Icma.az
close
up
RU
Tural Bayraməliyevdən möhtəşəm musiqi: Həbsxanada yazılan notlar Filantrop

Tural Bayraməliyevdən möhtəşəm musiqi: Həbsxanada yazılan notlar Filantrop

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəstəkar Tural Bayraməliyev bəstələdiyi yeni musiqini ictimaiyyətə təqdim edib.

Hurriyyet.az xəbər verir ki, “Filantrop” adlı musiqi dünyadakı ədalətsizlik fonunda mübarizəmi tərənnüm edir. Hazırda həbsdə olan bəstəkar imza atdığı notlara şərh verib, milli musiqi alətləri ilə müşayiət olunan “Filantrop”un fəlsəfi mesajlarını açıqlayıb:

“Bu fəlsəfənin mənası nədir? Bu yollar hara çıxır? Mədəniyyətin tənəzzülünəmi, yoxsa məhkumiyyətin tərəqqisinə? 

Fikir müxtəlifliyi, baxış fərqliliyi fərdin fərdə olan münasibətində cəmiyyətləri formalaşdıran ya kültür zənginliyi, ya da barbar səfilliyidir. Ümumiyyətlə, həyatda qorxu, təşviş, panika, xaos, isterikasız səadət muzası ilə yaşamaq arzusu hər bir ürəkdə mövcuddur. Lakin qəlbə stimul verən elementlərin enerji qaynağını daim dinamik ritmdə tutaraq harmoniya təşkil edən akkordların forsmajorunda optimist notlarla həyatımızın davam etməsində ictimai əlaqələrin qurulmasında, mədəniyyətlərin inkişafı naminə bütün xalqların məhkumiyyətdən mədəniyyətə keçməsi gərəkdir. 

Məhkum sadəcə həbs edilən şəxs deyil. Həqiqətdə ruh cisimdə, zərurətdə fəhm kamalda məhkumdur. Beləliklə, kimi insan ayrılığa, yalnızlığa, tənhalığa, kimi sevməyə, sevilməyə, kimi əsarətə, köləliyə, kimi azadlığa, özgürlüyə, kimi ailəyə, sosial həyata, kimi maddiyyata, kimi mənəviyyata, kimi mülkiyyətdə yoxsulluğa, kimi səfalətdə varlığa, kimi zindanda saraya, kimi sarayda zindana məhkumdur. Kimi zehniyyətdə cəhalətə, kimi elmdə, təhsildə maariflənməyə, arifliyə, kim dində etiqada, əqidəyə, kimi siyasətdə populizmə, demokratiyaya, liberalizmə, hər kəs mütləq bir şeyə məhkumdur. 

Mən isə dünyadakı sülhə, barışa, ədalətdə ülviyyətə, ülviyyətdə məhəbbətə, mədəniyyətə məhkumam. Olmazsa-olmazların təsir dairəsini əhatə edən bütün mədəniyyətlərdən, məhdudiyyətlərdən xilasın yeganə qurtuluşu iradəmizi zəncirləyən vərdişlərdən azad olmaq məhkumiyyətdən mədəniyyətə gedən düşüncəvi yoldur. Birmənalı bilməliyik ki, hər nəsnə, hər bir şey olacağına varır. Hər qəlb, hər ürək bir duyğuya aşiqdir. Mənim aşinalığım dilindən, dinindən, irqindən, rəngindən, mənsubiyyətindən asılı olmayaraq insanları sevməkdir. Sevirəm insanları sevənləri, məhəbbətdə ülviyyəti, qəlblərdə səmimiyyəti, vicdanlarda ədaləti, saf hisləri sevirəm. 

Xalqlarda hurriyyəti, azadlığı sevirəm. İnsanlarda insanlığı, mərhəməti, rəhm etməyi sevirəm. Sülhü sevirəm, barışı, çəkirəm xalqlar üçün eşq həsrəti, sevirəm millətlərdəki tək ülfəti, sevmirəm haqsızlığı, qərəzliliyi, qəsb etməyi, sevmirəm dünyadakı insanlar üzərindəki zorakılığı, zülmkarlığı, sevmirəm dünyadakı istibdadı, istilayı, istismarı, sevirəm dünyadakı intibahı, istiqrarı, istiqlalı, sevirəm qanun qarşısında bərabərliyi, aliliyi. Sevirəm vətən səni. Üzmə məndəki bu canı. Sevirəm Azərbaycanı. 

Filantrop adlandırdığım bu kompozisiyanı bütün dünya xalqlarına, bütün cahandakı gəlmiş, keçmiş, gələcək olan millətlərə həsr edirəm. Əminəm ki, bu melodiyada hər kəs özünü tapacaq. Hər kəs bu musiqini dinləyəcək. 

Və bu əsəri, kompozisiyanı, yeni dünya nizamında formalaşan yeni sistemlərə öz töhfəsini humanizm prinsipi ilə bir yerdə filantropçu ruhunda, düşüncəsində verəcək. Hal-hazırda olduğum mədrəsəyyi-yusif məkanı-hal etibarilə dünyaya bu enerjini, optimistliyi, bu dinamikanı, pozitivliyi və bu məhəbbəti ötürdüyüm üçün özümü xoşbəxt hiss edirəm. Beynəlxalq arenalardakı bütün xalq müdafiəçilərinə, ədalət keşikçilərinə, hüquq təmsilçilərinə və azadlıq gözətçilərinə həsr edirəm. Filantrop əsəri əsrimizin sönməz sülh və barış simvolu olacağına canı-könüldən inanıram”.

yenisabah.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri