Icma.az
close
up
RU
Tüpürcək vəzi şişləri

Tüpürcək vəzi şişləri

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tüpürcək vəziləri axacaqları ağız boşluğuna açılan və tüpürcək ifraz edən vəzilərdir.

Tüpürcək vəziləri 2 qrupa bölünür: böyük və kiçik tüpürcək vəziləri. Böyük tüpürcək vəzilərinə 3 cüt vəzilər: qulaqətrafı, çənəaltı və dilaltı vəzilər aiddir. Kiçik tüpürcək vəziləri isə əsasən ağzın selikli qişasında, dodaqda, sərt və yumşaq damaqda rast gəlinir.

Tüpürcək vəziləri şişləri arasında həm xoşxassəli, həm də bədxassəli şişlərə rast gəlinir. Xoşxassəli şişlərin yayılması 60%-dir və onlardan 90%-i qulaqətrafı vəzidə rast gəlinir. Bədxassəli şişlərin yayılması 36-40%-dir. Bu xəstəlik bütün yaşlarda rast gəlinə bilər və qadınlarla kişilər arasında olan ehtimal təxminən eynidir.

Diaqnostika: diaqnostika sorğu, baxış və incə iynə ilə aspirasion biopsiya əsasında aparılır. Əlavə olaraq ultrasəs müayinəsindən, kompüter tomoqrafiya və MRT müayinələrindən də istifadə edilir.

Xoşxassəli törəmələr bir qayda olaraq böyük ölçülərə çatmaqlarına rəğmən ağrısız olurlar və xəstədə əlavə problemlər yaratmırlaq. Bəzi hallarda ağız içində olduqda xəstənin danışmasına, qida qəbuluna çətinlik yarada bilərlər. Lakin törəmə böyüdükcə ağrı, dəridə qızartı, dəridə və ağzın selikli qişasında xoralaşma əmələ gələrsə, xəstədə şiş olan tərəfdə mimiki əzələlərin parezi baş verərsə, bu artıq törəməni bədləşməsini göstərir. Lakin bu əlamətlər olmadığı hallarda da törəmə bədxassəli ola bilər. Buna görə də müalicəyə başlamazda əvvəl əsas diaqnostik vasitə incə iynə aspirasion biopsiyasıdır və bu üsul diaqnostika üçün yüksək faiz hallarda dolğun məlumat verir. Heç bir halda diaqnostika üçün açıq biopsiya aparılmamalıdır!

Müalicə: tüpürcək vəzi şişlərinin əsas müalicə üsulu cərrahi yolladır. Xoşxassəli şişlərdə cərrahi əməliyyat tək seçimdir və düzgün aparıldıqda fəsadsız olur və xəstədə şişin təkrarlanması baş vermir.

Bədxassəli şişlərdə isə şişin xarakterindən, ətraf toxumalara yayılmasından asılı olraq müxtəlif həcmli cərrahi əməliyyatlar aparılır. Bəzi hallarda əməliyyatdan sonra şüa müalicəsi və ya kimyəvi dərman müalicəsi aparılır.

Müəllif: Məhəmməd Davudov,

Üz-çənə və baş-boyun cərrahı

.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:340
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri