Icma.az
close
up
RU
“Tükənmişlik sindromu” niyə bu qədər geniş yayılıb?

“Tükənmişlik sindromu” niyə bu qədər geniş yayılıb?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müasir dövrdə həyatın gərginliyi və davamlı təzyiq insanlarda dərin yorğunluq və ruh düşkünlüyü yaradır.

Artan məsuliyyətlər və dayanmadan qarşımıza qoyulan tələblər insanın psixoloji gərginliyi artırır.

Bununla həyata qarşı marağın azalması, emosional boşluq, işə və gündəlik fəaliyyətlərə qarşı laqeydlik kimi əlamətlərlə özünü göstərən “tükənmişlik sindromu” getdikcə daha geniş yayılır.

Bəs “tükənmişlik sindromu” niyə bu qədər geniş yayılıb? Bu vəziyyətdən necə çıxmaq olar?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanova bildirib ki, “tükənmişlik sindiromu”nun yaranmasında ətraf mühitin ciddi təsirləri var:

““Tükənmişlik sindromu” həm işlə, həm də şəxsi həyatla bağlı səbəblərdən yarana bilir. Bəzən insanlar daima özlərini xatırlatmaq məcburiyyətində hiss edir və qarşı tərəfin onu anlamadığını düşünür, bu da insanın psixologiyasına təsir edir.

Bəzən işdə hər hansı məsələnin yolunda getməməsi, arzuladığımız nəticələri əldə edə bilməmək, həmçinin imtahana az qalmış uşaqlara dərs yükünün ağır gəlməsi psixoloji çöküşün yaranmasına səbəb olur.

Məhz insan planladığı nəticəni əldə edə bilməyəndə, güclü stressə məruz qalanda, çevrəsindəki insanlar tərəfindən anlaşılmadığını düşünəndə özünə qapanma hissi yaranır”.

Psixoloq qeyd etdi ki, “tükənmişlik sindromu”ndan azad olmaq üçün insan özünü motivasiya edəcək fəaliyyətlərə yönəlməlidir:

““Tükənmişlik sindromu”ndan qurtulmaq üçün insan bir müddət özünə istirahət verməlidir. Psixologiyamıza mənfi təsir edən insanlardan uzaqlaşmaq, işi bir  müddət kənara qoymaq bu vəziyyətdən xilas olmağımıza kömək edən amillərdəndi.

Ağır iş rejimində çalışanlar çox yüklənməsinlər deyə, planlı şəkildə hərəkət etməlidirlər. Həmçinin, sevdiyi işlərlə məşğul olmaq, dostlara vaxt ayırmaq insan tükənmişlik vəziyyətindən çıxarır. Bu vəziyyətdən qurtulmaq üçün insan özünə kömək etməyi bacarmalıdır”.

Gülər
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri