Icma.az
close
up
RU
Turistlər təyyarədə 4 qayda pozuntusuna görə ciddi cəzalandırıla bilər

Turistlər təyyarədə 4 qayda pozuntusuna görə ciddi cəzalandırıla bilər

Lent az saytına istinadən Icma.az xəbər verir.

Qayda pozanları böyük cərimələr və ya hətta cinayət məsuliyyəti gözləyə bilər.

Lent.az təyyarədə davranış qaydalarını təqdim edir:

2025-ci ildə Pasxa bayramı ərəfəsində Avropada ənənəvi olaraq aviasiya bumunun olacağı gözlənilir, çünki bir çox insan bu bayramı ailə dairəsində keçirmək və ya əlavə tətil günlərindən istifadə edərək qısa bir istirahətə yollanmaq istəyir. Bu qaydaların pozulması ciddi problemlərlə – böyük cərimələrlə və ya həbs ilə nəticələnə bilər.

1. İçki içib sərxoş olmayın

Bir çox sərnişin üçün uçuşdan əvvəl hava limanında içki içmək artıq bir adət halını alıb. Lakin bu, sağlamlıq üçün yaxşı olmamaqla yanaşı, həddindən artıq içildiyi halda ciddi problemlərə səbəb ola bilər. Xüsusilə qeyd olunur ki, sərxoş sərnişinlərə görə təyyarənin marşrutu dəyişdirilə bilər və bu halda məsuliyyət sərnişinin üzərinə düşür – məsələn, Ryanair şirkətində belə hallarda sərnişinə 15 min avro cərimə tətbiq oluna bilər.
EasyJet və Wizz Air kimi aviaşirkətlər isə son zamanlar içki ilə bağlı problemlərə görə sərnişinləri təyyarədən çıxarmağa daha çox üstünlük verirlər.

2. Təyyarədə siqaret çəkməyin

50 il əvvəl uçuş zamanı siqaret çəkmək tamamilə adi bir hal sayılırdısa, bu gün bütün kommersiya reyslərində bu qadağandır və qadağanı pozan sərnişinlər ciddi nəticələrlə üzləşə bilərlər.

Ekspertlər qeyd edir ki, bu yalnız yanğın təhlükəsi yaratmaqla qalmır, həm də sərnişinlərə minlərlə avroluq cərimə və bəzi hallarda yerə endikdən sonra cinayət işi açılması ilə nəticələnə bilər.

3. Təhlükəsizlik təlimatlarını görməməzlikdən gəlməyin

Bort bələdçilərinin göstərişlərinə əməl etməmək, məsələn, "Kəmərinizi bağlayın" işarəsinə məhəl qoymamaq, həbsə və ya uçuş zamanı hərəkət azadlığının məhdudlaşdırılmasına səbəb ola bilər. Bort bələdçilərinin sərnişinləri nəzarətdə saxlamaq hüquqları var, pilotlar isə təhlükə olduqda təyyarəni geri döndərmək və ya marşrutu dəyişmək səlahiyyətinə malikdirlər.

"Stüardessalar mehriban və gülərüz görünsələr də, onların təhlükəsizliyi təmin etmək üçün real səlahiyyətlərə malik olduqlarını unutmayın", – ekspertlər bildirirlər.

4. Təyyarədə elektron siqaret (veyp) çəkməyin

British Airways, Jet2, EasyJet, Ryanair və Wizz Air kimi bir çox iri aviaşirkətlər veyp istifadəsini qadağan edir. Bu qaydanı pozan sərnişinləri böyük cərimələr, həmin aviaşirkətlə uçuşlara qadağa və hətta polisə şikayət gözləyə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:256
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Aprel 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri