Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Trampın xarici siyasəti Azərbaycan üçün nə vəd edir? Deputat ŞƏRH ETDİ

Trampın xarici siyasəti Azərbaycan üçün nə vəd edir? Deputat ŞƏRH ETDİ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp inaqurasiyası zamanı etdiyi çıxışda həm müttəfiq, həm də rəqib dövlətlərə münasibətdə səsləndirdiy "Öncə Amerika" prinsipini eyni sərtliklə nümayiş etdirməkdədir. Prezident Trampın Davos İqtisadi Forumunda onlayn formatda etdiyi çıxışda da bu yanaşmanı beynəlxalq auditoriya üçün də təkrarlaması xarici siyasət sahəsində onun edəcəyi ciddi dəyişikliklərdən xəbər verir”.

Bu barədə Modern.az-a açıqlamasında millət vəkili Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni Dövlət katibi Mark Rubionun öz X sosial şəbəkə hesabındakı aşağıdakı açıqlaması da xarici siyasətdə çox məsələlərə yenidən baxılacağı müjdəsini verir:

“Hər xərclənən dollar, hər maliyyələşdirilən layihə, həyata keçirilən siyasət ABŞ-ni daha təhlükəsiz, daha güclü və firavan etməsi nöqteyi-nəzərindən əsaslandırılmalıdır.”

Prezident Donald Tramp artıq xarici ölkələrə ABŞ-ın göstərdiyi yardımın yenidən qiymətləndirilməsinə dair sərəncam imzalayıb. Bu, yardımın 90 gün müddətinə dayandırılmasını nəzərdə tutur (burada istisna yalnız iki dövlətə, İsrail və Misirə münasibətdə edilib). Trampın imzaladığı sənəddə qeyd edilir ki, ABŞ-ın xarici yardım sahəsi və onun daxilində hökm sürən bürokratiya Amerikanın maraqlarına uyğun deyil və bir çox cəhətdən Amerika dəyərlərinə ziddir. Bu vəsaitlərin öz təyinatı üzrə xərclənməməsi barədə suallar həm də qəbul edən tərəflərdə yaranıb. Məsələn, Gürcüstanın baş naziri İrakli Kobaxidze ötən həftə mətbuat konfransında deyib ki, “ABŞ-dan gələn pullar tez-tez digər ölkələrin suverenliyinə xələl gətirmək üçün proseslərin maliyyələşdirilməsinə istifadə olunurdu. Məlum oldu ki, Amerika pulları düzgün olmayan prosesləri maliyyələşdirmək üçün sərf olunurdu.”

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Bayden-Blinken administrasiyası dönəmində Ermənistana (texniki) yardımları faktiki ikidəfə artıraraq 250 milyon dollara çatdırıb. Bu xərclər hətta Ermənistanın iqtisadi və ya sosial inkişafına yönəldilsə də, həmin yardımlar təcavüzkar kemişi olan, revanşist meyilli Ermənistana imkan verir ki, bunun sayəsində öz büdcəsində həmin sahələrə vəsait ayırmasın, qənaət etsin və bu vəsaiti hücumxarakterli silahlanmaya yönəltsin. Bu da göstərir ki, hətta humanitar xarakterli düşünülən yardımlar, reallıqda başqa məqsədlər üçün sui-istifadə olunur.

Diplomatiyada siyasi müdaxilə məqsədilə “yumşaq vasitə və ya alət” kimi istifadə edilən texniki yardım məsələsinə yenidən baxılması həm yeni Amerika administrasiyası tərəfindən, həm də qəbul edilən tərəfdən qaldırılırsa, deməli islahat aparılası məqamlar çoxdur. Ermənistana edilən davamlı yardımlar aidiyyəti regiona münasibətdə sabitliyin və sülhün əldə edilməsində çoxsaylı suallar və narahatlıq yaradırsa, deməli həmin yardımların təyinatına və effektivliynə yenidən baxılmalıdır”.

R.Nəbiyev qeyd edib ki, Ermənistan hökuməti xarici siyasətdəki "yelləncək siyasəti" ilə həm Rusiyadan yararlanmağa çalışır, həm də Qərbin yanında olmaq istəyir:

“Ermənistanın etibarsız tərəfdaş olması, xarici və iqtisadi siyasətdə müstəqil olmaması, alıcılıq qabiliyyətinin çox aşağı olması onun ciddi və etibarlı tərəfdaş kimi qəbul edilməsini çətinləşdirir. Bu gün Azərbaycan, Gürcüstan və Ermənistanda siyasi dairələri düşündürən məsələ yeni ABŞ administrasiyasının Cənubi Qafqaz siyasətinin necə gurulacağıdır? Digər bir məqam isə Avropanın yeni təhlükəsizlik arxitekturasının gələcəyi və onun Cənubi Qafqaz regionuna təsiri ilə bağlı məsələlərdir. Hərbi büdcəsi 824 milyard ABŞ dollarından çox olan ABŞ-ın yeni Prezident Administrasiyası NATO üzvü olan Avropa tərəfdaşlarından müdafiələrinin təşkili ilə bağlı xərclərini özlərinin təmin etməsi üçün hərbi xərclərini ÜDM-in 5 faiz həcminədək qaldırmasını tələb edir. Hazırda əksər Avropa dövlətlərində bu xərc 2-3 faiz arasında dəyişir. Hərbi xərclərin artırılması NATO üzrə tərəfdaş kimi Birləşmiş Ştatları qane etsə də, Avropa İttifaqı üzvü dövlətlər arasında rəqabət və qısqanclığı gücləndirir, məsələn, Almaniyanın hərbi xərclərinin artması qonşu Polşa və eləcə də İtaliya tərəfdən narahatlıqla qəbul edilir. Rusiya-Ukrayna müharibəsinin dayandırılması və bu problemin hərtərəfli həlli ilə bağlı müzakirə olunan əsas məsələlərdən biri Avropanın ümumi təhlükəsizlik axritekturasının gələcəyi, Rusiya və NATO dövlətləri arasında təhlükəsizlik zəmanəti ilə bağlıdır. Xüsusi ilə birinci məsələ kontekstində Cənubi Qafqaz dövlətlərinin təhlükəsizliyi ilə bağlı məsələlər də hansısa formada və hansısa mərhələdə müzakirə predmetində yer ala bilər. Rusiya rəhbərliyi ABŞ-nin yeni administrasiyası ilə görüşə hazırlıq istiqamətində regional və qlobal mövqelərini möhkəmləndirir. Kremldə İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanması, Çinlə dövlət başçıları səviyyəsində onlayn formatda keçirilən görüşdə dostluq münasibətləri və çoxqütblü dünya düzəninin əhəmiyyətinin vurğulanması bunu təsdiq edir. Rusiya üçün prioritet məsələ ABŞ və Avropa dövlətləri ilə Ukraynaya dair danışıqlarda güclü mövqedən çıxış etmək və daha çox siyasi və hərbi-təhlükəsizlik güzəşti əldə etməkdir. Azərbaycan ABŞ-la enerji, nəqliyyat-logistika, terrorizmlə mübarizə sahələrindəki uzunmüddətli səmərəli əməkdaşlıqdan çıxış edərək, münasibətlərə yeni məzmun verilməklə onu strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda maraqlı olduğunu bəyan etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ-ın 47-ci Prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda da bu faktor vurğulanmışdır: “Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq ediblər.”

Millət vəkilinin sözlərinə görə, müstəqilliyimizin ilk illərində transmilli enerji şirkətləri ilə birgə Azərbaycanın Xəzər dənizi sektorundakı neft və qaz ehtiyatlarının istismarı və ixracı ilə bağlı fəaliyyətin həyata keçirilməsində ABŞ hökumətinin siyasi və investisiya dəstəyi mühüm rol oynadı:

“Azərbaycan öz qazını “Cənub qaz dəhlizi” vasitəsi ilə Avropaya, neftini Bakı-Tbilissi-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Aralıq dənizi limanı olan Ceyhana ixrac etməklə ABŞ-nin Avropada NATO üzvü olan müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına sabit şəkildə töhfə verir. Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən vacib komponentlərindən biridir. NATO üzvü olan dövlətlərin milli təhlükəsizliyinin təminində Azərbaycanın iştirakı isə həm də ölkəmizin dost və etibarlı tərəfdaş kimi beynəlxalq tərəfdaşlıqda mühüm rolunun və funksiyasının olduğunu təsdiqləyir. Prezident İlham Əliyev Donald Trampa ünvanladığı təbrik məktubunda “ənənəvi sahələrdə qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın qətiyyətlə davam etdirilməsi” ilə yanaşı, “yeni əməkdaşlıq sahələri üzrə də sıx işləmək” qətiyyətini və “əməkdaşlığın yeni məzmun kəsb edəcəyinə” inamını ifadə etdi. Cari il yanvar ayının əvvəlində Prezident İlham Əliyev yerli mətbuat nümayəndələri ilə müsahibəsində Birləşmiş Ştatlarla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldımaq ismarıcını açıqlamışdı. Strateji tərəfdaşlıq isə əsasən təhlükəsizlik və hərbi-müdafiə sahələrində intensiv əməkdaşlığı ehtiva edir. Prezidentin təbrik məktubundan sitat bunu daha aydın təsdiqləyir: ”İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir.”

Müsahibimiz sonda vurğulayıb ki, ABŞ-Azərbaycan münasibətlərində digər vacib bir komponent terrorizmlə mübarizədə birgə fəaliyyət və Birləşmiş Ştatlar hökumətinə hakimiyyətdə hansı partiyanın nümayəndəsinin olmasından asılı olmayaraq bu sahədə uzun illər məhdudiyyətsiz dəstəyin göstərilməsidir:

“Bu sahədə də Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğrultmuşdur. Əfqanıstanda həyata keçirilən uzun müddətli birgə əməkdaşlıq və ABŞ-ın Əfqanıstana müxtəlif təyinatlı uçuşlarının həyata keçirilməsində Azərbaycanın verdiyi nəqliyyat-loqistik yardım ikitərəfli münasibətlərdə etibarlılığa və qarşılıqlı dəstəyin olmasına çox yaxşı nümunədir. Hətta bu səylərin dəstəklənməsi və genişləndirilməsi niyyəti ilə “Azadlığı Dəstəkləmə Aktı”na 1992-ci ildə edilən ədalətsiz 907-ci düzəliş dayandırılmışdır. Amma keçmiş administrasiyanın Əfqanıstandan qaçmasından və Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra Bayden administrasiyası 2023-cü ildə 907-ci düzəlişin bərpasına qərar vermiş və Azərbaycana hərbi yardımların edilməsini dayandırmışdı. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə “Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət” göstərildiyini dedi. “907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü” kimi səciyyələndirən dövlətimizin başçısı “bunun da nəticəsində ikitərəfli əlaqələrin böhrana sürükləndiyini” bildirdi. İnaqurasiyası zamanı etdiyi çıxışda "Mən sülhməramlı olmaq, bütün müharibələri dayandırmaq istəyirəm" mesajını verən Donald Tramp dünyada sülhün bərqərar olmasını prioritet elan etdi. Azərbaycan və Ermənistan arasında müharibə yoxdur, çünki Azərbaycan dövləti Ermənistanın beynəlxalq hüquqa zidd işğalına son qoymuşdur. İki ölkə arasında de-fakto sülh və sabitlik var və onun davamlı sülhə çevrilməsi üçün sülh müqaviləsinin imzalanması və onun implementasiyası vacibdir. Bu istiqamətdə də Donald Tramp administrasiyasının sülhməramlı missiyası üçün imkanlar var. Sülh müqaviləsinin əksər müddəaları üzrə razılıq əldə edildiyindən bu, sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstruktiv addımlar atması və Azərbaycanın məlum obyektiv şərtlərini qəbul etməsi prosesini sürətləndirə bilər. Praqmatizmi qiymətləndirən yeni ABŞ administrasiyasının bu istiqamətdə Azərbaycanın sülh səylərini dəstəkləməsi və əldə ediləcək real nəticə Prezident Donald Trampın başqa regionlardakı sülh missiyası üçün də uğurlu nümunə ola bilər. Sadalanan faktorlar sağlam düşüncə və praqmatizmi dəyərləndirən ABŞ administrasiyasının Azərbaycanla münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, nəticəyönümlü strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirmək üçün yaxşı bazadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri