Turistləri daşıyan təyyarə okeanın ortasında qəza enişi etdi: Bir saat suyun üzərində qaldılar KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Rusiyalı turistləri daşıyan təyyarə Maldiv adalarında fırtınaya düşərək okeanın ortasına iki dəfə fövqəladə eniş etməyə məcbur olub.
KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, turistlər bir adadan digərinə uçuş zamanı hava şəraitinin kəskin pisləşdiyini müşahidə ediblər. Təyyarə havaya qalxdıqdan qısa müddət sonra hündürlüyü itirməyə və qəfil enməyə başlayıb.
Pilotlar təyyarəni okeanın ortasında su üzərinə uğurla endirə biliblər. Sərnişinlər bir saatdan çox təyyarənin içində qalıblar. Daha sonra pilotlar yenidən havaya qalxmağa cəhd ediblər. Lakin bu dəfə də uğursuzluqla üzləşiblər – təyyarə sola əyilib və güclü küləyin təsiri ilə sahilə doğru sürüklənib. Bu səbəbdən təyyarə yenidən su üzərinə enməyə məcbur olub.
Hadisədən sonra təyyarə yedəkləyicilərin köməyi ilə sahilə çıxarılıb.
Sərnişinlərdən bir qismi sakitləşdirici dərman içib, digərləri isə bu hadisədən sonra aviafobiyanın (uçuş qorxusu) yarandığını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 04 İyul 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















