Icma.az
close
up
RU
Tüpürcək testi ilə xərçəng erkən aşkarlanacaq Alimlərdən inqilabi kəşf

Tüpürcək testi ilə xərçəng erkən aşkarlanacaq Alimlərdən inqilabi kəşf

Medicina saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Amerikalı alimlər demensiya, xərçəng və 2-ci tip şəkərli diabetin erkən mərhələdə diaqnozunu mümkün edən yeni bir tüpürcək analizi hazırlayıblar. Tədqiqatçılar bu üsulu təhlükəli xəstəliklərin vaxtında aşkarlanması baxımından “müqəddəs metod” adlandırırlar.

“Medicina” xəbər verir ki, Kaliforniya Universitetinin alimləri insan tüpürcəyində müxtəlif xəstəliklərin biomarkeri sayılan bəzi molekulların olduğunu aşkar ediblər. Maraqlıdır ki, bu molekullar əvvəllər yalnız qanda izlənilə bilirdi. Yeni test vasitəsilə Alzheimer xəstəliyi, başqa demensiya formaları, xərçəng növləri, 2-ci tip diabet və hətta autoimmun xəstəliklər erkən mərhələdə müəyyən edilə bilər.

İnqilabi analiz: ilk dəfə bu qədər detallı

Tədqiqat çərçivəsində alimlər indiyədək aparılmış ən əhatəli tüpürcək molekulyar analizini həyata keçiriblər. Onlar müəyyən markerlərin xəstəliyin başlanğıcında belə tüpürcəkdə aşkarlandığını sübut ediblər.

Testlərin yaxın gələcəkdə diş həkimləri tərəfindən rutin şəkildə tətbiq olunacağı gözlənilir. Bu isə erkən diaqnostikada əsl inqilab ola bilər – çünki bir çox ölümcül xəstəlik daha ilkin mərhələdə aşkarlanacaq və müalicə şansı artacaq.

“Tüpürcək əsl xəzinədir” – alimlərin sözləri

Tədqiqatın müəllifi, Kaliforniya Universitetindən professor David Vonq bu barədə deyib:

“Əgər insan tüpürcəyinin molekulyar analizini apara bilsək, bu bizə prediabet, ağız boşluğunda xərçəngin ilkin mərhələsi və ya mədəaltı vəzi şişlərini vaxtında müəyyən etməyə imkan verəcək. İnsanın tüpürcəyinə baxmasaq, bir çox vacib göstəricini qaçıra bilərik. Tüpürcək diaqnostik baxımdan əsl xəzinədir.”

Alimlərin fikrincə, yaxın gələcəkdə bu analizi aparmaq üçün portativ cihazlar da hazırlanacaq. Belə texnologiya sayəsində insanlar evdə belə xəstəlik risklərini vaxtında müəyyən edə biləcəklər.

Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 08 İyul 2025 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri