Icma.az
close
up
RU
Trent Buhagiar: Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır

Trent Buhagiar: Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Kəpəz"in maltalı hücumçusu Trent Buhagiar apasport.az saytına müsahibə verib.

- Ötən turda “Kəpəz”in Premyer Liqada qalacağı rəsmiləşdi. İndi komandada ab-hava necədir?
- Hazırda komandada ab-hava çox yaxşıdır. “Kəpəz”in heyəti yaxşı oyunçular və yaxşı insanlardan ibarətdir. Həqiqətən də çox yaxşı kollektivimiz var. Bizim paltardəyişmə otağında hər zaman atmosfer yaxşı olub. Bundan qabaq da, indi də.

- “Kəpəz”in növbəti turdakı rəqibi “Qarabağ” olacaq. Həmin matç haqda nə düşünürsən? 
- “Qarabağ” çox yaxşı komandadır. Biz onlarla oyuna hazırlaşırıq. Təbii ki, matç günü də meydanda əlimizdən gələni edəcəyik.

- Maraqlıdır ki, bu mövsüm “Qarabağ”la matçda xal qazana bildiniz. Həmin matçı, o nəticəni təkrarlamaq olarmı?
- Bəli, qeyd etdiyiniz kimi, biz onlarla son matçımızda heç-heçə əldə edə bilmişdik. Qarşıdakı oyundan daha çox xal toplamağa çalışacağıq. İnanırıq ki, meydana çıxıb ən azı bir xal qazana biləcək qədər yaxşı komandayıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

- “Kəpəz”də karyeranı və performansını necə qiymətləndirirsən? Özündən daha yaxşı performans gözləyirdin?
- Bəli, düzü, buradakı vəziyyətimin bir az fərqli olacağını gözləyirdim. Amma bu futboldur və bəzən belə də olur.

- Səncə, Misli Premyer Liqası İtaliya B Seriyasından və Avstraliya yüksək liqasından geri qalır? Üç liqa arasında hansı fərqləri görürsən?
- Düşünürəm ki, Misli Premyer Liqası yaxşı çempionatdır. Məncə, burada yetərincə yaxşı matçlar gedir. Fikrimcə, Misli Premyer Liqası İtaliya B seriyası və Avstraliya yüksək liqasından heç də geri qalmır. Sadəcə hər üçü də fərqli liqalardır. Hərəsi özünə görə güclüdür. Amma Azərbaycan çempionatı onlardan geri qalmır. Bu dəqiqdir.

- "Kəpəz"lə müqavilən 2026-cı ildə başa çatacaq. Gələn mövsüm səni "Kəpəz"də görəcəyik, yoxsa qalmaq istəmirsən?
- Bəli, növbəti mövsüm üçün “Kəpəz”lə müqaviləm var. Ona görə də hələlik burada olacam. İndi qarşıdakı oyunlara fokuslanmışam və qarşıdakı iki görüşü düşünürəm.

İbrahim Əliyev mükafatlandırılıb “Sumqayıt”ın kapitanı karyerasını başa vurur Millimizin ilkin heyəti açıqlandı Kamal Umudlu Avropa çempionatının final mərhələsində "Qarabağ" yarımmüdafiəçi ilə razılığa gəldi - QALDI RƏSMİ MÜQAVİLƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 May 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri