Icma.az
close
up
RU
“Turan Tovuz”la “Neftçi”nin qələbə həsrəti üç oyuna çatdı

“Turan Tovuz”la “Neftçi”nin qələbə həsrəti üç oyuna çatdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Turan Tovuz - Neftçi (Bakı) 0:0
1. Oleq Baklov - 5,5
7. Xorxe Silva - 5,5
5. Roderik Miller - 5,0
3. Enrike Silva - 5,0
15. Emmanuel Hakman (k) - 5,5
32. Hayderson Urtado - 5,5
19. Roberto Olabe - 5,0
17. Rəhim Sadıxov - 5,0
(29. Filip Ozobiç, 65) - 5,0
11. Ayxan Hüseynov - 5,0
(21. Aleks Souza, 65) - 4,5
23. Alexandro Serrano - 4,5
(10. Xəyal Nəcəfov, 32) - 6,0
90. Joarlem Batista - 5,5
Ehtiyat oyunçular
41. Sergey Samok
13. Mehman Hacıyev
88. Faiq Hacıyev
6. Fərid Yusifli
2. Abdulla Rzayev
77. Veysəl Rzayev
14. Murad Dadaşev
30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdiyev
Komandanın ən yaxşısı: Xəyal Nəcəfov
13. Kenan Piriç (k) - 6,0
15. Elvin Bədəlov - 5,0
5. İqor Ribeyro - 5,5
24. Mustafa Sek - 5,0
6. Sessi D’Almeyda - 5,0
18. İfeanyi Metyu - 5,0
9. Bassala Sambu - 5,0
(22. Luis Ortis, 76) - qiymətsiz
27. Kristian Kostin - 5,0
11. İmad Faraj - 5,5
(47. Murad Məmmədov, 82) - qiymətsiz
10. Freddi Varqas - 5,5
(8. Emin Mahmudov, 76) - qiymətsiz
45. Vensan Abubakar - 5,5
Ehtiyat oyunçular
1. Emil Balayev
93. Rza Cəfərov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
14. Edvin Kuç
23. Cordan Rezabala
28. Alessio Kurçi
Məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Kenan Piriç
Vərəqə: E.Silva, 16 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Rahil Ramazanov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
28 noyabr. Tovuz. Şəhər stadionu. 4500 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Son iki turda qələbəyə həsrət qalan meydan sahibləri üçün turnir cədvəlində mövqeyini qorumaq baxımından üç xal həyati əhəmiyyət daşıyırdı. “İmişli” ilə oyundan sonra “ağ-qaralar”da baş məşqçi postunun boş qalması da hamıya məlum idi. Elə qonaqlar da son iki oyunda qələbə qazanmamışdı. Sənan Qurbanov uğursuz axarı dəyişməliydi.

İlk saniyələrdə meydan sahibləri təhlükəli hücumla yadda qaldı. Metyunun ötürmə səhvindən sonra Rəhim topu Ayxana çatdırdı. Hüseynov Sadıxova qaytarsa da, onun aşırma zərbəsi dəqiq alınmadı. 10-cu dəqiqədə Abubakar – Varqas - İmad kombinasiyasının ardından sonuncunun qapı önünə göndərdiyi topun qarşısını Hakman kəsdi. Dörd dəqiqə sonra Emmanuelin cinah ötürməsini Joarlem başla tamamlamaq üçün yüksəlsə də, Piriç etibarlı oynadı. 24-cü dəqiqədə Ayxanın cərimə zərbəsindən qapı qarşısına göndərdiyi topu Miller başla qapıya vurmağa çalışdı, amma Ribeyro imkan vermədi. Ardınca küncdən göndərilən topu “Neftçi”nin müdafiəçiləri uzaqlaşdıra bilmədi. Enrike fürsətdən yararlanmaq istəsə də, zərbəsi hədəfdən yayındı. Hissənin sonunda Varqasın küncdən ötürməsini Abubakar başla qapıya yönəltsə də, Baklov yerində idi.
İkinci yarıdakı ilk təhlükəli vəziyyəti “Turan Tovuz” yaratdı. Xəyaldan ötürmə alan Xorxe topu qapı qarşısına göndərdi, Joarlemin başla vurduğu zərbəni isə Piriç zərərsizləşdirdi. 51-ci dəqiqədə, nəhayət, top qapı xəttini keçdi. Sessidən yayınan Rəhim topu Ayxana ötürdü, Hüseynovun zərbəsi dirəyə dəydi. Qayıdan topu Joarlem başla tora göndərdi, amma ofsaydda olduğuna görə qol qeydə alınmadı. 56-cı dəqiqədə Xəyalın uzaqdan güclü zərbəsini Piriç son anda çıxardı. 62-ci dəqiqədə Sekin cərimə zərbəsindən yönəltdiyi top da Baklovun müqavimətini qıra bilmədi. 80-ci dəqiqədə Mahmudovun Abubakara ötürməsi cərimə meydançasında Vensanla Hakmanın mübarizəsi fonunda kamerunlunun əlinə dəydi. Hakim əvvəlcə penalti nöqtəsini göstərsə də, VAR-a baxandan sonra qərarını ləğv etdi. Beləliklə, komandalar meydandan hərəyə 1 xalla ayrıldı. Amma qələbə həsrəti üç oyuna çatan tərəflər, çətin ki, bu xala sevinə.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Noyabr 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri