Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Bakı Daşkənd: ortaq gələcəyin dostluq simgəsi

Bakı Daşkənd: ortaq gələcəyin dostluq simgəsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi önəmi

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfə­rində iki xalq arasındakı dostluq və qardaşlıq münasibətləri daha yüksək fazada vurğulandı. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan danışıqlar və əldə olu­nan razılaşmalar münasibətlərin yalnız bugünkü mənzərəsini de­yil, eyni zamanda, sabahın kon­turlarını müəyyənləşdirdi. Nəin­ki müəyyənləşdirdi, qəti əminlik yaratdı, dönməzlik trayektoriyası cızdı. Söhbət gələcək nəsillərə mi­ras qalacaq dönməzlikdən gedir. Elə bir dönməzlik ki, özündə əbədi məzmun daşıyır. 

Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin Özbəkistana səfərinin ən mühüm siyasi nəticəsi “Azərbaycan Res­publikası ilə Özbəkistan Respublikası ara­sında əbədi dostluq haqqında Müqavilə”­nin imzalanmasıdır. Bu müqavilə yalnız növbəti diplomatik sənəd deyil, iki xalq arasındakı əsrlərdən bəri gələn dostluq və qardaşlığın dövlətlərarası münasibətlərin hüquqi-siyasi müstəvisində daha yüksək səviyyədə təsbit olunmasıdır. Əsrlərin isə dərin yaddaşı var.

Əsrə bərabər tarixi gün

Ortaq yaddaşımızı cilalayarkən, qey­ri-ixtiyari şəkildə dahi qırğız yazıçısı Çin­giz Aytmatovun “Gün var əsrə bərabər” romanını xatırladıq. Həqiqətən, Prezident İlham Əliyevin Özbəkistana səfər günləri əsrlərin dərin yaddaşına hoparaq, tarixilik qazanmış hadisədir. Əsrə bərabər gün isə Əbədi Dostluq Müqaviləsinin imzalandığı 23 avqust 2026-cı il tarixidir.

Nəzərə alaq ki, Azərbaycanla Özbəkis­tanı bir-birinə bağlayan tellərin yaşı müa­sir dövlətlərarası münasibətlərdən çox-çox qədimdir. Bu yaxınlığın kökündə ortaq türk mənəvi məkanı, eyni mədəniyyət xə­zinəsi, dil və ədəbiyyat dünyasının yarat­dığı böyük körpülər dayanır. Axı Nizami Gəncəvi ilə Əlişir Nəvainin adı çəkiləndə Bakı ilə Daşkənd arasında coğrafi məsafə azalır. Onu da nəzərə alaq ki, bu iki böyük söz dühasının yaradıcılığı əsrlər boyunca bütövlükdə Türk dünyasının mənəvi yad­daşını zənginləşdirib.

Görünür, buna görədir ki, Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpü” adlı birgə film təklifini irəli sürdülər. Bu təklif Azərbaycan və Özbəkistan münasibətlərin­də siyasi iradə ilə tarixi-mədəni yaxınlığı, bir növ, tamamlayır. Dövlətimizin başçısı­nın Özbəkistanın Milli İnformasiya Agent­liyinə müsahibəsində vurğuladığı kimi, iki ölkə arasındakı münasibətlər ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə söykə­nir və son illərdə ən yüksək pilləyə – müttə­fiqlik səviyyəsinə yüksəlib. Deməli, dostluq və qardaşlıq, mənəvi yaxınlıq kimi müttə­fiqlik də özünün əbədilik fazasındadır.

Əzəmətli regional proses və müttəfiqlik

Azərbaycan–Özbəkistan münasibətlə­rinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, siyasi bəyanatlar real iqtisadi layihələr­lə müşayiət olunur. Daşkənd görüşlərinin nəticələri də bunu bir daha göstərdi. Ali Dövlətlərarası Şuranın üçüncü iclasın­da iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması hədəfi müəyyənləşdirildi. Son 5 ildə qarşılıqlı ticarətin üç dəfə artması bu hədəfin real əsaslara söykəndiyindən xəbər verir. Həmçinin investisiya və ticarət sahə­sindəki razılaşmaların icrası naminə prak­tiki fəaliyyət planının qəbulu da müstəsna məqamdır.

Əlbəttə, mühüm əməkdaşlıq istiqaməti Orta Dəhlizdir. O Orta Dəhliz ki, inkişa­fı, enerji, rəqəmsal və “yaşıl” iqtisadiyyat əməkdaşlığı ilə regional nəqliyyat-ticarət xəritəsini dəyişir. Aydındır ki, dünyada yeni düzənin və ona uyğun xəritənin for­malaşdığı indiki mərhələdə Azərbaycan ilə Özbəkistanın nəqliyyat əlaqələrinin in­kişaf etdirilməsi yalnız iki ölkənin iqtisadi maraqlarına xidmət etmir. Bu əməkdaşlıq Mərkəzi Asiya ilə Cənubi Qafqazı daha sıx birləşdirən, Şərq ilə Qərb arasında yeni bağlantılar yaradan böyük regional prosesin tərkib hissəsidir. Azərbaycanın Xəzər üzə­rindən Avropaya, Özbəkistanın isə Mərkəzi Asiyanın dərinliklərinə uzanan mövqeyi bu iki ölkənin əməkdaşlığını coğrafi baxımdan da xüsusi əhəmiyyətli edir. Daşkənddə Orta Dəhlizin birgə inkişaf etdirilməsi məsələsi­nin xüsusi vurğulanması da buna görədir.

Prezident İlham Əliyevin Özbəkista­na səfərinin diqqətçəkən məqamlarından biri də Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi oldu. Mövcud anlamda Yeni Daşkənddə Azərbaycan Par­kının yaradılması üzərində dayanmaq olar. Şübhəsiz, bu park iki ölkə arasındakı mü­nasibətlərin şəhər məkanında da görünən rəmzinə çevriləcək. Amma başqa məqam­lar da var. Nizami Gəncəvinin adını daşı­yan Milli Pedaqoji Universitetin yeni bi­nasının istifadəyə verilməsi Bakı–Daşkənd əlaqələrinin təhsil və humanitar ölçüsünü nümayiş etdirir. Əlaqələrin müştərəklik xəttinin idman müstəvisi isə ayrıca vurğu­lanmalıdır.

Məlum olduğu kimi, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək “FIFA U-20” Dünya Kubokuna evsahibliyi edə­cək. Bu mənada “İki ölkə – bir çempionat” proqramının hazırlanması böyük əhəmiy­yətə malikdir. O proqram ki, təkcə idmanla məhdudlaşmır, birgə mədəniyyət və gənc­lər tədbirlərinin keçirilməsini də nəzər­də tutur və nəticədə iki ölkənin insanları əməkdaşlığın yalnız siyasi və iqtisadi ter­minlərdən ibarət olmadığını, dostluğun in­sanları bir-birinə sıx bağlayan canlı dəyər qavramını daha yaxından hiss edəcəklər.

Bəli, Azərbaycanla Özbəkistan ara­sında dostluq artıq yalnız dövlət başçıları səviyyəsində keçirilən görüşlərin mövzu­su deyil. Dostluq və qardaşlıq küçələrə, parklara, universitetlərə, müəssisələrə, şəhərlərə və insanların gündəlik həyatına daxil olur. Daşkəndin qədim küçələri ilə Bakı bulvarının arasında minlərlə kilometr məsafə olsa da, tarix və mənəviyyat bu məsafəni qısaldır. Azərbaycanın Qarabağ­da yaratdığı yeni reallıqlar, Özbəkistanın sürətlə modernləşən siması, Orta Dəhlizin açdığı imkanlar, Türk dünyasında yüksələn həmrəylik və iki ölkənin siyasi liderlərinin qarşılıqlı etimadı yeni bir tarixi mənzərə formalaşdırır. Prezident İlham Əliyevin Daşkənd səfərinin ən böyük mənası da bundadır. Səfər dünənin qardaşlığını bugü­nün müttəfiqliyi ilə vurğulayır. Beləliklə, haqqında söz açdığımız əsrlərin yadda­şındakı yaxınlıq telləri mənəvi atributlarla zənginləşir ki, bu isə öz növbəsində müt­təfiqliyə əbədilik immuniteti də qazandırır.

Böyük coğrafiyada 2 dost: rifahyönümlü iqtisadiyyat

Azərbaycan–Özbəkistan münasibət­lərinin böyük regional prosesə mühüm töhfə mahiyyətini vurğulayırıqsa, Azər­baycanın Cənubi Qafqazda, Özbəkistanın Mərkəzi Asiyada mühüm siyasi və iqtisa­di mövqeyə malikliyi kontekstində bu iki ölkənin əməkdaşlığının dərinləşməsinin bütövlükdə Türk dünyasının inteqrasiya proseslərinə əlavə dinamizm mahiyyəti üzərində də dayanmalıyıq. Türk dünyası geniş məhfum, barəsində söz açdığımız böyük regional prosesdə həlledici faktor­dur.

Deməli, Bakı–Daşkənd münasibət­lərinin Şərq ilə Qərb arasında nəqliyyat bağlantıları, enerji və ticarət marşrutları, rəqəmsal əlaqələr, investisiya əməkdaşlı­ğı Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti də kəsişdirir. Azər­baycanın Mərkəzi Asiya ilə əlaqələrinin möhkəmlənməsi, Özbəkistanın isə Cənu­bi Qafqaz və Avropa istiqamətində nəq­liyyat-kommunikasiya imkanlarına daha fəal çıxış əldə etməsi qarşılıqlı maraqları genişləndirir. Bakı ilə Daşkəndin böyük coğrafiyanı birləşdirməsi elə budur. Belə bir birləşdirmə özlüyündə Cənubi Qafqaz–Mərkəzi Asiya oxunun güclənməsi, Azər­baycan və Özbəkistanın vahid geosiyasi və geoiqtisadi məkan formalaşdırmasıdır. Elə bir məkan ki, Türk Dövlətləri Təşkilatına əlavə impuls qazandırır.

Digər tərəfdən, dövlətimizin başçısının Özbəkistana səfəri çərçivəsində Ürgənc ilə Xankəndi, Buxara ilə Laçın, Ürgənc ilə Naxçıvan arasında qardaşlıq münasi­bətlərinin yaradılmasına dair sənədlərin imzalanması da xüsusi məna daşıyır. He­sab edirik ki, bu da adi məsələ deyil. Çün­ki hazırda Xankəndinin adı Azərbaycanın Böyük Qayıdışının, quruculuq və dirçəliş siyasətinin simvollarından biridir. Laçın işğaldan azad edilmiş ərazilərin bərpasının ən parlaq nümunələrindəndir.

Naxçıvan Azərbaycanın qədim dövlət­çilik və mədəniyyət beşiklərindən biridir. Onların Özbəkistanın tarixi şəhərləri ilə qardaşlaşdırılması, bir növ, ortaq tarixlərin görüşüdür. Başqa sözlə desək, biri Qara­bağdan, digəri Mavəraünnəhrdən gələn iki yaddaş xətti müasir əməkdaşlıq yollarında birləşir. O yollar ki, hər döngəsi və dolan­bacı Azərbaycanın və Özbəkistanın hər bir sakininin rifahı və firavanlığına doğru aparır. Daşkənddə start verilən birgə la­yihələrin coğrafiyasının diqqətçəkənliyi də fikrimizin sübutudur.

Bank-maliyyə, tikinti materialları, təhsil, neft-qaz, turizm, mənzil tikintisi, dağ-mədən sənayesi və kənd təsərrüfatı kimi sahələri - bütün bunları əhatə edən la­yihələr ikitərəfli əməkdaşlığın çoxşaxəli xa­rakterini nümayiş etdirir. Nəzərə alaq ki, bu layihələrin hər birinin arxasında yeni iş yer­ləri dayanır. Amma Azərbaycan–Özbəkistan münasibətlərinin iqtisadi gündəliyi, sadəcə, statistika ilə ölçülmür. Yəni məsələn, ölkələr arasında ticarət dövriyyəsinin artması mü­hümdür. Lakin daha mühüm olan bu artımın real istehsala, investisiyaya, texnologiyaya və insan kapitalına çevrilməsidir. Daşkənd­də qəbul edilən “yol xəritəsi”nin əhəmiyyəti bu baxımdan müstəsna təminatdır.

Əbədi dostluq, möhtəşəm etimad

Sonda Prezident İlham Əliyevin Özbə­kistana dövlət səfərinin siyasi mahiyyətini ümumi şəkildə ifadə edərək bildirək ki, Azərbaycan və Özbəkistan münasibətləri­nin gələcəyini təsadüfi hadisələrin deyil, strateji seçimlərin üzərində qururlar. Möv­cud trayektoriyada hər iki ölkə Orta Dəh­lizin inkişafında təbii tərəfdaşlardır. Onlar, eyni zamanda, strateji seçimləri dostluq və qardaşlıq paradiqması ilə çulğalaşdırırlar. Belə bir formul isə özlüyündə unikaldır.

Prezident İlham Əliyevin Daşkənd səfə­ri bir daha göstərdi ki, Azərbaycan xarici siyasətində qardaş və dost ölkələrlə müna­sibətlərin dərinləşdirilməsinə xüsusi əhə­miyyət verir. Özbəkistan nümunəsində belə bir siyasətin nə qədər geniş imkanlar yarat­dığı birmənalıdır. Yekun nəticə isə budur ki, Bakı ilə Daşkənd arasında münasibətlər “dostluq” sözü ilə ifadə olunacaq çərçivəni aşıb. Mövcud müstəvidə siyasi etimad, iq­tisadi maraqların uzlaşması, tarixi yaddaş, mədəni yaxınlıq və ortaq gələcəyə baxış var. Qarşılıqlı etimada əsaslanmış ortaq baxış.

Əflatun AMAŞOV,

“Xalq qəzeti”nin baş redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2026 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri