Turan la oyunlarımız çox prinsipial keçir Zirə nin yarımmüdafiəçisi
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasının 10-cu turunda Şamaxıda "Karvan-Yevlax"ı 3:2 hesabı ilə məğlub edən "Zirə" çempionatdakı növbəti matçını öz meydanında lider "Turan Tovuz"u qəbul edəcək. "Qartallar"ın yarımmüdafiəçisi Ceyhun Nuriyevlə əlaqə saxlayıb həm Yevlax komandası üzərində qələbə, həm də qərb təmsilçisi ilə qarşıdakı matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Ağır oyun keçdi bizim üçün. Belə müqavimətə hazır idik. Qollar buraxmağımıza baxmayaraq, oyun nəzarətimizdə idi. Ən vacibi odur ki, qol buraxandan sonra ruhdan düşmədik.
"Turan"la oyunlarımız çox prinsipial keçir. Bizi gərgin 90 dəqiqə gözləyir. Meydanın hər qarışı uğrunda mübarizə gedəcək. Rəqibi keçən ildən tanıyırıq. Ötən ildən eyni oyun üslubları var. Maraqlı oyun olacaq".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Noyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















