Icma.az
close
up
RU
Turan Bayramov: “Səhvlərimin üzərində çalışacağam ki, gümüşü qızıla çevirim” MÜSAHİBƏ

Turan Bayramov: “Səhvlərimin üzərində çalışacağam ki, gümüşü qızıla çevirim” MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan cüdoçusu Turan Bayramovun (60 kq) İdman.biz-ə müsahibəsi

- Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində çıxışınızı necə dəyərləndirirsiniz?

- Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Çox güclü rəqiblər vardı. Görüşlərim ağır keçdi. Əvvəlcə çinli, ikinci görüşdə isə tacik idmançıya tam üstünlüklə qalib gəldim. Üçüncü qarşılaşma isə yerli özbək idmançısı ilə oldu. Ona da tam üstünlüklə qalib gələrək finala yüksəldim.

- Bəs finalda qələbə üçün nə çatmadı?

- Rus idmançı Ayub Bliyevə etdiyim kobud səhvin ucbatından məğlub oldum. Rəqib məni əks fəndlə qarşıladı. Səhvimdən istifadə edib finalda rahatlıqla qalib gəldi və gümüş medala yiyələndim.

- Onda ikinci yer sizi qane etmədi?

- Qızıl medal istəyirdim. Ancaq buna da şükürlər olsun. Düşünürəm ki, bu qədər fasilədən sonra gümüş medal pis nəticə deyil.

- Bəs uzun fasilədən sonra bu yarışda medal qazanmaq sizə çətin olmadı?

- Müəyyən səbəblərə görə son iki-üç aydır böyük arenalardan kənardayam. Axırıncı dəfə ötən ilin sentyabrında Zaqreb Qran-Prisində iştirak etmişəm. Həmin vaxtdan indiyə kimi yarışlara qatılmırdım. Məşqləri də tam yerinə yetirmədiyim üçün formada deyildim. Son bir aydır ki, məşqlərə normal tempdə davam edirəm. Çünki bu yarışda medal qazanmaq istəyirdim.

- Yaxın gələcəkdə hansı yarışlarda iştirakınız gözlənilir?

- Buna məşqçilər qərar verəcək. Qarşıda bizi təlim-məşq toplanışları gözləyir. Orada fiziki-taktiki cəhətdən öz üzərimdə işləməyə imkanım olacaq. Səhvlərimin üzərində daha çox çalışacağam ki, növbəti yarışlarda gümüşü qızıla çevirim.

Aytac Sahəd
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Mart 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri