Icma.az
close
up
RU
Trampın xüsusi elçisi Bakıya niyə gəlmişdi İbrahim sazişi və Bakı İrəvan sazişi ilə bağlılıq...

Trampın xüsusi elçisi Bakıya niyə gəlmişdi İbrahim sazişi və Bakı İrəvan sazişi ilə bağlılıq...

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məhəmməd Əsədullazadə: “Uitkofun Bakı səfəri və digər çağırışlar sülhün tezləşməsinə hesablanıb”

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi, Vladimir Putinlə atəşkəslə bağlı danışıqlar aparmaq üçün xüsusi missiya ilə Moskvaya getmiş Stiv Uitkofun oradan birbaşa Bakıya gəlməsi xeyli maraq doğurur. Uitkof Putinlə görüşəndən dərhal sonra, gecə saat 3-də onun təyyarəsi “Vnukovo” aeroportundan havaya qalxaraq, 5.30-da Bakıya enib.

Xüsusi nümayəndənin səfəri haqqında heç bir rəsmi açıqlama yoxdur. İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, Uitkof Azərbaycan-ABŞ-İsrail üçtərəfli münasibətlərini müzakirə etmək üçün Bakıya gəlib. Söhbət nədən gedir?

Martın 5-də İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirmişdi ki, İsrail Azərbaycanın da daxil olduğu üçtərəfli əməkdaşlıq formatı yaratmaq üçün ABŞ ilə danışıqlar aparır. “Azərbaycan İsrailin Qafqaz regionundakı vacib tərəfdaşıdır. Ölkələrin münasibətləri təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarını əhatə edir”,- məlumatda deyilirdi. Bundan bir neçə gün sonra milli missiyalar naziri Orit Strok isə hökumətin qarşısındakı çıxışında Azərbaycan-İsrail əlaqələrini “qarşılıqlı maraqlara və uzunmüddətli dostluğa əsaslanan unikal münasibət” adlandırıb. Xanım Strokun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə münasibətləri möhkəmləndirməkdə davam edəcək və buna mane olmaq istəyənlərlə qəti şəkildə mübarizə aparacaq. Bundan sonra İsraili və yəhudi diasporunu təmsil edən onlarla məşhur ravvin ABŞ prezidenti Donald Trampa məktub yazaraq Azərbaycanı “İbrahim sazişi”nə daxil etməyə çağırdı. Onlardan biri - Birləşmiş Ərəb Əmirliklərinin baş ravvini Əli Abadi Trampın kürəkəni Cared Kuşnerə yaxınlığı ilə tanınır. O, həmçinin, “İbrahim sazişi”nin müəlliflərindən biridir. Bu məktub mediada və diplomatik dairələrdə böyük rezonans doğurmuşdu.

Maraqlıdır, Trampın xüsusi nümayəndəsi Uitkofun həm də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi təsdiq ediləndən sonra Bakıya səfər etməsi nə deməkdir? Üstəlik, Prezident İlham Əliyev “Euronyus” televiziyasına müsahibəsində dedi ki, Tramp hökumətindən müsbət addımlar gözləyirik. O baxımdan bütün bunlardan sonra bunun baş verməsi nə deməkdir?

“Vaşinqton hesab edir ki, Azərbaycanın “İbrahim sazişi”ndə iştirakı ümumi işə töhfə verəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan ABŞ-ın yeni administrasiyası ilə əlaqələrin inkişafında maraqlıdır: “Və bu istiqamətdə öz diplomatk səylərini artırıb. ABŞ prezidentinin xüsusi nümayəndəsinin Bakıya səfəri geniş ictimaiyyətə açıqlanmasa da, hər halda tərəflər arasında konfidensial danışıqlar var. Təbii ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır. Tramp da sülh sazişinin imzalanmasında müəyyən qədər iştirak etmək istəyir. İstəyir ki, imzalanacaq sülh həm də onun aktivinə yazılsın. Çünki bu, beynəlxalq müstəvidə ona dividend gətirəcək. Trampın milli təhlükəsizlik üzrə müşavirinin Prezident köməkçisi Hikmət Hacıyevlə telefon danışığından aydın olur ki, Vaşinqton sülh sazişinin tezləşməsində maraqlıdır. Çünki dövlət katibi Marko Rubio da sülhlə bağlı çağırış etdi. O baxımdan hesab edirəm ki, Uitkofun Bakı səfəri və digər çağırışlar sülhün tezləşməsinə hesablanıb. Tramp administrasiyasının siyasi iradəsi Azərbaycanla əlaqələri genişləndirməyi özündə ehtiva edir. Digər tərəfdən Vaşinqton istəyir ki, müsəlman ölkəsi olan və həm də İsraillə yaxın əlaqələrə malik Azərbaycan “İbrahim sazişi”ndə yer alsın. Nəzərə almaq lazımdır ki, “İbrahim sazişi” hələ Trampın birinci prezidentliyi dövründə ərsəyə gəlib. Vaşinqton hesab edir ki, Azərbaycanın iştirakı ümumi işə töhfə verəcək”.

Vidadi ORDAHALLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Mart 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri