Icma.az
close
up
RU
Trampın yeni ticarət müharibəsi hansı sahələrə təsir göstərəcək?

Trampın yeni ticarət müharibəsi hansı sahələrə təsir göstərəcək?

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın Kanada və Meksikaya 25, Çinə isə 10 faiz gömrük rüsumun tətbiqi ilə bağlı sərəncamından sonra adıçəkilə ölkələr cavab tədbirləri görəcəklərini açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, Donald Tramp ticarət müharibəsində bu dəfə də Çini hədəf aldı. ABŞ Çindən ən çox elektronika malları idxal edir. Oyuncaq və tekstil idxalı da üstünlük təşkil edir. Çin, ABŞ-nin ümumi geyim idxalının təxminən 30 faizini təmin edir.Buna görə də “Bloomberg Intelligence” “Aritzia Inc.” və “Tommy Bahama” da daxil olmaqla, əsasən Asiya ölkəsindəki tədarükçülərdən asılı olan markalar üçün geyim qiymətlərinin 2 faizə qədər arta biləcəyini proqnozlaşdırır.

Bəzi şirkətlər Çindən tədarükü azaltmaq planlarını elan ediblər. “Steve Madden”MMC bir il ərzində Çində istehsal edilən məhsulların sayını 40 faiz azaltmağı planlaşdırdığını açıqlayıb.

ABŞ-nin ticarət müharibəsinə Kanadadan da cavab gecikməyib. Ölkə ABŞ-dən təxminən 107 milyard dollarlıq idxala 25 faiz vergi tətbiq edəcək. Kanada, xüsusilə enerji sektorunda ABŞ üçün kritik xammal təchizatçısı kimi ön plandadır. Avtomobil sənayesi də idxalın mühüm hissəsini təşkil edir. Artıq ABŞ-də alüminium idxalçıları Kanadaya tətbiq edilən qərar ilə bağlı istisna tələb etməyə başlayıblar.

Meksika da cavab tədbirləri görməyə hazırlaşır. Lakin qarşılıqlı rüsum tətbiqi ölkə iqtisadiyyatı üçün fəsadlara yola aça bilər. Meksikanın ixracının 80 faizi ABŞ-yə yönəlib, illik ticarət dövriyyəsi isə 800 milyard dollar səviyyəsindədir.

ABŞ-yə avtomobil hissələrinin idxalında Kanada və Meksika mühüm yer tutur. Hava yastıqları və təhlükəsizlik kəmərləri kimi məhsulların 80 faizi idxal hesabına təmin edilir.

Digət tərəfdən amerikalıların istehlak etdiyi təzə məhsulların əhəmiyyətli bir hissəsi Kanada və Meksikadan idxal olunur. Məsələn, Meksikanın ABŞ-nin tərəvəz və meyvə idxalında payı 40 faizdir.

ABŞ-yə xaricdən gətirilən hər beş pivədən dördü cənub sərhədindən keçir; eyni hal ölkənin idxal etdiyi bütün yüksək alkoqollu içkilərin (əsasən tekila və mezkal) yarısı üçün də keçərlidir. Kanada isə likörlər və viski də daxil olmaqla, distillə edilmiş alkoqollu içkilərin aparıcı tədarükçülərindən hesab olunur.

Qeyd edək ki, Kanada, Meksika, və Çinə qarşı tariflər fevralın 4-ü, yerli vaxtla saat 12:01-də qüvvəyə minəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Fevral 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri