Icma.az
close
up
RU
Tümendə atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar

Tümendə atışmada ittiham olunan azərbaycanlılar bəraət aldılar

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin yanvarında Rusiyanın Tümen şəhərində baş verən silahlı insidentlə bağlı açılmış səs-küylü cinayət işi üzrə məhkəmə hökmü elan olunub. Cinayət işində adıkeçən azərbaycanlılar bəraət alıblar.

Oxu.Az bu barədə 72.RU portalına istinadla xəbər verir.

Bildirilib ki, hadisə zamanı bir qrup şəxs sakinlərinin gözü qarşısında avtomobilə atəş açıb. Həmin avtomobildə onların rəqibi olub. Yaralı şəxs hadisə yerindən uzaqlaşmağa müvəffəq olub və çiynindən odlu silah xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı məhkəmə istintaqının nəticəsində Maarif Əliyev və Rəsul Mansurov "silah tətbiqi ilə xuliqanlıq" və "başqasının əmlakına qəsdən zərər vurmaq" maddələri üzrə təqsirli biliniblər. Maarif Əliyev ümumi rejimli koloniyada 2 il 6 ay, Rəsul Mansurov isə 2 il 4 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs 2024-cü ilin fevralında Samara şəhərində saxlanılaraq Tümenə aparılıblar və o vaxtdan etibarən həbsdə saxlanılıblar. Onlara həbsdə keçirdikləri müddət istintaq təcridxanasında keçirdikləri vaxta görə "bir yarım günə bir gün" adlanan qaydaya əsasən hesablanacaq.

Ən ağır - "adam öldürməyə cəhd" maddəsi ilə ittiham olunan Maarif Əliyev, Rəsul Mansurov və Fuad Yaqubov tam şəkildə bəraət alıblar. Məhkəmə bu maddə üzrə onların hərəkətlərində cinayət tərkibi görməyib. Bu səbəbdən hər üç şəxs bu hissə üzrə reabilitasiya hüququna - yəni qanunsuz cinayət təqibinə görə dövlət kompensasiyasına malikdir.

İş üzrə üçüncü təqsirləndirilən şəxs olan Fuad Yaqubov bütün maddələr üzrə tam bəraət alıb. Hökm çıxarılanadək o, ev dustaqlığında olub və artıq o da kompensasiya tələb edə bilər.

Məhkəmə, həmçinin atəşə tutulan avtomobilin sahibinin, zərərçəkmiş Vüsalə Allahverdiyevanın mülki iddiasını qismən təmin edib. Qərara əsasən, Əliyev və Mansurov ona ümumilikdə 815 800 rubl (17.3 min manat) təzminat ödəyəcəklər. Bu məbləğin 100 min rublu (2.1 min manat) daha əvvəl könüllü şəkildə ödənilmişdi.

Qeyd edək ki, istintaq hadisənin əvvəlcədən planlaşdırılmış quldurluq hücumu olduğunu iddia etsə də, məhkəmə bu hüquqi qiymətləndirməni qəbul etməyib. Təqsirləndirilən şəxslər isə məhkəmə zamanı bildiriblər ki, atəş açmaqla özlərini müdafiə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:262
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Avqust 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri