Icma.az
close
up
RU
Turanı gücləndirən “əbədi dostluq” Bakı ilə Daşkənd münasibətlərində yeni səhifə RƏYLƏR

Turanı gücləndirən “əbədi dostluq” Bakı ilə Daşkənd münasibətlərində yeni səhifə RƏYLƏR

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri başlayıb.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri geniş gündəliyi və mühüm görüşləri ilə diqqət çəkir. Səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçirilir.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü keçirilib. Həmçinin Azərbaycan və Özbəkistan prezidentlərinin sədrliyi ilə Ali Dövlətlərarası Şuranın üçüncü iclası baş tutub.

Səfərin gündəliyinə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən yeni sənədlərin imzalanması, “Yeni Daşkənd” layihəsi ilə tanışlıq və Buxaraya səfər də daxildir.

Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması olub.

Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.

Sənədin imzalanması Azərbaycan və Özbəkistan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından mühüm addımdır.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin geniş proqramı və səfər çərçivəsində keçirilən görüşlər iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və qarşılıqlı əməkdaşlığın inkişafına verilən əhəmiyyəti göstərir.

Mövzu ilə bağlı tanınmış qazaxıstanlı jurnalist-tədqiqatçı, publisist və “Altın Orda” media qrupunun rəhbəri Serik Maleyev Gununsesi.info -ya açıqlamasında Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafını müsbət qiymətləndirib.

O bildirib ki, Azərbaycanla Özbəkistan arasında əlaqələrin möhkəmlənməsi yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasındakı əməkdaşlığın inkişafına töhfə verir:

“Mən baş verən hadisələrə Türk Dövlətləri Təşkilatı, eləcə də Azərbaycanın daxil olduğu “5+1” formatı çərçivəsində yanaşıram. Hesab edirəm ki, Mərkəzi Asiyanın beş ölkəsi və Azərbaycanın yer aldığı bu format hazırda ən uğurlu əməkdaşlıq formullarından biridir. Gələcəkdə bu formata, ola bilsin ki, Ermənistan da qoşulsun. Çünki tərəflərin qarşılıqlı maraqları var.

Azərbaycanın Özbəkistanla əməkdaşlığı gücləndirməsi, şübhəsiz ki, müsbət haldır. Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız siyasi və iqtisadi maraqlara deyil, tarixi, mədəni və qardaşlıq bağlarına da əsaslanır. Bu iki ölkənin xalqları arasında qarşılıqlı hörmət və yaxınlıq münasibətlərin daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də bildirib ki, Özbəkistan Qazaxıstan üçün rəqib deyil. Yəni Özbəkistan üçün yaxşı olan hər şey Qazaxıstan üçün də yaxşıdır. Bu yanaşma Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini göstərir.

Bu baxımdan, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın genişlənməsi təkcə iki ölkə üçün deyil, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz arasında əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir. Azərbaycan və Özbəkistanın yaxınlaşması Türk dövlətləri arasında həmrəyliyin, dostluğun və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Hesab edirəm ki, bu münasibətlərin inkişafı gələcəkdə Türk dünyasında yeni əməkdaşlıq imkanlarının yaranmasına da şərait yaradacaq”.

Gununsesi.info -ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərir:

“Prezident İlham Əliyevin böyük nümayəndə heyəti ilə Özbəkistana səfəri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutub. Son dövrlərdə Azərbaycan və Özbəkistan dövlət başçılarının qarşılıqlı səfərlərinin daha da intensivləşməsi iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.

Özbəkistan da Azərbaycan kimi türk dövlətidir və hər iki ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür. Bu təşkilat və digər beynəlxalq qurumlar çərçivəsində Azərbaycanla Özbəkistan arasında uzun illərdir qarşılıqlı əməkdaşlıq, dostluq və müttəfiqlik münasibətləri inkişaf edir.

Xüsusilə qeyd etmək istərdim ki, Özbəkistan Azərbaycan-Ermənistan münaqişəsinin davam etdiyi dövrdə Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyən dövlətlərdən biri olub. Özbəkistan beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı mövqeyinə dəstəyini nümayiş etdirib. Eyni zamanda, Ermənistanla diplomatik əlaqələr qurmayan dövlətlərdən biri olub. Bunun əsas səbəblərindən biri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi idi.

Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə səfər edərək Füzulidə Özbəkistan dövlətinin vəsaiti hesabına inşa olunan Uluqbəy adına orta məktəbin təməlini qoyub. Daha sonra həmin məktəbin açılışı Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilib.

Bundan başqa, Azərbaycan və Özbəkistan dövlətləri Xankəndidə sənaye müəssisəsinin və tikiş zavodunun təməlini də birlikdə qoyublar. Bu layihələr iki ölkə arasında yalnız siyasi deyil, iqtisadi və humanitar sahələrdə də əməkdaşlığın inkişaf etdiyini göstərir.

Bununla yanaşı, iki ölkə arasında Ali Dövlətlərarası Şura yaradılıb. Son dövrlərdə Azərbaycan və Özbəkistan arasında dövlət başçılarının qarşılıqlı səfərləri və müxtəlif görüşlər çərçivəsində çoxsaylı sənədlər imzalanıb. Prezident İlham Əliyevin budəfəki səfəri çərçivəsində də müxtəlif sahələri əhatə edən yeni sənədlərin imzalanması münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyətlidir”.

Politoloq hesab edir ki, bu səfər həm Azərbaycan, həm də Özbəkistan ictimaiyyətinin diqqətindədir. Səfər dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi ilə yanaşı, iki qardaş xalq arasında əlaqələrin yaxınlaşmasına da müsbət töhfə verəcək.

“Azərbaycan və Özbəkistan arasında münasibətlər tarixi, mədəni və mənəvi yaxınlığa əsaslanır. Bu baxımdan, iki qardaş dövlət arasında qarşılıqlı səfərlərin və əməkdaşlığın davam etdirilməsi hər iki ölkənin maraqlarına uyğundur. Eyni zamanda, bu əlaqələrin möhkəmlənməsi Türk dünyasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın daha da güclənməsinə xidmət edir”,-deyə Xəyal Bəşirov fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Avqust 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri