Icma.az
close
up
RU
Trampın ziqzaqvari siyasəti: Ticarət müharibəsi kriptovalyuta bazarına hansı təsiri göstərəcək?

Trampın ziqzaqvari siyasəti: Ticarət müharibəsi kriptovalyuta bazarına hansı təsiri göstərəcək?

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Hazırda milli və qlobal valyutalar, xüsusən də dollar və euro əsas mübadilə vasitələri kimi dominant mövqeyə malikdir. Lakin yaxın 5 ildə mövcud valyutalarla yanaşı, kriptovalyutalar da bazarda əsas söz sahibi olacaq".

Bu sözləri ABŞ prezidenti Donald Trampın ticarət müharibəsinin kriptovalyuta bazarına mümkün təsirlərini dəyərləndirən Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bakıvaxtı.az-a açıqlamasında deyib.

O bildirib ki, Trampın ziqzaqvari siyasətinin öncədən proqnozlaşdırılması müəyyən problemlər yaradır.

"Tramp prezident seçkilərindən bir müddət əvvəl kriptovalyutaya qarşı müharibə elan etsə də, daha sonra yeni mübadilə sisteminin tərəfdarı kimi çıxış etməyə başladı. Hətta andiçmə mərasiminə bir neçə gün qalmış öz adına olan şəxsi kriptovalyutanı bazara buraxdı. Həmin kriptovalyuta qısa müddət ərzində məşhurlaşdı və hazırda da bazardadır”.

Müsahibimizin sözlərinə göə, söhbət ondan gedir ki, Trampın qərarlarından asılı olmayaraq, biz XXI əsrdə yaşayırıq və kriptovalyutalar getdikcə bazarı daha geniş şəkildə əhatə edir. Qarşıdakı dövrdə kriptovalyutalar mübadilə vasitəsi kimi bazarı zəbt edəcək və daha çox dövriyyədə olacaq.

Vüqar Oruc: Trampın siyasətinin öncədən proqnozlaşdırılması müəyyən problemlər yaradır

V.Oruc qeyd edib ki, ABŞ-dəki seçkilərdə prezidentin təbliğat fondunun böyük bir hissəsi məhz kriptovalyuta sahiblərindən formalaşmışdı. Bu, onu deməyə əsas verir ki, seçkiyə sərf olunan maliyyə seçkidən sonra qalib prezidentin siyasətində mütləq şəkildə özünü göstərməlidir:

"İndiki məqamda Trampın kriptovalyuta sahibkarlarını dəstəkləməsi yaxın zamanlarda kriptovalyuta bazarında genişlənmə və inkişafın olacağını göstərir. Bu inkişafın təzahürü isə hələ də Azərbaycanda tam formalaşmamış kriptovalyuta bazarına öz təsirini göstərəcək. Bu gün bəzi qurumlar və şəxslər istisna olmaqla, ölkəmizdə mövcud kriptovalyuta bazarı yox səviyyəsindədir. Bu istiqamət ölkəmizdə elə də maraqla qarşılanmayıb. Bütün hallarda 5 il ərzində kriptovalyutaya keçidin şahidi ola bilərik".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri