Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Turan sevdasının Qənirə pərvanəsi

Turan sevdasının Qənirə pərvanəsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Qənirə Paşayeva – 50

Türk dünyasının tanınmış qızı, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin keçmiş sədri, şair və jurnalist həmkarımız Qənirə Paşayevanın yarıməsrlik yubileyi onsuz keçir. İlyarım əvvəl haqq dünyasına qovuşmuş Qənirə xanımın tükənməz həyat eşqi, ictimai-siyasi fəallığı bu gün də bir örnək kimi xatırlanır.

O, 1975-ci ilin bir yaz günü Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Dövlət Tibb Universitetinin pediatriya və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültələrini bitirib. Bir müddət telereportyor, müxbir, redaktor kimi çalışaraq tamaşaçıların rəğbətini qazanıb. Sonra 4 çağırış Milli Məclisinin deputatı olub, son illərdə parlamentin Mədəniyyət komitəsinə sədrlik edib. Fədakar fəaliyyəti, fəal çalışmaları ilə Azərbaycan–Türkiyə qardaşlığına, Turan ellərinin birliyinə layiqli töhfələr verib.

Mərhum Qənirə xanımın Türkiyənin 40-dan çox universitetində keçirdiyi konfranslardakı nitqləri yadda qalıb. Onun şəxsi təsəbbüşü ilə qardaş ölkənin müxtəlif bölgələrində Xocalı və Qarabağ parklarının açılışında, Zəfərimizin təbliğində sanballı xidmətləri olub. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Axıska Türklərinin qurultayındakı çıxışında Qənirə Paşayevanın “Axıska” şeirini çox böyük sevgi ilə səsləndirib.

Qənirə Paşayeva duyğu və düşüncələrini poetik dillə gözəl ifadə edirdi. Kövrək notlu “Ana” şeiri həm də onun özünün tale yazısı idi.

Tonqala atılan Jannadan,
Vətən uğrunda Kirin başını kəsən
Tomrisdən,
İsgəndərə ədalət dərsi kecən
Nüşabədən,
Sevgi şəhidi Leylidən
daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna.
Leyli də ola bilmədim, ana...

Əslində isə Qənirə xanım qısa ömrundə dövrünün Jannası da, Tomrisi də, Nüşabəsi də olmaqla yanaşı, Türk Dünyasının Asenası da oldu. Onun zəhmətlə hasilə gətirdiyi “Tarixə adını yazan qadınlar” üçcildliyində dünya ölkələrindəki ünlü qadınlarla yanaşı, Azərbaycan tarixində özünəməxsus imzasını qoyanlardan – ilk xanım hökmdar Tomris, ilk qadın diplomat Sara Xatun, hamımıza öz zərifliyi, uzaqgörənliyi ilə örnək olan birinci xanım Mehriban Əliyevadan və tariximizdə, mədəniyyətimizdə öz sözünü deyən digər qadınlardan məhəbbətlə bəhs edir. “Mən hər şeyi bacaracam” devizi kitabın əsas ideyasıdır ki, insana əzm, iradə və yüksək həyat eşqi aşılayır.

Maarifçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhət idi. Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət çəkib. Onun trilogiya təşkil edən “Məndən sonra”, “Səndən sonra” və “O” kitabları da oxucular tərəfindən maraqla qarş ılanıb. Əsərləri Təbrizdə, Ankarada, İstanbulda, Daşkənddə də nəşr olunub. Bir neçə ay əvvəl Türkiyənin paytaxtında “Qənirə Paşayeva. Portreti” kitabı çıxıb. Sanki ömrünün tez sona yetəcəyini bilibmiş kimi, kitablarından birinin adını “Hesab vaxtı” qoyub.

Bu gün aramızda olmayan Vətəncanlı, xeyirxah ziyalı Qənirə Paşayeva siyasətdə də, ədəbiyyatda da, insan münasibətlərində də göründüyü kimi olanlardan idi. Seçicisi olmayan vətəndaşlar belə inamla ona müraciət edir və müşkülləri həllini tapırdı.

Qənirə xanımın xatirəsinin əziz tutulması da fərəh doğurur. Ötən payız Azərbaycan Milli Xalça Muzeyində “Qənirə Paşayeva – İTHAF” adlı bədii sərgi təşkil edilib. İki gün öncə Bakıda qadınlar arasında beynəlxalq şahmat turniri keçirilib. Beynəlxalq Avrasiya Araşdırmaları İctimai Birliyinin rəhbəri Kəmalə Paşayeva bacısının həm də güclü şahmat həvəskarı olduğunu bildirib və deyib ki, buna görə də bu turnir, burada qalib gələn qadınların uğuru onun ruhunu şad edəcək. Daha öncə Ankaranın Etimesqut rayonunda, bu yaxınlarda isə Kırşehir bələdiyyəsində Qənirə Paşayeva adlına parklar yaradılıb.

Ə.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri