Icma.az
close
up
RU
Trampın Yeni il təbriki dünyanı təlatümə gətirdi

Trampın Yeni il təbriki dünyanı təlatümə gətirdi

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Co Bayden və onun gələcək varisi Donald Tramp çərşənbə günü tamamilə ziddiyyətli Milad mesajları veriblər.

Turkustan.az politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğluna istinadən xəbər verir ki, Bayden "xeyirxahlıq və şəfqət" haqqında qısa, ənənəvi mövsümi mesaj göndərərkən, Tramp Milad mesajlarında yenə ərazi iddialarına işarə edib.

Politoloq bildirib ki, Trampın Panama kanalının ələ keçirilməsi, Qrenlandiyanın satın alınması və Kanadanın ilhaqı ilə bağlı mesajları beynəlxalq aləmdə narahatlığı artırıb:

"Tramp solçulara da maraqlı mesaj göndərib:

“Məhkəmə sistemimizə və seçkilərimizə daim mane olmağa çalışan radikal sol çılğınların Milad bayramını təbrik edirəm”.

Baydenin "bütün amerikalılara" bayram istəklərindən fərqli olaraq, Tramp postlarında ölkə daxilində və xaricində siyasi qütbləşməni gücləndirməyə çalışır. Donald Tramp birinci dəfə prezident seçiləndə də rəqiblərini hədələmişdi. Onun 31 dekabr 2016-cı ilə mesajında bunlar yazılmışdı: “Çoxsaylı düşmənlərim və mənimlə mübarizədə uduzub, indi əlacsız qalanlar da daxil olmaqla, hamının Yeni il bayramını təbrik edirəm”.

Tramp bu dəfəki Yeni il təbrikində Panama kanalına “xüsusi yer ayırıb”. “Panama kanalını qanunsuz istismar edən Çinin sevimli əsgərlərini təbrik edirəm” cümləsində həm Panama dövlətinə, həm də Çinə təhdid yer alıb. Tramp vaxtilə ABŞ-a məxsus kanalın yanlış olaraq Panama dövlətinə verildiyini bildirib. O bunu Vaşinqtonun böyük yanlışlığı adlandırıb. Çünki Tramp hesab edir ki, Panama dövləti kanaldan istifadə edən ABŞ ticarət gəmilərindən böyük miqdarda gömrük haqqı alır. Tramp cüməsində Çini ona görə xatırladıb ki, Pekin son illərdə Panama dövlətinə böyük yatırımlar həyata keçirib. Çinin Panama kanalının ətrafında ümumi həcmi bir neçə milyard dollarlıq yatırımları var. Bu səbəbdən Pekin Trampın “Panama kanalı Amerikaya məxsus olmalıdır” təhdidinə ciddi yanaşıb. Trampın təhdidi həm Çinin yatırımlarına təhdiddir, həm də kanal üzərindən idxal-ixrac məhsullarını daşıyan Çin məhsullarının qiymət artımına səbəb ola bilər. Tramp Prezident seçiləndən sonra Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqinə də hazırlaşır.

Bu arada, Pekinin də Trampa mesajı var: “Çin hesab edir ki, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığı qarşılıqlı faydalıdır. Heç kim ticarət müharibəsində və ya tarif müharibəsində qalib gəlməyəcək”. Bu, Pekinin Trampa xəbərdarlığıdır ki, Ağ Evin yeni sahibi ticarət müharibəsinə başlasa, Çinlə yanaşı ABŞ da zərər görəcək. Trampdan sərt mövqe gözləyən Çin Asiyanın böyük dövlətləri, xüsusən Hindistan, Yaponiya, İndoneziya və Vyetnam ilə münasibətlərində taktiki düzəlişlər etmək məcburiyyətində qalacaq". /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Dekabr 2024 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri