Icma.az
close
up
RU
Tümer Metin ata itkisindən danışdı: “Tamamilə başqa bir insana çevrildim”

Tümer Metin ata itkisindən danışdı: “Tamamilə başqa bir insana çevrildim”

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Beşiktaş"ın keçmiş futbolçu Tümer Metin “Empati” proqramının qonağı olub. Özünə aid indiyədək az bilinən məqamları bölüşən tanınmış isim atasını itirdikdən sonra yaşadıqlarını ilk dəfə danışıb.

Sherg.az xəbər verir ki, keçmiş milli futbolçu və idman şərhçisi Tümer Metin Ahmet Mümtaz Taylanın təqdimatında NTV ekranlarında yayımlanan “Empati” proqramına qatılıb.

Futbol karyerasından tutmuş ailəsi və uşaqlıq illərinədək bir çox mövzuda danışan Metin atasının vəfatı ilə bağlı hisslərini bölüşüb.

“Futbol çox məşəqqətli bir peşədir,” - deyən 51 yaşlı Tümer Metin daha sonra bildirib:

“Bədənimdə futboldan qalan 4 əməliyyat izi var. Qırılan qəlblər, ürək ağrıları, dəhşətli məyusluqlar, sarsıntılar yaşadım. Bu gün yenidən dünyaya gəlsəm, yenə futbolçu olmaq istərdim. Futbolçu olmur, futbolçu doğulur.”

Zonguldakda böyüdüyü evdən danışan Tümer Metin deyib:

“Uşaqlıq dostlarımın hamısının atası mədənçi idi. 1992-ci ildəki qrizu partlayışından sonra çox yaxınlarımızı itirdik, bu hadisə bizə çox böyük təsir göstərdi.”

Ölümlə bağlı fikirlərini bölüşən Metin bildirib:

“Ölümdən heç vaxt qorxmazdım, atamı itirdikdən sonra qorxmağa başladım. Atamı 3 il əvvəl itirdim. Həyatımda çox böyük bir qırılma oldu, sanki iki yerə bölündüm. Tamamilə başqa bir insana çevrildim. Atam heç vaxt ölməyəcəkmiş kimi yaşayırdı və bizə də elə öyrətmişdi. Mədənçi olduğu üçün hər səhər anamla vidalaşardı.”

2022-ci ildə vəfat edən atası Ali Metindən danışan Tümer Metin deyib:

“Atam çox sevilən, çox dəyərli bir insan idi. "Mənim kim olduğumu bir gün öləndə anlayacaqsan" deyərdi. Mən də onun bu sözlərini cənazəsində anladım -həm izdihamdan, həm də gələn hər kəsin bizə verdiyi dəstəkdən.”

Anasının qoruyucu və ailəni toparlayan çox xüsusi bir insan olduğunu deyən Metin əlavə edib:

“Senede Bir Gün" mahnısı anamla atamın mahnısı idi. Atam evdə o mahnını açar, anamı rəqsə dəvət edərdi. Atam öldükdən sonra uzun müddət o mahnını dinləyə bilmədim. Bu yaxınlarda bir gün anamı telefonla axtarıb həmin mahnını ona oxudum, ikimiz də ağladıq.”

3 yaşından bəri futbolçu olacağını söylədiyini bildirən Metin deyib:

"Futbolçu" sözünü deyə bilməzmişəm, "Zonguldakspor"un qapıçısı Ahmet Faruk Bahadırı nəzərdə tutaraq "Ahmet ağabey olacağam" deyirmişəm”. Bununla da həyatının futbolla formalaşdığını vurğulayıb.

Hande adlı bir bacısının olduğunu deyən keçmiş futbolçu bildirib:

“Bacımla birlikdə xoşbəxt uşaqlıq keçirdik. Amma bu həyatda hamıya yetdim, bir Handeyə yetə bilmədim. Ona nə qədər sevdiyimi bir cür deyə bilmədim. Ortaq dil tapa bilmədik.”

Şəxsi həyatı ilə bağlı danışan Tümer Metin 22 yaşında Cansu xanımla evləndiyini və 15 il evli qaldıqlarını deyib:

“Cansu xanım çox dəyərlidir, indi də görüşürük.”

“Atam vəfat edəndə Gamze Topuzla birlikdə idik,” -deyən Metin əlavə edib:

“8 illik münasibətimiz vardı. Amma atamın ölümündən sonra yalnız özümə yetəcək qədər gücüm qaldı, heç kimlə maraqlana bilmədim. 15 ay sanki fotosintez edərək yaşadım. Atamın itkisi bütün həyatımı təsir altına aldı. Gamze xanımla da o dövrdə ayrıldıq.”

“Baba olmaq istəyirsənmi?” sualına cavabında isə belə deyib:

“Düşünürəm ki, o məsələ keçdi. Atam öləndə ağrıyla bacara bilmədim. Ona görə də ata olsam, mən ölsəm, övladımın gənc yaşda o ağrını yaşamasını istəmirəm. Bəlkə də o böyük məsuliyyəti almaq istəmirəm.”

Bu gün olsa “Beşiktaş"dan "Fənərbaxça"ya transfer olmaq istərdinmi?” sualına cavab verən Metin, heç kimin könül bağı qurduğu klubdan ayrılmaq istəməyəcəyini, futbolda şərtlərin isə çox tez dəyişdiyini deyib.

Keçmiş futbolçu fikrini belə yekunlaşdırıb:

“Özümü dəyərsiz hiss etdiyim heç bir yerdə qalmaram.”

“Ölkənin ən uğurlu baş məşqçisi kimdir?” sualına Fatih Terim cavabını verən Tümer Metin deyib:

“Çempionluqlarının sayı, "Qalatasaray"da qurduqları, Milli komandada etdikləri… Məncə əsas məsələ istiqaməti dəyişə bilmə bacarığıdır. 1996-2000-ci illər arasında türk futbolçusunun Avropa ilə rəqabət apara biləcəyini düşüncələrə yeritdi. Mənim üçün çox dəyərlidir. Mustafa (Denizli) müəllimi də sayaram, amma məncə Fatih müəllim.”

Ahmet Mümtaz Taylanın “Bu mərc məsələsinə nə deyirsən?” sualına cavab verən Metin bildirib:

“Pandoranın qutusu açılıb, təmizlənməlidir. Əgər mən də etmişəmsə, məni də təmizləyin. Yarımçıq iş görülməsin. Kim səhv edibsə, təmizlənsin. Çox təhlükəli yerlərə gedə bilər. Küçədə mənə "futbol sizin dövrünüzdə futbol idi" deyirlər. Duyğular çox saf idi. İndi çirklənməyə başlayıb, xahiş edirəm, sahib çıxaq.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:358
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri