“Turism Istoric” portalı Astara şəhərində aşkar edilmiş qədim daş hovuz kompleksindən yazır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Buxarest, 29 iyun, AZƏRTAC
Rumıniyanın “Turism Istoric” portalı məlumat verir ki, Azərbaycanın cənub bölgəsində yerləşən Astara şəhərində arxeoloji baxımdan nadir hesab edilən qədim daş hovuz kompleksi aşkar edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə hovuz kompleksinin lotus çiçəyi formasında tikildiyi və yerli memarlığın nadir nümunəsi kimi qiymətləndirildiyi diqqətə çatdırılır. Bu qədim strukturların daşdan oyularaq hazırlandığı, tarixinin isə Qafqaz Albaniyası dövrünə qədər uzandığı qeyd olunur.
Məqalədə vurğulanır ki, hovuzlar bir-birinə bağlı şəkildə yerləşdirilib və hər biri fərqli ölçüyə malikdir. Bu isə onların müəyyən ritual və ya suvarma məqsədləri üçün istifadə olunduğunu göstərir.
“Turism istoric” portalında dərc olunan məlumatda kompleksin arxeoloji, turizm və mədəni dəyərinin çox yüksək olduğu bildirilir. Müəlliflər qeyd edirlər ki, bu kəşf Azərbaycan tarixinin zənginliyini və ölkənin qədim sivilizasiyalar üçün əhəmiyyətini bir daha sübut edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 29 İyun 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















