“Trampın təşəbbüsü ilə formalaşan şurada Azərbaycanın kifayət qədər hörmətli yeri var” Deputat
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sülh Şurasında təmsil olunmaq üçün Azərbaycana dəvət ABŞ Prezidenti Donald Tramp tərəfindən göndərilib. Tramp 8 müharibəni dayandırdığını bəyan edir, düzdür, o müharibələrlə bağlı fərqli yanaşmalar mövcuddur. Amma ABŞ liderinin sülh prosesinə ən uğurlu töhfəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı oldu. Konkret olaraq dövlət başçıları Vaşinqtona gəldilər, Trampın iştirakı ilə sülh sazişinin mətni paraflandı, Birgə Bəyannamə qəbul olundu. Bir çox mübahisəli məsələlər, o cümlədən, Zəngəzur dəhlizi ilə bağlı ABŞ müəyyən öhdəliklər götürdü”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Deputat bildirib ki, ABŞ vasitəçi olmasa da, prosesi dəstəkləyən bir dövlət kimi Ermənistan- Azərbaycan münaqişəsinin tamamlanmasında kifayət qədər əhəmiyyətli rol oynayıb:
“Belə olan halda, Trampın dəvətinə Azərbaycan və Ermənistan liderləri mütləq şəkildə müsbət reaksiya verməli idilər və verdilər. Şuranın Azərbaycan və Ermənistan üçün öhdəliklərinə, töhfələrinə, hansı qazancın olacağına gəlincə, bunlar hələlik açıq qalan məsələlərdir. Ümumiyyətlə, Sülh Şurasının davamlı olması, effektivliyi təkcə Trapmpın deyil, ABŞ dövlətinin həm bu gün, həm də sabah verəcəyi qərarlardan asılıdır. Amma ilkin mərhələdə Azərbaycan buna müsbət cavab veməli idi və verdi. ABŞ liderinin təşəbüsü ilə formalaşan qurumda Azərbaycanın kifayət qədər hörmətli yeri var. Şuranın Nizamnaməsinin imzalanması mərasimində Trampın sağında və solunda Azərbaycan və Ermənistan liderləri əyləşmişdilər. Hesab edirəm ki, bu özü-özülüyündə bizim dövlətlərimiz üçün müsbət bir haldır”.
R.Musabəyov qeyd edib ki, Davosda keçirilən prezidentlər İlham Əliyevlə Donald Trampın görüşü ikitərəfli münasibətlərin möhkəmləndrilməsinə hesablanmış bir görüş idi.
“Biz fotolara baxanda görürük ki, çox səmimi bir görüş keçirilib. Azərbaycan və ABŞ hazırda strateji tərəfdaşlıqla bağlı xartiya üzərində iş aparırlar. Bu işlər Bakı və Vaşinqtonu tərəfdaş ölkələrə çevirə bilər. Bu, olduqca vacibdir, çünki ABŞ yenə də yeganə superdövlətdir. Çin, Avropa İttifaqı ABŞ ilə eyni ranqda çıxış etməyə çalışsalar da, hələlik ABŞ-ın araxasında qalırlar. Eyni zamanda, nəzərə alsaq ki, həm Senatda, həm Nümayəndələr Palatasında respublikaçı çoxluq mövcuddur, Azərbaycan bu administrasiyanın dövründə ədalətsiz 907-ci düzəlişin ləğvi ilə bağlı da səyləri gözləyir. Belə olan halda, Davosda Azərbaycan və ABŞ prezidentləri arasında aparılan danışıqlar əhəmiyyətlidir və əminik ki, nəticəsiz qalmayacaq”, - deputat vurğulayıb.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Yanvar 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















