Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Trampın verdiyi müddət sona çatanadək, qarşıdurma daha da gərginləşəcək Politoloq

Trampın verdiyi müddət sona çatanadək, qarşıdurma daha da gərginləşəcək Politoloq

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bir qayda olaraq, aralarında münaqişə olan ölkələrin liderlərinin görüşünün keçirilməsi üçün əvvəlcə müəyyən zəmin formalaşdırılmalıdır. Yəni, hər hansı bir münaqişənin həlli istiqamətində irəliləyiş əldə olunmalı, daha sonra liderlərin görüşü təşkil edilməlidir".

Bunu Redaktor.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Kiyevin avqustun sonuna qədər Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş təklifini şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Ukraynanın bu təklifinin reallaşması üçün Rusiya və Ukrayna arasında problemlərin həlli istiqamətində nəzərəçarpacaq irəliləyiş müşahidə olunmur:

"Xüsusilə İstanbul görüşündə danışıqlar üç istiqamətdə aparılıb: siyasi, humanitar və atəşkəslə bağlı. Ukrayna tərəfinin verdiyi rəsmi açıqlamalara əsasən, yalnız humanitar sahədə əsirlərin dəyişdirilməsi və digər bu qəbildən olan məsələlərlə bağlı müəyyən razılıq əldə olunub. Bu da onu deməyə əsas verir ki, atəşkəslə və siyasi məsələlərlə bağlı heç bir razılaşma yoxdur. Bunun səbəbi isə tərəflərin kompromisə getmək niyyətində olmamalarıdır. Bu vəziyyəti formalaşdıran bir sıra aspektlər mövcuddur. Rusiya tərəfinin maksimalist tələbləri var. Prezident Putin bildirib ki, atəşkəsin əldə olunması üçün Ukrayna Rusiyanın işğalı altında olan Luqansk, Donetsk, eyni zamanda Zaporojye və Xerson vilayətlərini, həmçinin Krımı Rusiyanın tərkib hissəsi kimi tanımalıdır. Xerson və Zaporojye tamamilə boşaldılmalıdır. Avropa İttifaqı və Britaniya tərəfindən Ukraynaya göstərilən hərbi yardım dayandırılmalıdır. Ukraynanın NATO-ya üzvlüyü ümumiyyətlə müzakirə mövzusu olmamalıdır. Bundan əlavə, atəşkəs əldə olunduqdan sonra Rusiyanın tələb etdiyi əsas məsələlərdən biri də Ukraynada seçkilərin keçirilməsidir".

Siyasətçinin sözlərinə görə, Ukrayna tələb edir ki, heç bir ilkin şərt olmadan, qeyd-şərtsiz atəşkəsə imza atılsın və daha sonra müzakirələrə başlanılsın. Lakin o, qeyd etdi ki, Rusiya bu yanaşmanı qəbul etmir.

"Rəsmi Moskva hesab edir ki, əgər qeyd-şərtsiz atəşkəsə razılıq versə, Ukrayna bu fürsətdən istifadə edərək yenidən silahlanacaq və sonradan Rusiyaya qarşı hücumlar təşkil edəcək. Bu baxımdan tərəflər arasında qarşılıqlı tələblərlə bağlı heç bir kompromis yoxdur və bu da sülh prosesini dalana dirəyir. Rusiya görünür ki, hazırda işğalını davam etdirməkdə maraqlıdır. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp hər iki tərəfə 50 günlük vaxt verib. Bu müddət həm də test xarakteri daşıyır. Mənim fikrimcə, bu 50 gün ərzində tərəflər cəbhədə üstünlük əldə edərlərsə, bu, onlara diplomatik masa arxasında daha əlverişli mövqedən çıxış etmək imkanı verəcək. Məhz bu səbəbdən Rusiya hücumlarını davam etdirir və daha çox ərazi işğal etməyə çalışır ki, sonda istədiyi ərazilərlə bağlı Ukraynanı güzəştə məcbur edə bilsin. Ukrayna isə əks-tədbirlərlə cavab verir, Rusiyanın hava və dəniz limanlarına zərbələr endirməklə, eləcə də kəşfiyyat sahəsində üstünlüklər qazanmaqla Rusiyanı zəiflətməyə çalışır. Bu da onu deməyə əsas verir ki, sentyabrın 2-nə qədər, yəni Trampın verdiyi müddət sona çatanadək, qarşıdurma davam edəcək və hətta daha da gərgin hal alacaq.
Sentyabrın 2-nə qədər baş verəcək hadisələr və cəbhədəki real vəziyyət, ehtimal ki, siyasi dialoq üçün həlledici amilə çevriləcək. Bu səbəbdən düşünürəm ki, Ukraynanın avqustun sonlarına nəzərdə tutduğu liderlərin görüşü ilə bağlı təklifinin reallaşma ehtimalı hazırkı şəraitdə çox aşağıdır", - deyə Əli Zülfüqaroğlu vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri