Turistləri öldürmüşdülər: hər birinə 158 il cəza verildi
Icma.az bildirir, Lent az saytına əsaslanaraq.
Meksikanın Aşağı Kaliforniya ştatında məhkəmə üç əcnəbi turistin - amerikalı Cek Karter Roud, həmçinin avstraliyalı qardaşlar Kallum və Ceyk Robinsonların vəhşicəsinə qətlə yetirilməsində təqsirləndirilən üç nəfərə hökm oxunub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qətl turistlərin Ensenada bölgəsində sörfinqlə məşğul olmaq üçün etdikləri səfər zamanı törədilib. Cinayətkarlar turistlərin düşərgəsinə qarət məqsədilə hücum ediblər.
Onlar avtomobil şinlərini ələ keçirmək üçün turistlərin pikapını oğurlamağa çalışıblar.
Cinayət zamanı qatillər üç turisti güllələyərək qətlə yetirib, meyitləri dərinliyi 15 metrdən çox olan, gediş-gəlişin çətin olduğu ərazidə quyuya atıblar.
Nəticədə məhkəmə təqsirləndirilən şəxslərin hər birini 158 il müddətinə azadlıqdan məhrum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Oktyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















