“Turan Tovuz”da ayrılıq gözlənilir millimizin üzvü narazıdır
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Azərbaycan millisinin futbolçusu Rəhim Sadıxov "Turan Tovuz"dan ayrıla bilər. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
30 yaşlı yarımmüdafiəçi komandada kifayət qədər forma şansı qazanmadığından narazıdır. Belə ki, "boz qurdlar"ın baş məşqçisi Kurban Berdıyev onu əsas heyətin daimi üzvü kimi görmür. Bu vəziyyət isə futbolçunu qane etmir.
Sadıxov daha çox oyun praktikasına sahib ola biləcəyi komandada çıxış etmək niyyətindədir. Bu səbəbdən onun gələcək karyerası ilə bağlı dəyişiklik etməsi istisna olunmur.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2025-ci ilin yanvarında "Sumqayıt"dan "Turan Tovuz"a keçib. O, 2024/2025 mövsümündə Premyer Liqada Tovuz klubunun heyətində 17, 2025/2026 mövsümündə isə 33 oyunda meydana çıxıb. Cari mövsümdə isə yarımmüdafiəçi 12 turun yalnız 9-da iştirak edib və ümumilikdə 285 dəqiqə meydanda olub.
Futbolçunun "Turan Tovuz"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Baxış sayı:127
Bu xəbər 25 Noyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















