Icma.az
close
up
RU
İraqın qədim Tell Fara şəhərində qlobal daşqının və unudulmuş sivilizasiyanın izləri aşkar edilib

İraqın qədim Tell Fara şəhərində qlobal daşqının və unudulmuş sivilizasiyanın izləri aşkar edilib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İraqda aparılan yeni arxeoloji qazıntılar bəşər tarixini anlamağımıza ciddi şəkildə təsir edə bilər.

Tədqiqatçılar qədim Tell Fara şəhərində apardıqları qazıntılar zamanı min illər əvvələ aid mədəni təbəqələrin altında, təxminən 20 min il əvvəl baş vermiş böyük daşqının mümkün izlərini aşkarlayıblar.

Alimlərin fikrincə, bu miqyaslı təbii fəlakət yüksək inkişaf etmiş bir sivilizasiyanı məhv etmiş, ondan yalnız bəzi mədəni fraqmentləri və "qlobal daşqın" haqqında yaranmış çoxsaylı mifləri geridə qoymuş ola bilər.

Əslində, Tell Fara şəhərində "daşqın təbəqəsi" ilk dəfə 1930-cu illərdə aparılan qazıntılar zamanı qeydə alınmışdı. Qazıntılar zamanı qalın sarı gil və qumdan ibarət bir qat üzə çıxmışdı.

Bənzər geoloji qatlar digər qədim yaşayış məntəqələrində – Mesopotamiyadakı Ur və Kiş şəhərlərində, Hind vadisindəki Harappa sivilizasiyasında, həmçinin Misirdə də müşahidə edilib. Bu isə həmin dövrdə baş vermiş kataklizmin lokal deyil, qlobal xarakter daşıya biləcəyini göstərən ilk əlamətlərdən sayılır.

Müstəqil tədqiqatçı Matt Lakrua hesab edir ki, buz nüvələri, ağac halqaları və vulkanik çöküntülər də daxil olmaqla müxtəlif geoloji məlumatlar təxminən 20.000 il əvvəl baş vermiş böyük bir qlobal fəlakətə işarə edir.

O, bu məlumatları Mesopotamiyadan Misirə və Peruyadək müxtəlif qədim sivilizasiyalarda rast gəlinən daşqın mifləri ilə müqayisə edərək belə qənaətə gəlib ki, bu miflər əslində real tarixi hadisələrin yaddaşda qalmış izləri ola bilər.

Tell Farada daşqın qatının altından aşkarlanan artefaktlar – proto-mix yazılı lövhələr, çoxrəngli saxsı qablar, qədim möhürlər – həmin dövrdə burada yüksək inkişaf etmiş bir cəmiyyətin mövcud olduğunu sübut edir.

Əvəzində, daşqın təbəqəsinin üstündə tapılan mədəniyyət nümunələri əvvəlkilərdən kəskin şəkildə fərqlənir. Bu isə böyük ehtimalla həmin inkişaf etmiş sivilizasiyanın tamamilə məhv edildiyini və sonrakı dövrdə mədəniyyətin ciddi şəkildə gerilədiyini göstərir.

Təxminən 20 min il əvvəl baş vermiş qlobal daşqın nəzəriyyəsi elm dünyasında hələ də mübahisə doğurur. Əksər alimlər bu iddiaya ehtiyatla yanaşaraq həmin dövrdə insanların əsasən kiçik ovçu-toplayıcı icmalar şəklində yaşadığını vurğulayırlar.

Lakin fəlakət nəzəriyyəsini dəstəkləyən tədqiqatçılar əmindirlər ki, bu cür tapıntılar bəşər sivilizasiyasının başlanğıcı ilə bağlı indiyədək qəbul edilmiş təsəvvürləri ən azı 8000 il geriyə çəkə bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri