Icma.az
close
up
RU
Tullantı sularının idarə olunması sistemlərinin bərpası üçün vəsait ayrılması təklif olunub

Tullantı sularının idarə olunması sistemlərinin bərpası üçün vəsait ayrılması təklif olunub

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Dövlət büdcəsindən qrunt və tullantı sularının idarə olunması sistemlərinin bərpası və ekoloji layihələrin icrası üçün maliyyə vəsaitinin ayrılması təklif edilib.

APA xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Soltan Məmmədov çıxış edib.

Deputat qeyd edib ki, məqsədli büdcə fondlarına hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır: “Bu baxımdan təmsil etdiyim Xəzər rayonunda içməli su təchizatının yaxşılaşdırılması, qrunt və tullantı sularının idarə olunması ilə bağlı məsələlərə diqqət göstərilməsinə ehtiyac var. Bu, həm iqtisadi, həm ekoloji, həm də sosial baxımdan olduqca mühüm əhəmiyyətə malik məsələlərdən biridir. Xəzər rayonunun Buzovna, Şağan və Mərdəkan qəsəbələrində yeraltı suların idarə olunması sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var. Xəzər rayonunun turizm potensialını, son illərdə rayon ərazisində salınmış yeni yaşayış massivlərini nəzərə alaraq 2026-cı il dövlət büdcəsində məqsədli büdcə fondlarından içməli su təchizatının yaxşılaşdırılması, qrunt və tullantı sularının idarə olunması sistemlərinin bərpası və ekoloji layihələrin icrası üçün maliyyə vəsaitinin ayrılması ilə bağlı hökumətə müraciət edirəm”.

Soltan Məmmədov bildirib ki, həm 2026-cı ilin dövlət büdcəsində, həm də icmal büdcədə səhiyyəyə ayrılan vəsaitin artması ölkədə uğurla həyata keçirilən icbari tibbi sığortanın müsbət nəticələrindən biri kimi qiymətləndirilə bilər: “2026-cı il üçün səhiyyə xərcləri 2025-ci illə müqayisədə 30,7 milyon manat və ya 1,5 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 195,5 milyon manat və ya 10,7 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri strukturunda səhiyyə xərclərinin xüsusi çəkisinin 4,9 faizə çatması da müsbət haldır. Azərbaycan tarixində ilk dəfə səhiyyə xərcləri üçün bu qədər vəsaitin ayrılması, icbari tibbi sığorta zərfinin genişləndirilməsi tendensiyası tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına xidmət edir. Hesab edirəm ki, bu strategiya xüsusilə həssas qrupdan olan insanların səhiyyə xidmətlərindən istifadə etməsinə daha geniş imkan yaradacaq”.

Deputat qeyd edib ki, gələn ilin dövlət büdcəsinin xərclərinin 41 faizinin sosial yönümlü xərclərə yönəldilməsi də büdcənin sosial yönümlü olduğunu göstərir: “Dövlət Sosial Müdafiə Fondunun həm xərclərinin, həm də gəlirlərinin artımı, İşsizlikdən Sığorta Fondu çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi, İşsizliyə görə sığorta ödənişlərinin həcminin 60 faiz-lik artımı da sosialyönümlü büdcə yanaşmasının təzahürüdür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri