Icma.az
close
up
RU
“Trud” qəzeti yazdı, Assanc yaydı, Azərbaycan qalib gəldi Silk Way” yalanı nə ayaq tutdu, nə də yeridi… TƏHLİL

“Trud” qəzeti yazdı, Assanc yaydı, Azərbaycan qalib gəldi Silk Way” yalanı nə ayaq tutdu, nə də yeridi… TƏHLİL

Icma.az, Apa.az saytına istinadən bildirir.

2017-ci ildə Azərbaycan beynəlxalq səviyyədə ciddi və əsassız ittihamla üzləşmişdi. Həmin vaxt Azərbaycan diplomatik reyslər vasitəsilə Suriyadakı terrorçu qruplara silah göndərməkdə günahlandırıldı. Bolqarıstanda yayılan və daha sonra Rusiyayönümlü media platformalarında geniş tirajlanan bu iddialarda Azərbaycanın “Silk Way Airlines” şirkətinin guya ABŞ və Şərqi Avropa ölkələrindən alınan silahları 350-dən çox diplomatik uçuşla münaqişə bölgələrinə daşıdığı bildirilirdi. Lakin zaman keçdikcə bu kampaniyanın heç bir hüquqi və ya faktiki əsasının olmadığı, əksinə, məqsədli şəkildə Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq üçün təşkil edildiyi ortaya çıxdı.

Həmin il Bolqarıstanın “Trud” qəzetində jurnalist Dilyana Gaytancieva tərəfindən yayımlanan məqalədə iddia olunurdu ki, diplomatik statuslu yüklərlə Azərbaycanın həyata keçirdiyi uçuşlar vasitəsilə silahlar Suriyadakı radikal qruplara çatdırılıb. Məqalədə deyilirdi: “Azərbaycan diplomatik reyslərdən istifadə edərək, ABŞ silahlarını Yaxın Şərqdəki münaqişə zonalarına ötürür. Bu uçuşların çoxu diplomatik toxunulmazlıqla aparılıb və gömrükdən keçməyib”.

Xarici İşlər Nazirliyindən etiraz

Məqalə yayıldıqdan sonra bu ittihamlar dərhal “WikiLeaks” tərəfindən tirajlandı, Culian Assanc isə şəxsi hesablarında bu məlumatlara geniş yer verdi. Rusiya mediası - “Sputnik”, “RT” və digərləri bu ittihamları manşetə çıxararaq Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında şübhə altına almağa çalışdı.

Azərbaycan isə bu əsassız iddialara prinsipial və hüquqi əsaslarla cavab verdi. Xarici İşlər Nazirliyi bəyan etdi ki, “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiqdir. İrəli sürülən ittihamlar tamamilə əsassızdır və ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın tərkib hissəsidir”.

Öz növbəsində, “Silk Way Airlines” şirkəti də məsələyə münasibətini bildirərək qeyd etdi ki, bütün reyslər beynəlxalq normalara əsasən, BMT və NATO kimi təşkilatların rəsmi icazələri əsasında həyata keçirilib: “Heç bir daşıma qeyri-qanuni yüklərlə bağlı olmayıb. Diplomatik status yalnız beynəlxalq hərbi-logistika və humanitar missiyalara aiddir”.

İddiaların pərdəarxası

Diqqətçəkən məqam odur ki, ittihamların yayıldığı dövrdə nə ABŞ, nə BMT, nə də Avropa İttifaqı bu məsələ ilə bağlı istintaq başlatdı. Beləliklə, iddiaların hüquqi əsasının olmaması beynəlxalq səviyyədə də təsdiq olundu. Azərbaycan tərəfi həmin vaxt bu kampaniyanı siyasi motivli və reputasiya xarakterli hücum kimi qiymətləndirdi.

Daha sonra hadisələrin arxa planı aydınlaşdı. 2025-ci ildə “The Insider” portalı tərəfindən Roman Dobroxotov, Kristo Qrozev və Maykl Vayss imzası ilə yayımlanan araşdırmada məlum oldu ki, həmin “sızmaların” mənbəyi QRU-nun (Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsi. Daha çox keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin adı ilə - QRU kimi tanınır) 29155 saylı bölməsi olub.

Bu bölmənin adı əvvəllər də qətl, sabotaj və təxribat əməliyyatlarında hallanıb.

QRU Azərbaycanı Qərbin planlarına alət kimi təqdim etməyə çalışıb

Azərbaycanın ingilis dilli Anewz.Az telekanalı araşdırmanın detallarını öyrənmək üçün Kristo Qrozevdən müsahibə alıb.

Qrozev müsahibəsində bildirib ki, araşdırma nəticəsində əldə etdikləri məlumatlar illərdir istintaqı QRU bölmələrinə və ya FSB-yə (Rusiyanın Federal Təhlükəsizlik Xidməti) həvalə edilmiş bir çox dezinformasiya kampaniyalarının, əslində, onların özləri tərəfindən həyata keçirildiyini göstərir: “Bu əməliyyatlar çox vaxt onların digər cinayətlərini – qətlləri, partlayışları, sabotajları ört-basdır etmək üçün istifadə olunurdu. Məqsəd aydın idi – NATO ölkələrini nüfuzdan salmaq, anti-Qərb əhval-ruhiyyəsini gücləndirmək və Azərbaycanı guya Qərbin Suriyadakı planlarının bir hissəsi kimi təqdim etmək. QRU-nun saxta hesabından Dilyanaya göndərilən sənədlər - uçuş qeydləri, diplomatik məktublar, silah siyahıları sonradan ya tamamilə saxta, ya da təhrif olunmuş məlumatlar kimi üzə çıxdı. “Silk Way” hekayəsi Rusiya təbliğatının klassik nümunəsinə çevrildi”.

Dilyana Qaytancievanın QRU ilə gizli əlaqələri

Araşdırmaçı Qrozev Azərbaycanla bağlı qərəzi məqalənin müəllifi Dilyana Qaytancievanın QRU ilə əlaqələrinə dair də maraqlı faktlar açıqlayıb.

“Biz hesabatımızda bir jurnalistin adını açıq şəkildə qeyd etdik – Dilyana Qaytancieva. Onun QRU ilə əlaqələrinin ideoloji motivlərə əsaslandığını düşünürdüm. Lakin məlum oldu ki, o, qətllərlə məşğul olan, müxalifətçiləri və Kremlin rəqiblərini aradan qaldırmaq üçün fəaliyyət göstərən QRU bölməsi ilə əməkdaşlıq edib. Gaytancievanın QRU ilə əlaqələri 2017-dən də əvvələ gedir. Əlimizdə olan məlumatlara görə, onların arasında ilk rəsmi əlaqə 2017-ci ilin iyununda “Twitter” üzərindən olub. O vaxta qədər isə əməkdaşlıq artıq bir ildən çox idi qurulmuşdu”, - deyə Qrozev bildirib.

O, həmçinin əlavə edib ki, Qaytancieva işdən çıxarıldıqdan sonra da Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirlərə qatılıb, Kremlə yaxın KİV-lə əməkdaşlıq edib və Ukraynadakı guya “biolaboratoriyalar” barədə konspirasiya nəzəriyyələrini təbliğ etməyə başlayıb.

Azərbaycan dezinformasiyanı dəf etdi

Bu hadisə göstərdi ki, yalanlar bir müddət dolaşa bilər, lakin hüquqi əsas və beynəlxalq etimad yoxdursa, onların dayaqları çökməyə məhkumdur. Azərbaycan bu hücuma qarşı hüquqi əsaslarla, diplomatik çevikliklə və açıq informasiya siyasəti ilə uğurla mübarizə apardı. İddiaların rəsmi təsdiqini tapmaması Azərbaycanın günahsızlığını və möhkəm beynəlxalq etibarını bir daha sübut etdi. Bütün proses göstərdi ki, müasir dövrdə dövlətlər təkcə fiziki sərhədlərini deyil, informasiya məkanlarını da qorumaq məcburiyyətindədir. Azərbaycan bu imtahandan üzüağ çıxdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 İyun 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri