Icma.az
close
up
RU
Trampın ultimatumunun son saatları: Putin geri addım atmağa hazırlaşır? ŞƏRH

Trampın ultimatumunun son saatları: Putin geri addım atmağa hazırlaşır? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə verdiyi vaxt iki gün ərzində başa çatır. Trampın administrasiyası bu müddət ərzində Moskvanın Ukraynadakı hərbi əməliyyatlarını dayandırmasını gözləyir.

Vaxtın tamamlanması ilə yanaşı, həm beynəlxalq ictimaiyyətin, həm də diplomatik dairələrin diqqəti Kremlin atacağı addımlara yönəlib. Bəs, bu təzyiq Moskvanın mövqeyinə təsir edə bilərmi? Putin savaşın bitməsi üçün Trampın şərtlərini qəbul edəcəkmi? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Oqtay Qasımov

Hesab etmirəm ki, Trampın tətbiq edəcəyi sanksiyalar Rusiyanın mövqeyində ciddi dəyişikliklərə səbəb olacaq. Çünki Trampın özü də bildirdiyi kimi, tətbiq olunacaq tariflər ikinci dərəcəli xarakter daşıyacaq və bu sanksiyalar əhəmiyyətli təsir göstərməyəcək.

Trampın xüsusi nümayəndəsi Moskvaya səfər etdi, Vladimir Putin onu qəbul etdi və bu səfər zamanı aparılacaq müzakirələrin nəticəsindən asılı olaraq proseslərin gedişatı müəyyənləşəcək. Lakin ümumilikdə yaxın aylarda Rusiya-Ukrayna müharibəsinin dayandırılacağını və Rusiyanın Trampın şərtlərini qəbul edəcəyini düşünmürəm.

Əgər Rusiya savaşı dayandırmasa, Trampın ritorikasında müəyyən sərtləşmələr baş verə bilər. Bundan əlavə, əvvəl qeyd etdiyim sanksiyalar və tarif artımları tətbiq edilə bilər. Daha sonra proseslərin necə inkişaf edəcəyini müşahidə edəcəyik.

Hazırkı şəraitdə Trampın nə Rusiya ilə münasibətləri birbaşa və kəskin şəkildə pozacağı, nə də Ukraynanı ciddi şəkildə dəstəkləyəcəyi ehtimal olunur. Çünki onun öz siyasi maraqları və prioritetləri var. Hesab edirəm ki, bu proses tədricən inkişaf edəcək və ilk on gün ərzində hər hansı radikal dəyişiklik baş verəcəyi real deyil.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Avqust 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri