Icma.az
close
up
RU
Trampın yaxın ətrafı ona Putinə zəng etməməyi məsləhət görür

Trampın yaxın ətrafı ona Putinə zəng etməməyi məsləhət görür

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın yaxın ətrafı ona Ukraynada tam atəşkəsə razılaşana qədər Rusiya lideri Vladimir Putinə zəng etməməyi tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "NBC News" öz mənbələrinə istinadən məlumat yayıb.

Tramp administrasiyasının rəsmilərinin sözlərinə görə, bu günə qədər iki lider arasında heç bir danışıq planlaşdırılmayıb. Eyni zamanda onlar xəbərdarlıq ediblər ki, Tramp qəfildən Putinlə danışmaq istədiyinə qərar verə bilər. Eləcə də, onlar bildiriblər ki, Trampa özü də deyilib ki, Putin Ağ Evə Ukrayna ilə müharibədə tam atəşkəslə razılaşdığını deməsə, telefon danışığı yaxşı fikir deyil.

Nəşr qeyd edir ki, rusiyalı müzakirəçi Kirill Dmitriyev aprelin 3-də axşam Ağ Evin nümayəndələri və respublikaçı deputatlarla görüşüb. Amma, Trampın görüşdə iştirak edib-etmədiyi barədə məlumat verilməyib.

Dmitriyev Trampın xahişi ilə Ağ Evdə Cənubi Karolinadan respublikaçı senatorlar Lindsi Qrem və Oklahoma ştatından Markvayn Mullin ilə görüşüb. Üç ABŞ rəsmisi bildiriblər ki, onlar Ukraynada müharibənin dayandırılması şərtlərini və Putinin atəşkəs tələblərini müzakirə ediblər.

Tramp bazar günü "NBC News"a deyib ki, bu həftə Putinlə danışmağı planlaşdırır. O, həmçinin bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin istefa verməli olduğunu dediyi üçün Putinə “çox qəzəblənib”.

"Times" daha əvvəl yazıb ki, Putinə müharibə lazımdır və Tramp bunu anlaya bilər. Qeyd olunur ki, bu məlumatlılıq Trampın Ukraynaya qarşı irəli sürdüyü daha da yırtıcı tələbləri izah edə bilər.

Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri vurğulayıblar ki, Kreml real atəşkəsdə maraqlı deyil və qüvvələrini yenidən toplamaq və silahlandırmaq üçün fasilədən istifadə edərək sülh danışıqları prosesini uzatmağa çalışır.

"Bloomberg" onu da yazıb ki, Rusiya danışıqların nəticə vermədiyi təqdirdə müharibəni davam etdirməyə hazır olmasına baxmayaraq, hələ də Donald Trampdan ölkə üçün məqbul sülh sazişi bağlayacağını gözləyir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Aprel 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri