Icma.az
close
up
RU
Trüdodan Trampa sərt reaksiya: Ölkəmizi ala bilməzsiniz

Trüdodan Trampa sərt reaksiya: Ölkəmizi ala bilməzsiniz

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Kanadanın “51-ci ştat” olaraq ABŞ-ın tərkibinə daxil edilməsi ilə bağlı ritorikası iki ölkə arasında gərginliyə səbəb olub. 

Bu arqumentin kanadalıları ABŞ-a qarşı birləşdirməsi xüsusilə, xokkey yarışları zamanı özünü göstərib.

“Cebheinfo.az” xəbər verir ki, iki ölkə arasında keçirilən son xokkey matçı zamanı ortaya çıxan görüntülər və daha sonra sosial şəbəkələrdəki şərhlər Trampa qarşı reaksiyaları göstərir.

Kanadanın dünən axşam ABŞ ilə xokkey oyununda qələbə qazanmasından sonra müxalif Mühafizəkarlar Partiyasının lideri Piyer Pualyevr “X” sosial media hesabında bunları paylaşıb:

“Kanadanın oyunu. Kanadanın əfsanəsi. Əsl Şimal, güclü, azad və qızıl”.

Pualyevrin paylaşımına kanadalılardan güclü dəstək gəlib. Bəzi sosial media istifadəçiləri ABŞ-ın simvolu olan ağbaş qartalı tapdalayan

Kanadanın rəmzi sayılan Kanada qazının süni intellektlə yaradılan görüntülərini paylaşıb.

Dünən axşam keçirilən xokkey oyunu zamanı, Trampın Kanadanı “51-ci ştat” adlandırması meydanda əks-reaksiya ilə qarşılanıb. 
Oyundan əvvəl Kanada himnini oxuyan müğənni Çantal Kreviazuk vətənpərvərlikdən bəhs edən misradakı “hamımız” ifadəsini “yalnız bizim” ifadəsi ilə dəyişib.

Kreviazukun ictimaiyyətlə əlaqələr üzrə müşaviri, bu dəyişikliyin səbəbinin Trampın Kanada ilə bağlı açıqlamalarına cavab olduğunu deyib. 

Kreviazuk da “Suveren bir millət özünü istibdad və faşizmə qarşı müdafiə etmək məcburiyyətində qalmamalıdır”, - deyə açıqlama verib.
Kanadanın 3-2 hesabı ilə qalib gəldiyi matçdan sonra Kanadanın Baş naziri Castin Trüdo da “X” sosial media platformasında etdiyi paylaşımda Trampın “Ölkəmizi ala bilməzsiniz, bizim matçımızı da” ifadələrini işlədib.

Kanada mətbuatının yazdığına görə, Trampın “51-ci ştatımız olacaq” ifadəsi ilə Kanadada vətənpərvərlik artıb və ötən həftə ölkənin “Bayraq Günü” bayramı üçün satılan Kanada bayraqlarının sayı keçən illə müqayisədə iki dəfə artıb.

Trampın 25 faizlik vergi təhdidinə cavab olaraq insanları Kanada istehsalı olan məhsullar almağa təşviq etmək üçün sosial mediada yaradılan qruplara milyonlarla insanın üzv olduğu aşkarlanıb.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Fevral 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri