Icma.az
close
up
RU
Transatlantik gərginliyin yeni mərhələsi

Transatlantik gərginliyin yeni mərhələsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qış Olimpiya Oyunları ətrafında siyasi gedişlər

Bir çoxlarına məlumdur ki, Aİ-nin Vaşinqtona münasibəti heç vaxt monolit olmayıb. Şimali və Şərqi Avropanın təhlükəsizlik prioritetləri ilə Cənubi və Qərbi Avropanın strateji muxtariyyət axtarışları uzun illər eyni masa arxasında uzlaşdırılıb. Son dövrlər isə bu uzlaşma prosesi daha çətin mərhələyə daxil olub. ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlıq davam etsə də, iqtisadi rəqabət, texnoloji suverenlik və regional münaqişələrə yanaşma fərqləri Aİ daxilində “öz yolumuzu tapmalıyıq” fikrini gücləndirib.

Bu baxımdan, Aİ-nin qəbul etdiyi sənədlər və səsləndirdiyi bəyanatlar xüsusi diqqət çəkir. “Strateji muxtariyyət”, “Avropa maraqları”, “Avropanın öz səsi” kimi anlayışlar artıq siyasi liderlərin çıxışlarında da tez-tez yer alır. Məqsəd Avropanın özünü tənzimləyən aktor kimi mövqelənməsidir. Belə olan halda, Vaşinqtona məsafəli yanaşma ön plana çıxır. Müasir beynəlxalq münasibətlərdə simvolik siyasətin də çəkisinin artdığı müşahidə olunur. Dövlət başçılarının jestləri, tədbirlərin protokolu, tribunadakı söz sırası, hətta zalın reaksiyası belə siyasi məna daşıyır. Aİ məkanında ABŞ-a münasibətdə dəyişən ton məhz bu kontekstdə daha aydın görünür. Qərbi Avropada keçirilən “YouGov” sorğularına görə ABŞ-a qarşı xoş münasibətin azalması bu mənada təsadüfi deyil. Sorğular kütləvi rəyin artıq transatlantik münasibətlərə əvvəlki romantik prizma ilə baxmadığını göstərir. Başqa sözlə desək, Vaşinqton hələ də mühüm tərəfdaş kimi qəbul olunur, lakin onun qlobal siyasətdəki yeri yenidən təhlil edilir. Bu da öz növbəsində, Aİ-nin siyasi elitasının ritorikasına dolayı yolla təsir göstərir.

Məsələ orasındadır ki, transatlantik münasibətlərdəki gərginlik müxtəlif sahələrdə, o cümlədən idman sahəsində də özünü büruzə verir. Milano–Kortina Qış Olimpiya Oyunları ətrafında formalaşan müzakirələr də bunun nümunəsi kimi yadda qalıb. Protokol çərçivəsində iştirak edən ABŞ rəsmiləri və müxtəlif siyasi simvolların görünməsi zamanı baş verən hadisələr, eləcə də zaldakıların reaksiyaları diqqətçəkən məqamlar arasında idi. Mərasim zamanı bir sıra xarici nümayəndələrə qarşı etiraz səslərinin eşidilməsi, xüsusən də ABŞ-ın vitse-prezidenti J.D. Vensin izdiham tərəfindən pislənməsi ictimai rəyin simvolik ifadəsi kimi dəyərləndirilir. Həmin epizod Aİ məkanında Vaşinqtona münasibətdə formalaşan emosional fonu da açıq şəkildə göstərdi. Digər bir vacib məqam ondan ibarətdir ki, etirazlar ABŞ-a qarşı sistemli düşmənçilikdən yox, siyasi narazılığın spontan ifadəsindən irəli gəlirdi. Aİ institutları və üzv dövlətlər rəsmi səviyyədə balanslı mövqe saxlasalar da kütləvi rəyin mesajı diqqətdən kənarda qalmadı.

ARAYIŞ: Qış Olimpiya Oyunları ilk dəfə 1924-cü ildə keçirilib. Fransanın Şamon (Chamonix) şəhərində təşkil olunan və ilk vaxtlar “Qış İdmanları Həftəsi” adlandırılan yarışlar sonradan Beynəlxalq Olimpiya Komitəsi tərəfindən I Qış Olimpiya Oyunları kimi tanınıb. Bu il fevralın 6-da başlayan Milano–Kortina 2026 Qış Olimpiya Oyunları isə bir neçə regionu əhatə edən model üzrə təşkil olunub. 22 fevrala qədər davam edəcək yarışlar həm iqtisadi, həm də ekoloji baxımdan daha rasional yanaşma kimi dəyərləndirilir. Oyunlar çərçivəsində buz və qar üzərində keçirilən klassik qış idman növləri ilə yanaşı, müasir və dinamik idman növləri də yer alır. Alp xizəyi, biatlon, xizək yürüşü, snoubord, freestyle xizək növləri, fiqurlu konkisürmə, sürətli konkisürmə, buz xokkeyi və körlinq kimi yarışlar Olimpiya proqramının əsasını təşkil edəcək. Xüsusilə gənclər arasında populyarlığı artan snoubord və akrobatik xizək növləri bu Olimpiadada daha geniş şəkildə təmsil olunacaq ki, bu da Qış Olimpiya Oyunlarının yenilənən ruhunu əks etdirir. Milano–Kortina 2026, eyni zamanda, gender bərabərliyinin təmin olunması baxımından diqqət çəkir.

Yazımızın əvvəlində “YouGov” portalının sorğusunun nəticələrindən bəhs etdik. Amma kütləvi rəy səviyyəsində müşahidə olunan dəyişiklikləri yalnız konkret siyasi qərarlarla izah etmək düzgün olmaz. Prosesdə psixoloji faktor da mühüm rol oynayır. Qərbi Avropa cəmiyyətində uzun illər davam edən böhranlar, pandemiya, enerji qiymətlərinin artması, inflyasiya və sosial narahatlıqlar xarici siyasətə baxışı daha praqmatik edib. ABŞ bu mənzərədə nə düşmən, nə də xilaskar obrazında görünür. Vaşinqton sadəcə Avropanın sosial modelini hər zaman nəzərə almayan aktor kimi qəbul edilir. “YouGov” sorğularında əks olunan ABŞ-a qarşı müsbət münasibətin azalması da məhz bu psixoloji yorğunluğun göstəricisidir. Aİ institutları bu emosional fonu diqqətlə izləyir və rəsmi ritorikanı kütləvi rəyin dalğalarına uyğun şəkildə saxlamağa çalışırlar.

Sonda qeyd edək ki, transatlantik münasibətlərdə müşahidə olunan gərginliklər böhran əlaməti kimi dəyərləndirilə bilər. Məlumdur ki, ABŞ və Aİ arasında maraqlar heç vaxt tam üst-üstə düşməyib. Hazırda da mövcud fərqlər gizlədilmir. Milano–Kortina Qış Olimpiya Oyunları fonunda yaşananlar göstərir ki, Avropa ictimaiyyəti artıq qlobal siyasətin passiv müşahidəçisi olmaqdan yorulub. Bu istək hələ tam formalaşmış siyasi strategiyaya çevrilməsə də, Aİ-nin gələcək kursuna təsir edəcək mühüm siqnaldır.

Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq

ABŞ-Aİ arasında uzun müddət davam edən siyasi gərginlik Milano-Kortina Qış Olimpiya Oyunlarının açılış mərasimində də özünü büruzə verdi. İdman və siyasətin ayrılığı prinsipi qorunmalı olsa da, mərasim zamanı bəzi siyasi fiqurların iştirakı və protokol detalları zalda narazılıq doğurdu. Mövcud gərginliyin səbəbini daha yaxşı anlamaq üçün problemin tarixi köklərinə nəzər salmaq lazımdır. Məlumdur ki, Birinci və İkinci Dünya müharibələrində ABŞ qalib tərəf kimi qənimətlərin bölünməsində ən çox fayda əldə edən ölkələrdən biri oldu. Faktiki olaraq müharibələrdə aktiv iştirak etməsə də, Vaşinqtonun İkinci Dünya müharibəsində itkiləri də Avropa və Sovet İttifaqı ilə müqayisədə az idi. Postmüharibə dövründə də ABŞ yarım əsr sonra üstünlüyü təmin etdi. Həmin dövrdə Marshall proqramı ilə Avropanın iqtisadiyyatı bərpa olundu və ABŞ-ın təsiri gücləndi. 1949-cu ildə NATO-nun yaradılması ilə ABŞ Avropanın təhlükəsizliyinin qarantı rolunu aldı. Beləliklə, Avropa təhlükəsizliyini əsasən ABŞ-a etibar etdi, çünki Sovet İttifaqının qarşısında durmaq gücü yox idi. Şərqi Avropa ölkələri isə ardıcıllıqla Sovet nüfuzu altına keçdi.

Avropa iqtisadiyyatını, turizmi və mədəniyyətini inkişaf etdirsə də, ordu quruculuğu zəif qaldı, bir çox ölkələrdə məcburi hərbi xidmət ləğv edildi. NATO üzv dövlətləri müdafiə xərclərinin ümumi daxili məhsulun 2 faizi səviyyəsinə əməl etmirdilər. 2019-cu ildə Brexit ilə Böyük Britaniya Aİ-dən çıxdı və proses NATO ilə Avropa İttifaqı arasında bəzi fikir ayrılıqlarına səbəb oldu. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra NATO-nun şərqə doğru genişlənməsi davam etdi. Lakin Ukrayna məsələsi yeni fikir ayrılıqları yaratdı. ABŞ Avropanın müdafiə imkanlarını artırmaq tələblərinə qarşı çıxdı. Bu fikir ayrılıqları gündən-günə artdı və NATO-da uzun müddət müttəfiq olan ABŞ Avropaya bəzi strateji məsələlərdə iddialar irəli sürdü. Bütün bu proseslər göstərir ki, Avropa artıq ABŞ-a tam etibar edə bilmir. Gələcəkdə, silahlanma və ordu quruculuğu indiki canlı qüvvə imkanları çərçivəsində həyata keçiriləcək. Məcburi hərbi xidmət bərpa ediləcək, ehtiyac olarsa, əlavə qüvvələrdən istifadə olunacaq. Avropa müdafiə təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Bu yaxın 10 il ərzində Avropa bu istiqamətdə mühüm addımlar atacaq.

Nəzrin ELDARQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see893

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see366

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see322

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see245

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see243

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see230

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see191

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see187

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see183

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see182

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see177

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see176

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see173

Ramiz Mehdiyevin ailəsinə məxsus bankda nə baş verir?

26 İyul 2026 13:02see168

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see167

İran və Oman RAZILAŞIR?

26 İyul 2026 15:23see166

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see163

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see162

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see162

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri