Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Turan liqası” yaradılır? AÇIQLAMA

“Turan liqası” yaradılır? AÇIQLAMA

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar türk dövlətləri arasındakı qarışılıqlı əlaqələr inkişaf edir. 

Bu əlaqələr özünü bütün sahələrdə biruzə verir. İstər siyasi, istər turizm, istər iqtisadiyyat, istərsə də mədəniyyət kimi sektorlarda Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələr arasında əməkdaşlıq qurulur. Belə olan halda bir sual yaranır. 

Bənzər əməkdaşlıq futbol sahəsində də qurula bilərmi? Nəzərə almaq lazımdır ki, futbol bütün dünyada çox populyar idman növüdür və təsir dairəsi də kifayət qədər böyükdür. Bu isə o deməkdir ki, bu sahədəki yaxınlaşma türk dövlətlərini biri-birinə daha da sıx şəkildə bağlaya bilər. 

Beləliklə, türk dövlətlərinin futbol klubları arasında xüsusi bir çempionat və ya kubok turniri təşkil oluna bilərmi? Mövzu ilə bağlı “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, son dövrlərdə müxtəlif sahələr üzrə türkdilli dövlətlərin birlik nümayiş etdirdiyi göz önündədir: 

“Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəniyyət və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir. Həmçinin, türk dövlətlərinin prezidentlərinin qarşılıqlı səfərləri və ortaq görülən işlər bu birliyi daha da gücləndirir. 

Təbii ki, bu məsələnin idman sferasına, xüsusilə futbol sektoruna da şamil olunması çox yaxşı olardı. Əslində, Türkiyənin liqalarında “mavi kart” sistemi tətbiq edilir. Bununla da hər komanda türkdilli dövlətlərdən olan futbolçu transfer edə bilər. Üstəlik, həmin futbolçu legioner statusunda sayılmır. Bu fonda Azərbaycan futbolçuları Türkiyəyə axın etdi. Eyni zamanda, Qazaxıstan və digər türk dövlətlərindən olan futbolçularla da qardaş ölkə komandaları müqavilələr imzaladı”. 

Ekspert qeyd edib ki, türk dövlətləri arasında futbol sahəsindəki əməkdaşlığı daha da inkişaf etdirmək lazımdır: 

“Təkcə Türkiyənin deyil, Azərbaycan, Özbəkistan və Qazaxıstan kimi ölkələrin də bu istiqamətdə addım atması vacibdir. İdmanın şahı sayılan futbolda belə bir missiyanın yerinə yetirilməsi hər bir ölkəyə böyük rəğbət qazandırar və azarkeşləri sevindirər. Düşünürəm ki, türk dövlətləri arasında xüsusi futbol turnirinin keçirilməsi çox gözəl olar. Hər türk ölkəsinin daxili çempionatında ilk 2-3 yeri tutan komandalar belə bir turnirdə iştirak edə bilərlər. Düzdür, bunu təşkil etmək ilkin dövr üçün maddi tərəfdən çətinlik yaradacaq. Çünki sözügedən turnirə maraq göstərilməli, onun maddi və texniki bazası daha da gücləndirilməlidir”. 

Elçin Cəfərov belə bir turnirin hansı formada keçirilə biləcəyi ilə bağlı da fikirlərini söyləyib: “Hesab edirəm ki, indiki halda türk dövlətlərinin klubları arasında yeni liqa yaratmaq bir qədər çətin olar. Lakin kubok və ya başqa xüsusi turnir təşkil edilə bilər. 1 həftəlik və ya 10 günlük turnir formatının gündəmə gəlməsi mümkündür. Üstəlik, bunu hər il fərqli türk dövlətində təşkil etmək olar. Məncə, belə bir turnir ancaq yay aylarına təsadüf edə bilər. Bu istiqamətdə nədənsə başlamaq çox önəmlidir. Azərbaycan tərəfinin təşəbbüskar kimi çıxış etməsi isə lap əla olar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Turan liqası futbol açıqlama

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:266
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Mart 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri