Icma.az
close
up
RU
TRIPP yeni nəqliyyat şəbəkəsi formalaşdırır

TRIPP yeni nəqliyyat şəbəkəsi formalaşdırır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qlobal qapı”nın açarı isə Cənubi Qafqazdadır

Regionda son illər müşahidə olunan dinamika göstərir ki, qlobal nəqliyyat sistemində kəskin dəyişmə mərhələsi başlayıb. Avrasiya xəritəsində yeni strateji ox formalaşır. Bu oxun əsasında isə Zəngəzur dəhlizi (TRIPP) dayanır. Coğrafi ölçüsü kiçik olsa da, siyasi çəkisi sürətlə böyüyən dəhliz Bakıdan Avropanın dərinliklərinə qədər uzanan yeni tranzit konsepsiyasını formalaşdırır. Artıq deyə bilərik ki, bu layihə sadəcə regional marşrut deyil, Avrasiyanın güc balansını və iqtisadi axınlarını yenidən dizayn edən mühüm geosiyasi alətə çevrilməkdədir.

Dekabrın 1-də Brüsseldə “EU Today” platformasına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də məhz buna diqqət çəkərək bildirib ki, Zəngəzur dəhlizi (TRIPP) Avrasiyanın nəqliyyat mənzərəsini kökündən dəyişdirəcək. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Azərbaycan Avropa İttifaqının, o cümlədən Aİ-nin "Qlobal qapı" təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir. Azərbaycan regionun logistika arxitekturasını yenidən quran idarəedici mərkəz kimi çıxış edir. Son 15 ildə həyata keçirilən nəqliyyat siyasəti rəqəmlərlə təsdiqlənir. Ələt limanının illik 25 milyon ton gücə çatdırılması, Bakı–Tbilisi–Qars xəttində modernizasiya işləri, habelə, Transxəzər infrastrukturunun genişləndirilməsi və Orta Dəhliz üzrə yük axınının 2023–2024 illərdə 2,5 dəfə artması artıq ölkəni qitələrarası tranzit uzlaşmasının əsas dayağına çevirib. Zəngəzur dəhlizi isə (TRIPP) bu mozaikanın strateji mərkəzi rolunu oynayır. Dəhliz açıldıqdan sonra Çindən Avropaya daşımalar 38 gündən 18 günə düşəcək, logistika xərcləri 35–40 faiz azalacaq və Avropa İttifaqının Rusiyadan keçən marşrutlara həssaslığı ciddi şəkildə azalacaq. Məhz bu səbəbdən Hikmət Hacıyevin də Brüsseldə qeyd etdiyi kimi, Bakı Avropa İttifaqını (Aİ) bu yeni nəqliyyat sisteminin bir hissəsi kimi görmək istəyir. Aİ-nin enerji təhlükəsizliyində Bakı artıq strateji tərəfdaş statusundadır və logistika sahəsində də eyni model tətbiq olunmaq üzrədir.

Avropa İttifaqının 2021-ci ildə elan etdiyi “Qlobal qapı” təşəbbüsü dünya üzrə strateji infrastruktur layihələrini öz təsir dairəsinə daxil etmək məqsədi daşıyır. Təşəbbüs çərçivəsində rəsmi Brüssel 2027-ci ilə qədər 300 milyard avroluq investisiya paketi formalaşdırmağı hədəfləyib və həmin investisiyaların əsas istiqamətlərindən biri də Avrasiya boyunca təhlükəsiz, siyasi risklərdən uzaq tranzit xətlərinin qurulmasıdır. Prezidentin köməkçisinin Brüsseldə verdiyi mesajın əsl mahiyyəti də burada üzə çıxır. Azərbaycan TRIPP vasitəsilə təkcə Orta Dəhlizi genişləndirmir, həm də Aİ-nin “Qlobal qapı” strategiyasının təbii tərəfdaşına çevrilir. Bakı bildirir ki, yeni yaranan nəqliyyat sistemini Brüsselin qlobal təşəbbüsü ilə birləşdirmək mümkündür və Aİ bu inteqrasiyanın tərkib hissəsi olarsa, həm enerji təhlükəsizliyində, həm də ticarət axınlarında dayanıqlı model əldə edəcək. Bu, Avropanın Çin və Mərkəzi Asiya ilə ticarətdə Rusiyadan asılılığını kəskin aşağı salır, eləcə də Qara dəniz və Şərqi Aralıq dənizi marşrutlarında geosiyasi riskləri minimuma endirir. Beləliklə, Azərbaycan Zəngəzur dəhlizini (TRIPP) Avropanın “Qlobal qapı” təşəbbüsü çərçivəsində strateji tərəfdaşlıq platforması kimi təqdim edir və bu, Aİ-nin Cənubi Qafqaz siyasətində prioritetlərin yenidən müəyyənləşməsi üçün real əsas yaradır.

***

Dəhlizin açılması Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi təmas xəttinin yaranmasına səbəb olur və bu xətt Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyasını praktik mərhələyə keçirir. Mərkəzi Asiya ölkələrinin Aralıq dənizinə çıxışı iki dəfədən çox qısalır, Avropanın Mərkəzi Asiya bazarlarına daxil olması asanlaşır, Transxəzər xətti isə qlobal enerji və yükdaşımada alternativsiz arteriyaya çevrilir. Əslində, bu proses qlobal miqyasda yeni “XXI əsr Transxəzər İpək Yolu” modelinin formalaşmasını təmin edir və Çin–Qazaxıstan–Azərbaycan–Türkiyə–Avropa xəttini ilk dəfə vahid, koordinasiya olunmuş geoiqtisadi sistem kimi önə çıxarır.

Dəhlizlə bağlı Ermənistanda formalaşdırılan manipulyativ narrativlər real iqtisadi mənzərəni əks etdirmir, çünki aparılmış hesablamalar göstərir ki, Ermənistan Zəngəzur dəhlizi vasitəsilə illik 1,8–2,2 milyard dollar tranzit gəliri əldə edə bilər və bu rəqəm ölkənin illik büdcəsinin təxminən 20–22 faizinə bərabərdir. Əgər İrəvan layihədən kənarda qalmaqda israr etsə, yeni Avrasiya yük axınlarının tamamlayıcı hissəsi olmaq əvəzinə, onların kənarında dayanan passiv müşahidəçiyə çevriləcək və Cənubi Qafqazdan keçən tranzit xəritəsində faktiki rolunu itirəcək. Bakı isə bu dəhlizi siyasi təzyiq vasitəsi kimi yox, regionda iqtisadi inteqrasiyanı bərpa edən və sülhün möhkəmlənməsinə xidmət edən praktik mexanizm kimi təqdim edir. TRIPP Azərbaycanın sülh strategiyasının konkret tətbiq olunan komponenti kimi status qazanır.

Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında bildirdi ki, Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər və TRIPP ilkin mərhələdə illik 15 milyon ton yük daşıya biləcək. Lakin logistika ekspertləri bu rəqəmin sonrakı mərhələdə 25–30 milyon tona qalxacağını proqnozlaşdırırlar. Bu isə Orta Dəhliz üzrə yük axınının ən azı 5 dəfə artması deməkdir. Açıq şəkildə görünür ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan Xəzər hövzəsinin energetik və siyasi mərkəzi kimi yanaşı, Avrasiyanın tranzit paylayıcı gücünə də çevriləcək.

Bu gün Zəngəzur dəhlizi (TRIPP) ətrafında gedən müzakirələr bəzən texniki detallarla məhdudlaşdırılır, lakin layihə əslində daha geniş bir mənzərəni ifadə edir. Dəhliz Avropanın ticarət təhlükəsizliyini möhkəmləndirir, Türk dünyasının iqtisadi bağlarını gücləndirir, Mərkəzi Asiyanın enerji-logistika çıxışını genişləndirir və Cənubi Qafqazda davamlı sülhün iqtisadi təməlini formalaşdırır. Azərbaycan isə bu prosesin əsas memarıdır. TRIPP açıldıqda Avrasiyanın xəritəsində yeni geosiyasi ox yaranacaq və bu ox gələcək qitələrarası güc balansının ana xəttini müəyyən edəcək.

Yusif BAĞIRZADƏ,
politoloq

– Aİ-nin “Qlobal qapı” təşəbbüsü çərçivəsində Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti artdığı bir vaxtda Azərbaycanın bu yeni nəqliyyat kompozisiyasına qoşulmaq istəyi həm regional, həm də qlobal səviyyədə strateji nəticələr doğurur. Prezidentin köməkçisi, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə verdiyi açıqlamaya görə, Bakı avropalı tərəfdaşlarla daha sıx inteqrasiya və nəqliyyat dayanıqlığının artırılması xəttini prioritet hesab edir. Bu fonda Avropa İttifaqının Azərbaycanı real strateji tərəfdaş kimi tanıması üçün bir neçə həlledici siyasi, iqtisadi və təhlükəsizlik faktoru ön plana çıxır.

İlk növbədə qeyd edək ki, Avropa İttifaqı üçün praktik infrastruktur reallığı əsas dəyər olaraq qalır. Azərbaycanın Zəngəzur dəhlizini 2026-cı ilə qədər tamamlamaq planı və bu xəttin illik 15 milyon ton yükdaşıma potensialı, rəsmi Bakının regionun əsas tranzit qovşağına çevrilməsi istiqamətində ciddi iradə nümayiş etdirdiyini ortaya qoyur. Bu, həm Avropa ilə Asiya arasındakı ticarət axınlarının şaxələndirilməsi, həm də Orta Dəhlizin effektivliyinin artırılması baxımından Aİ üçün strateji üstünlükdür. Aİ-nin “Qlobal qapı” çərçivəsində dayanıqlı, təhlükəsiz və rəqabətqabiliyyətli nəqliyyat şəbəkələri yaratmaq hədəfi də Azərbaycanla əməkdaşlığı daha cəlbedici edir deyə bilərik.

Siyasi aspektdə Bakı–Brüssel tərəfdaşlığının dərinləşməsi Cənubi Qafqazda sabitliyin təmin edilməsi ilə sıx bağlıdır. Postmünaqişə dövründə regionda yeni kommunikasiya xətlərinin açılması və sərhədlərin demarkasiyası üzrə irəliləyişlər Aİ-nin regiona dair parçalanmış siyasətinin yenidən formalaşmasına təkan verə bilər. Zəngəzur dəhlizi, yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın iqtisadi inteqrasiyasını gücləndirəcək vasitə kimi Brüssel üçün uzunmüddətli sabitlik aləti qismində çıxış edə bilər. Bu baxımdan demək olar ki, siyasi sabitlik, qarşılıqlı faydalı münasibətlər və regional əməkdaşlıq xəttini əsas götürən Azərbaycanın, Aİ üçün “etibarlı tərəfdaş” statusu daha da möhkəmlənəcək.

Şübhəsiz ki, burada iqtisadi faktorlar da mühüm əhəmiyyət daşıyır. “Qlobal qapı” çərçivəsində nəzərdə tutulan milyardlarla avroluq investisiya paketləri nəqliyyat-logistika infrastrukturuna sərmayə yönəltməklə Orta Dəhlizin tranzit qabiliyyətini ciddi şəkildə yüksəldə bilər.

Nəhayət, Aİ üçün təhlükəsizlik məsələləri də həlledici rol oynayır. Regionda Rusiya, İran və Çin kimi aktorların fəallığı fonunda Aİ yeni marşrutların təhlükəsizliyinə təminat istəyir. Ölkəmizin regional risklərin azaldılması, tranzit infrastrukturunun müdafiəsi və beynəlxalq təhlükəsizlik standartlarına uyğunluq baxımından ardıcıl addımlar atması isə, şübhəsiz ki, Aİ-ni də Azərbaycanla bu istiqamətdə strateji tərəfdaşlıq qurmağa sövq edə bilər.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri