“TuranBank”da departament direktoruna müavin TƏYİN OLUNDU
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"TuranBank”da Beynəlxalq Maliyyə İnstitutları Departamentinin direktor müavini vəzifəsinə təyinat olub.
Banco.az xəbər verir ki, bu vəzifəyə Tamilla Qasımova gətirilib.
T.Qasımova bundan əvvəl “TuranBank”da Maliyyə İnstitutları və Ticarətin Maliyyələşdirilməsi şöbəsinin müdiri, həmin şöbənin müdir müavini və meneceri, Sənədli Əməliyyatlar şöbəsinin baş mütəxəssisi, Müxbir Əlaqələri və Klirinq şöbəsinin böyük mütəxəssisi vəzifələrində çalışıb.
2010-2012-ci illərdə isə “Rabitabank” ASC-nin Maliyyə nəzarəti şöbəsində mütəxəssis kimi fəaliyyət göstərib.
O, Azərbaycan Dövlət Neft Akademiyasında neft və qaz hasilatı sənayesində mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə 2005-2009-cu illərdə bakalavr və 2009-2011-ci illərdə isə magistr təhsili alıb. İngilis və rus dillərini bilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 02 Oktyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















