Icma.az
close
up
RU
“Silk Way Group” və “dnata” əməkdaşlığa başlayır

“Silk Way Group” və “dnata” əməkdaşlığa başlayır

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycanın aparıcı özəl aviasiya və logistika şirkətlər qrupu olan “Silk Way Group” hava və səyahət xidmətləri sahəsində dünya lideri kimi tanınan “dnata” şirkəti ilə Bakının Ələt Azad İqtisadi Zonasında yerləşən yeni Ələt Beynəlxalq Hava Limanında yerüstü xidmətlər və yükdaşıma əməliyyatlarının aparılması məqsədilə müştərək müəssisənin yaradılması barədə müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, müəssisənin birgə fəaliyyəti 2027-ci ilin aprelində yeni terminalın açılışı ilə başlayacaq və bu, Azərbaycanın aviasiya və logistika sahələrinin gələcəyinə mühüm sərmayə olacaq.

Layihə “dnata”nın beynəlxalq təcrübəsini “Silk Way Group”un yerli bazardakı liderliyi ilə birləşdirərək ölkədə aviasiya xidmətlərinin tam spektrini təqdim edəcək.

Ələt Beynəlxalq Hava Limanının müasir logistika infrastrukturu ildə 500 000 tondan çox yükün emalını təmin edəcək, növbəti onillikdə isə illik 5% artım proqnozlaşdırılır.

Birgə müəssisə ilkin mərhələdə yük daşımaları və yerüstü xidmətlərə fokuslanacaq, daha sonra fəaliyyət sahəsini genişləndirərək keyterinq, ekspedisiya, buzdan təmizləmə və digər xidmətləri də əhatə edəcək. Məqsəd hava yolları və aeroport müştəriləri üçün “bir pəncərə” prinsipi ilə dünya səviyyəsində səmərəlilik və xidmət standartları təqdim edən kompleks xidmət mərkəzi yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycanın aviasiya sektorunda uzunmüddətli imkanlar yaratmaq üçün bacarıqların inkişafı və təlimlərə sərmayə qoyuluşu ilə 1000-dən artıq yerli iş yerlərinin açılacağı gözlənilir.

“dnata” uzun illərdir “Silk Way Group”un etibarlı tərəfdaşıdır və hazırda beş ölkədə “Silk Way West Airlines” üçün müxtəlif aviaxidmətlər göstərərək ildə 1150 reys və 85000 ton yük emal edir.

“dnata”nın baş icraçı direktoru Stiv Allen bildirib ki, “Silk Way Group” ilə birgə müəssisəmiz dnata-nın qlobal fəaliyyət dairəsini genişləndirmək və Qafqaz regionunun sürətli inkişafını dəstəkləmək istiqamətində mühüm addımdır: ”Bakıda inşa edilən yeni hava limanı regionun yük axınları üçün əsas logistika mərkəzinə çevriləcək və bizim sərmayəmiz aviaşirkətlərə və logistika tərəfdaşlarına ilk gündən etibarən təhlükəsiz, keyfiyyətli və etibarlı xidmətlər təqdim etməyə imkan verəcək.

Əməliyyat mükəmməlliyindən əlavə, bu əməkdaşlıq yüksək potensiala malik bazarlarda inteqrə olunmuş aviasiya həlləri təqdim etmək üzrə uzunmüddətli strategiyamızı əks etdirir. Biz “Silk Way Group” ilə uğurlu əməkdaşlığımızı davam etdirməyi və Azərbaycanın aviasiya, logistika, biznes və icmalarının inkişafına dəstək verməyi səbirsizliklə gözləyirik”.

Öz növbəsində “Silk Way Group”un prezidenti isə Zaur Axundov bildirib: “dnata” ilə tərəfdaşlığımız Azərbaycanın aviasiya sənayesinin inkişafında yeni bir mərhələni açır. Biz birlikdə Ələt Azad İqtisadi Zonasını qlobal aviasiya və logistika şəbəkəsi ilə birləşdirəcək müasir ekosistemi formalaşdırırıq. Bu birgə müəssisə təkcə infrastruktur layihəsinə deyil, həm də insanlara edilən sərmayədir, yeni iş yerləri yaradılır, peşə bacarıqları inkişaf etdirilir və davamlı inkişaf üçün möhkəm təməl qoyulur. Ələt Beynəlxalq Hava Limanında aviasiya xidmətlərinin açılması Azərbaycanın aparıcı regional mərkəzə çevrilməsi məqsədimizə doğru strateji addımdır”.

Ələt Azad İqtisadi Zonasında yerləşən Ələt Beynəlxalq Hava Limanına 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı və taksi yolu, həmçinin hava hərəkətini idarəetmə mərkəzi daxil olacaq. Layihə ölkənin nəqliyyat imkanlarını artırmaq və ətraf regionun hərtərəfli iqtisadi inkişafını stimullaşdırmaq üçün nəzərdə tutulub.

2027-ci ildə tamamlandıqdan sonra daha geniş Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə əsas tranzit mərkəzlərindən birinə çevriləcək. Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa çıxışdan, həmçinin geniş dəmir və avtomobil yolları şəbəkələrindən faydalanaraq Azərbaycanın nəqliyyat və paylama potensialını əhəmiyyətli dərəcədə artıracaq.

“dnata”​ haqqında

“dnata” dünyanın aparıcı avia və səyahət xidmətləri təminatçılarından biridir. 1959-cu ildə təsis edilən şirkət altı qitənin 30-dan çox ölkəsində keyfiyyətli və təhlükəsiz yerüstü xidmətlər, yükdaşıma, səyahət, iaşə və pərakəndə satış xidmətləri təklif edir. 2024-2025-ci maliyyə ilində dnata şirkətinin müştəri yönümlü komandaları təyyarələrə 794 mindən çox yerüstü xidmət göstərib, 3,1 milyon ton yük emal edib, 114 milyon yemək payı tədarük olunub və 2,6 milyard ABŞ dolları dəyərində ümumi səyahət xidmətləri tranzaksiyası həyata keçirilib.

“dnata” şirkəti haqqında daha ətraflı məlumat üçün dnata.com internet səhifəsinə daxil ola bilərsiniz. Mətbuat sorğuları üçün isə [email protected] saytına müraciət edin.

“Silk Way Group” haqqında

Əsası 2006-cı ildə qoyulan və baş ofisi Bakıda yerləşən “Silk Way Group” Azərbaycanın aparıcı özəl aviasiya və logistika müəssisələrindən biridir. Şərqlə Qərbin kəsişməsində yerləşən strateji mövqeyi sayəsində qrup qlobal yükdaşıma əlaqələrində və ölkənin aviasiya infrastrukturunun inkişafında mühüm rol oynayır.

“Silk Way West Airlines”, “Silk Way Airlines”, “Silk Way Technics” və “Silk Way AFEZCO” şirkətlərini birləşdirən qrup ən yüksək beynəlxalq standartlara cavab verən hava yolu ilə yükdaşıma, texniki xidmət və logistika üzrə geniş həllər təqdim edir.

“Silk Way Group” hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ) yeni hava limanı və logistika mərkəzinin tikintisi ilə hava daşımalarının gələcəyini müəyyən edir. Bu, Azərbaycanın qlobal ticarətdə əsas oyunçu kimi rolunu artıracaq dayanıqlı, texnologiyaya əsaslanan bir layihədir.

1700-dən artıq peşəkar əməkdaşı ilə təhlükəsizlik, innovasiya və dayanıqlılığa diqqət yetirən “Silk Way Group” qitələri birləşdirməyə və bütün dünyada hava yolu ilə yükdaşımada yeni imkanlar yaratmağa davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see278

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see276

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see243

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see232

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see223

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see218

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see216

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see210

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see205

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see201

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see190

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see187

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see187

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see187

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see186

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see184

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see184

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see173

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see171

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri