla danışıqlarda vasitəçilik etsin və İranın güclü dövlət olduğunu söyləyir. Burada kifayət qədər ziddiyətli məqamlar var, amma İsrailin maraqları şübhəsiz ki, İranın zəiflədilməsi ilə bağlıdır. Qeyd etdiyimiz kimi Netanyahu-Tramp görüşməsində İsrailə 10 ton ağırlığında olan raketlər verildi. O raketlər ki, yeraltı tunellərə, blendajlara və nüvə obyektlərinə zərbə endirmək imkanlarına malikdir. Bütün bunlar İsrailin imkanlarını artırmaq məqsədi daşıyır. Bununla bağlı Amerikanın bölgədə təyyarə daşıyan gəmiləri var. Amerika ordusunun əsas qüvvələri də məhz mərkəz komandanlığına yaxın və orta şərqdə yerləşir. İranla bağlı şübhəsiz ki, Amerika mümkün qədər təzyiq vasitələrindən istifadə etməyə, İranı özünun maraqlarına addımlar atmağa sövq etməyə çalışacaq. Əgər bu siyasət özünün effektini verəcəksə, savaşın baş tutma riski azalacaq. Amma nəzərə almaq lazımdır ki, İsrail İranın ciddi şəkildə zəiflədilməsində maraqlıdır. Xüsusi ilə də nəzərə alsaq ki, İsrail baş naziri Netanyahu İranı düşmən qismində görür və İranın proxsi qüvvələrini son 2 ildə ciddi şəkildə neytrallaşdırıb, zəiflədib. Fürsət olduğu anda İrana hücum etməklə zəifləmiş İranı daha da zəif duruma gətirməyə çalışacaq. Doğrusu, 2025-ci ildə İsrail-Amerika-İran savaşının olacağı ehtimalları nə qədər söylənsə də, bu ehtimalın çox yüksək olmadığını düşünürəm. Amma əgər müharibə olarsa, onda qlobal səviyyədə olduqca ciddi dəyişikliklərə biz şahidlik edə bilərik.

Nəzərə alsaq ki, Ukrayna savaşı ilə bağlı məsələ öz həllini tapmayıb, yəni atəşkəs imzalanmayıb, Rusiya ilə danışıqların hansı məcrada tamamlanacağını indidən söyləmək çətindir. Burada Çin faktoru da var. Yəni, bu baxımdan hazırda məncə Trampın əsas məqsədi ciddi şəkildə təzyiq siyasəti həyata keçirməklə öz istəklərini əldə etməkdir. İran məsələsi Tramp üçün vacib olsa da, 2025-ci ildə müharibənin olacağını düşünmürəm.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Mart 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri