Icma.az
close
up
RU
Turan pulu Türk dövlətlərinin xatirə sikkəsi satışa çıxdı /FOTO

Turan pulu Türk dövlətlərinin xatirə sikkəsi satışa çıxdı /FOTO

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü üçün xüsusi hazırlanan xatirə sikkəsi Türkiyədə satışa təqdim edilib.

Türkiyənin Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin hazırladığı xatirə sikkəsinin dizaynında Türk dövlətləri arasındakı köklü əlaqələri və əməkdaşlığı simvolizə edən detallara yer verilib, TDT-nin beynəlxalq fəaliyyəti və mədəni dəyərləri vurğulanıb.

Xatirə sikkəsinin aversində səkkizguşəli “Səlçuklu Ulduzu”nun ortasında təşkilatın loqosu yer alıb. Bu ulduzun hər guşəsi təşkilatın fəlsəfi dəyərləri olan mərhəmət, şəfqət, səbir, doğruluq, sirr saxlamaq, sadiqlik, yardımsevərlik və şükür etməklə yanaşı, həm də TDT-nin səkkiz üzv dövlətini simvolizə edir.

Xatirə sikkəsinin reversində isə təşkilatın üzvü olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın dövlət bayraqları yer alıb. TDT-nin “Dildə, fikirdə, işdə birlik” ifadəsinin də əks olunduğu sikkənin ortasındakı pətək toxuması yerləşdirilib ki, bu da məhsuldarlığı, çalışqanlığı və birliyi təmsil edir. Toxumanın üzərindəki əlsıxma isə etibarlılığı, regional və digər coğrafiyalarda sülh və birliyi əks etdirir.

Diametri 38,61 millimetr, kütləsi 23,33 qram olan xatirə sikkəsi 5 min ədəd istehsal olunub və dövriyyə müddəti noyabrın 7-dən etibarən 2 il olaraq müəyyən edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən liderlər toplantısı zamanı bu Zirvə görüşü üçün xüsusi hazırlanmış xatirə pulunu dövlət başçılarına hədiyyə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 Noyabr 2024 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri