Icma.az
close
up
RU
“Turan Tovuz” yubilyar üçün turnir təşkil etdi

“Turan Tovuz” yubilyar üçün turnir təşkil etdi

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tovuz futbolunun əfsanələrindən olan Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub.

Futbolpress.az xəbər verir ki, ardıcıl olaraq 1106 dəqiqə qapısını toxunulmaz saxlayan, 21 qolla ən məhsuldar azərbaycanlı qapıçı olan Nizami Sadıqovun yubileyi münasibəti ilə “Turan Tovuz” PFK turnir təşkil edib.

Turnirdə “Turan Tovuz”la yanaşı, “Kəpəz”, “Azəri” (Gəncə), “Gəncə”, “Qazax Gənclər” və “Şəmkir”in 2012-ci il təvəllüdlü futbolçulardan ibarət komandaları iştirak ediblər. İki gün davam edən turnirdə qrup mərhələsini maksimum nəticə ilə adlayan “Turan Tovuz” və “Kəpəz” finalda qarşılaşıblar. 3-cü yer uğurunda oyunda isə “Gəncə” “Azəri”yə rəqib olub. Rəqibini 3:1 hesabı ilə məğlub edən “Azəri” bürünc medallara sahib olub. Final oyununda isə “Turan Tovuz” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.

Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. “Ədalətli oyun” mükafatını “Gəncə” komandasının baş məşqçisi İntiqam Səmədova “Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Ülfət Mədətov, turnirin “ən yaxşı hakimi” mükafatını Tural Əliyevə akademiyanın koordinator köməkçisi Elxan Abdıyev, turnirin “ən sərrast futbolçusu” mükafatını “Turan Tovuz”un üzvü Tunar Namazova “Turan Tovuz”un Uşaq Futbolunun İnkişafı üzrə direktoru Eltay Aslanov, turnirin “ən yaxşı qapıçısı” mükafatını “Turan Tovuz”un futbolçusu Vidadi Kərimliyə Nizami Sadıqov, tunirin “ən yaxşı oyunçusu” mükafatını isə “Kəpəz”in üzvü Hüseyn Əzizova “Turan Tovuz” PFK-nın İH sədrinin müavini Əli Balakişiyev təqdim edib.

“Azəri”, “Kəpəz” və “Turan Tovuz”un bütün futbolçuları müvafiq medallarla təltif olunduqdan sonra baş mükafat – kubok yubilyar Nizami Sadıqov tərəfindən “Turan Tovuz”un müvafiq yaş qrupu üzrə komandasının kapitanına təqdim edilib.

Sonda veteran futbolçunun yubileyi münasibəti ilə ziyafət təşkil olunub, ona “Turan Tovuz”un 60 nömrəli forması hədiyyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri