Icma.az
close
up
RU
Turist məmnuniyyətinin artırılmasında səmimi yanaşma mühüm rol oynayır AYDINLIQ GƏTİRİLDİ

Turist məmnuniyyətinin artırılmasında səmimi yanaşma mühüm rol oynayır AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Qonaqpərvərlik mədəniyyəti, turizm sektorunda çox mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: "Burada təkcə ölkənin hər hansı bir mədəni və ya tarixi abidələrinin mövcudluğu, restoran və otellərinin olması kifayət deyil. Eyni zamanda göstərilən xidmətin düzgün və keyfiyyətli olması, qonaqpərvərliyin nümayiş etdirilməsi, insanların səmimiyyəti, yerli əhalinin turizmə münasibəti və turistlərə yanaşması da böyük rol oynayır.

Bütün bunlar turistlərdə müsbət təəssürat yaradır və məhz bu qonaqpərvərlik ruhu insanlarda dərin iz buraxır. Əgər bir ölkədə qonaqpərvərlik güclüdürsə, həmin ölkə turizm sahəsində daha çox inkişaf edə, daha çox turist cəlb edə və göstərilən xidmətlərlə qonaqları razı sala bilər.

Turist məmnuniyyətinin artırılmasında qonaqpərvərlik, səmimi və doğru yanaşma mühüm rol oynayır. Turistlərin gözlədiyi standart xidmətin üzərində göstərilən diqqət və münasibət onlarda müsbət təəssürat yaradır. Bu isə nəticə etibarilə ağızdan-ağıza reklamın yayılmasına, həmin məkanın tanınmasına və gələcəkdə daha çox turistin həmin destinasiyanı seçməsinə səbəb olur.

Ənənəvi və müasir yanaşmalar turizmdə həmişə diqqət mərkəzindədir. Nə qədər sənaye inkişaf etsə də, yeni texnologiyaların tətbiqi və müəyyən standartların qoyulması baş versə də, lokal təcrübələrin doğru şəkildə təqdim olunması mühüm əhəmiyyət kəsb edir. Çünki ölkəyə və ya hər hansı bir icmaya gələn turist ilk növbədə həmin icmanı, yerli insanları hiss etmək istəyir.

Turistlərin bir çoxu yerli insanların qidasını, gündəlik həyatında istifadə etdiyi məhsulları, yaşayış şəraitini bilmək və yaşamaq istəyir. Yəni nə qədər müasirlik gəlsə də, lokal və özünəməxsus xüsusiyyətlər hər zaman turistlərin diqqətini cəlb edir.

İlkin olaraq qeyd etmək lazımdır ki, turizm sənayesi təkcə hər hansı bir məkanda tarixi abidələrin və müxtəlif infrastrukturun mövcudluğu ilə deyil, eyni zamanda orada göstərilən səmimi xidmətin əsasında formalaşır. Bu isə turistlərin məmnunluğunu artırır və gələcəkdə həmin əraziyə daha çox turistin gəlməsinə şərait yaradır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri