Icma.az
close
up
RU
Transfer işlərində səhvə yol vermək olmaz Kaxaber Tsxadadze

Transfer işlərində səhvə yol vermək olmaz Kaxaber Tsxadadze

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Transfer işlərində səhvə yol vermək olmaz" - Kaxaber Tsxadadze

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze təlim-məşq toplanışı və yeni transferlərlə bağlı klubun rəsmi saytına açıqlama verib.

QOL.az-ın məlumatına görə, o, əvvəlcə hazırlıq prosesinin gedişatı haqqında danışıb:

“Yanvarın 4-dən təlim-məşq toplanışına başlamışıq. ‘Yüklənmələr’ çoxdur. Qəbələdə hazırlıq keçmək üçün əla şərait var, bu səbəbdən heç hara getmədik. Burada hər şey bizi qane edir: meydançaların vəziyyəti, istirahət etmək imkanları. Bu baxımdan hər şey yaxşıdır. İlk yoxlama oyununu ‘Kəpəz’ə qarşı keçirdik və qalib gəldik. Aydın məsələdir ki, səhvlər çox oldu. Birinci oyun idi. Hesab edirik ki, daha yaxşı çıxış etməliyik. Hamının vaxtı azdır, təxminən iki həftədən sonra çempionat başlayır. Odur ki, qısa vaxt ərzində həm fiziki, həm də oyun kondisiyalarımızı bərpa etməliyik. Çempionata yaxşı hazırlaşıb bizim üçün çox vacib olan xalları qazanmalıyıq”.

Gürcüstanlı mütəxəssis ‘Kəpəz’lə oyunda debüt edib qol vuran yeni transfer İsmaeel Akinadenin də çıxışını dəyərləndirib: “Akinadeyə ‘Kəpəz’lə oyunda şans verdik. Aydın məsələdir ki, ona hələ vaxt lazımdır. Xüsusən də hücumameyilli futbolçulara adaptasiya üçün daha çox vaxt tələb olunur. Müdafiəçi Seydina Keyta isə təəssüf ki, xəstələnmişdi. Bu səbəbdən iki gün məşqlərdə iştirak edə bilmədi. ‘Kəpəz’lə oyunda risk etmədik və onu oynatmadıq. Yeni transferlərin işə yanaşmasından razıyıq. Əsas odur ki, komandaya tez adaptasiya olsunlar. Hər ikisi təcrübəli futbolçudur. İnanıram ki, qısa vaxt ərzində komandaya uyğunlaşacaqlar”.

Tsxadadze transfer çalışmalarının davam etdiyini bildirib: “Bəzi mövqelər var ki, onları gücləndirməliyik və bunun üzərində işləyirik. Klubumuzun direktoru Səbuhi Səfiyarlı bu məsələlər üzərində səylə çalışır. Bu istiqamətdə işlərimizi diqqətlə davam etdiririk. Çünki səhvə yol vermək olmaz. Ümid edirəm ki, qısa vaxt ərzində transferləri yekunlaşdıracağıq və yeni gələnlər komandaya qoşulub adaptasiya olacaqlar. Qarşıda daha iki oyunumuz var — yanvarın 14-də ‘Araz-Naxçıvan’ və 18-də ‘Baku Sportinq’lə qarşılaşacağıq. İnanıram ki, hər şey yaxşı olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Yanvar 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri