Icma.az
close
up
RU
“TRAMPLA PUTİNİN FİKİRLƏRİ HAÇALANIR” “Bu, ABŞ Prezidentini qəzəbləndirir”

“TRAMPLA PUTİNİN FİKİRLƏRİ HAÇALANIR” “Bu, ABŞ Prezidentini qəzəbləndirir”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pasxaya qədər atəşkəs olacaqmı?

Donald Trampın Ağ Evə qayıtmasından 2 aydan çox vaxt keçsə də, onun Ukraynada müharibəni 24 saata bitirəcəyi vədi havadan asılı vəziyyətdə qalır. ABŞ-nin bütün səylərinə baxmayaraq, Kreml real olaraq müharibəni dayandırmaqda istəkli görünmür.

“AzPolitika” xəbər verir ki, “The Telegraph” nəşrinin yazdığına görə, Donald Tramp və Vladimir Putinin sülh danışıqlarının perspektivləri ilə bağlı fikirləri haçalanır. Qəzet qeyd edir ki, iki lider arasında əhəmiyyətli məsələlərdə fikir ayrılığı yaranıb. Baxmayaraq ki, Trampın xüsusi elçisi Stiv Uitkoff ABŞ-nin Səudiyyə Ərəbistanında bazar ertəsi keçiriləcək sammitin "hərtərəfli atəşkəsə yol açacağına nikbin yanaşdığını” söyləyib.

Bununla belə, Kreml danışıqların yenicə başladığını və qarşıda “çətin danışıqların” olduğunu bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov yenə “nüanslardan” danışıb və deyib ki, “biz hələ bu yolun yalnız başlanğıcındayıq".

Qəzetin yazdığı kimi, bundan əvvəl Ağ Evin Pasxa bayramı ərəfəsində barışıq əldə etməyə çalışdığı bildirilirdi. Eyni zamanda, Ukrayna və Avropa Rusiyanın döyüş meydanında vaxt udmaq üçün danışıqları uzatmasından narahatlığını ifadə edib. Bu reallıq isə müharibəni tez bitirəcəyini vəd edən Trampı məyus edir.

“The Telegraph” yazır ki, Trampa yaxın mənbələr onun “düzgün razılaşmanı gözləməyə hazır olduğunu” deyir. Lakin bəziləri onun hər iki tərəfin atəşkəs barədə vədlərinə baxmayaraq, davam edən raket və dron hücumlarına qəzəbləndiyini qeyd edir. “Əgər onlar (Ukrayna və Rusiya) infrastrukturu və enerji sistemini bombalamağa davam etsələr, Tramp məyus olacaq”, - mənbələrdən biri qəzetə bildirib.

Lakin ABŞ Prezidentinə yaxın olan digər şəxslər Ağ Evdə temperaturun hələ ki, sakit olduğunu və “prosesə güvənməyə” ehtiyac olduğunu deyirlər.

Xatırladaq ki, bir neçə gün əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın həftələrdə cəbhədə 30 günlük atəşkəsin əldə oluna biləcəyinə əminliyini ifadə etmişdi.

“Bloomberg” isə yazıb ki, ABŞ Rusiya və Ukrayna arasında atəşkəs barədə razılığa bir aydan az müddətdə - Pasxa bayramına, yəni, aprelin 20-nə qədər nail olmağı hədəfləyir. Lakin tərəflərin mövqeləri arasında mövcud olan böyük fərq səbəbindən bu tarix xeyli geri çəklilə bilər.

Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında növbəti danışıqlar baş tutub. Ukrayna Müdafiə naziri Rustem Umerov söhbəti “konstruktiv və məzmunlu” adlandırıb. Onun sözlərinə görə, tərəflər enerji sektoru da daxil olmaqla “əsas məsələləri” müzakirə ediblər.

Lakin bütün bu optimist bəyanatlara baxmayaraq, qarşılıqlı uzaq məsafəli zərbələr, raket və dron hücumları davam edir. Cəbhədə qızğın döyüşlər ara vermir. Hətta Putinlə Trampın birbaşa telefon danışığında əldə etdikləri razılaşmaya rəğmən, tərəflər bir-birinin enerji və mülki infrastrukturuna zərbələri dayandırmırlar. Bütün bunlar ciddi, tərəflərin riayət edəcəyi atəşkəsin nəinki Pasxa bayramına, ümumiyyətlə yaxın gələcəkdə nail olacağını böyük sual altına alır.

C.Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri