Icma.az
close
up
RU
Qənirə Paşayevanın vəfat ildönümüdür

Qənirə Paşayevanın vəfat ildönümüdür

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün millət vəkili Qənirə Paşayevanın vəfatının ildönümüdür.

Modern.az məlumat verir ki, Qənirə Paşayeva 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. O, orta məktəbi bitirərək 1991-1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində oxuyub, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb. 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1998-ci ildə hələ tələbə ikən jurnalistika sahəsində fəaliyyətə başlayıb, “ANS” televiziyasında müxbir kimi çalışıb, sonra isə baş redaktor vəzifəsinə qədər yüksəlib.

Q.Paşayeva dörd çağırış Milli Məclisin deputatı olub. O, Mədəniyyət Komitəsinin sədri kimi türk dünyası ölkələri ilə mədəni əlaqələrin inkişafına, Qarabağ həqiqətlərinin yayılmasına mühüm töhfə verib.

Bundan başqa, Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyəti, erməni soyqırımı, Qarabağ və digər mühüm mövzuları əhatə edən 10-dan çox elmi və publisistik əsərin, çoxsaylı məqalələrin və filmlərin müəllifi olub.

2023-cü ildə səhhətində yaranan problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Qənirə Paşayeva sentyabrın 28-də 48 yaşında dünyasını dəyişib və İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Sentyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see274

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see264

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see264

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see260

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see243

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see239

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see231

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see218

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see197

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see197

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see195

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see192

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see190

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see186

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see181

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see167

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see166

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri