Icma.az
close
up
RU
Turistləri ölkədən qaçıran kimlərdir?

Turistləri ölkədən qaçıran kimlərdir?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünyanın ən gəlirli sahələrindən biri də turizmdir.

Yalnız gəlir deyil, turizm həm də həmin ölkənin tanınmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, dünyanın bir sıra ölkəsi artıq turizm ölkəsi kimi tanınır. BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) dərc etdiyi son məlumatlara görə, dünya üzrə səyahət etmək istəyi 2024-cü ildə pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. Məlumata görə, 2024-cü ildə 1,47 milyard beynəlxalq səfər edilib. Fransa yenidən siyahıya başçılıq edib. Paytaxtı Paris və Fransa Rivierası kimi bölgələri ilə diqqət çəkən ölkə təxminən 102 milyon beynəlxalq turisti qəbul edib.

2024-cü il Paris Olimpiadası da bu marağın artmasına səbəb olub. Turistlərdən böyük tələbat görən İspaniya Balear və Kanar adaları ilə birlikdə Barselona, Madrid və Sevilya kimi şəhərlərlə ikinci olub. Ötən il ölkəni 93,8 milyon ziyarətçi qəbul edib. Üçüncü yerdə 72,4 milyon ziyarətçi ilə ABŞ gəlir. Qonşu Türkiyə – 60,6 milyon nəfərlə 4-cü yerdə qərarlaşıb. Bu ilin ilk 7 ayında isə Türkiyəyə 28 milyon 369 min xarici turist gəlib ki, ölkənin hədəfi bu rəqəmi 65 milyon nəfərə çatdırmaqdır.

Azərbaycanda da bir neçə il öncə turizm prioritet elan olunub, Mədəniyyət və Turizm Nazirliyi fəaliyyətə başlayıb. Ötən dövr ərzində bu sektorun inkişafı üçün bir sıra dövlət proqramları, o cümlədən “Azərbaycan Respublikasında İxtisaslaşmış Turizm Sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanıb ki, burada turizmin inkişafı istiqamətində nəzərdə tutulan amillər öz əksini tapıb. Turizmin inkişafı istiqamətində ilk olaraq turizm şirkətləri fəaliyyətə başladı, Azərbaycan bir sıra turizm sərgilərində təmsil olunub, yeni hotellər inşa edilib. 

Azərbaycana ən çox turist nə vaxt gəlib?

Ötən dövr ərində Azərbaycana ən çox turist pandemiyadan öncə 2019-cu ildə gəlib ki, bu da 3 milyon 170 min nəfər təşkil edib. Pandemiyadan sonra isə Azərbaycana gələn turist sayında nəinki artım yoxdur, heç o rəqəmləri belə bərpa edə bilmir. Ötən ilin yanvar-dekabr aylarında Azərbaycana 2 626 838 nəfər turist gəlib. 2025-ci ilin yanvar-may aylarında isə 979,963 turist gəlib. 2024-cü ildə ən çox turist gələn ölkə Rusiya, Türkiyə, Hindistan, İran, Gürcüstan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Pakistan, BƏƏ, Özbəkistan olub. 

Bununla yanaşı, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycandakı hotellərin 76%-i boş qalıb. Qeyd olunub ki, ölkə hotellərinin birdəfəlik tutumdan istifadə səviyyəsi 24%-ə bərabər olub. Bu dövrdə 30 rayonun hotellərinin 90%-dən çoxu boş qalıb. Qeyd edək ki, ölkədə hotellərin boş qalmasının bir səbəbi kimi qiymətin kifayət qədər yüksək olması göstərilir. Dövlət Statistika Komitəsi hər 6 aydan bir açıqlayır ki, hotellərdə gecələmə qiymətləri 15-20 faiz bahalaşıb. 

Qiymət baha, keyfiyyət yox

Digər bir problem isə odur ki, uzun illərdir regionlarda beşulduzlu hotellərin tikilməsinəçalışılıb. Onların da saxlanılması baha başa gəldiyindən, çox baha qiymətə də xidmət təklif edirlər. Ancaq 2-3 ulduzlu kiçik butik hotellərə ehtiyac var. Reiltorlarbildirirlər ki, bu il bölgələrdə daxili turizmlə bağlı vətəndaşlara 100-150 manat civarında evlər hovuzsuz, 150-400 manat civarındakı isə hovuzlu evlər təqdim edilib. Nəticədə isə xarici ölkələrə gedən turistlərin sayı artmaqdadır. 

4 il oxuyub bələdçi olanlar

Son illər ölkədə turizmin zəif inkişafı ilə bağlı səbəb kimi quru yollarının bağlı olması göstərilir. Doğrudur, quru yollarının bağlı olmasının da müəyyən təsiri var. Ancaq bu daha çox sərhədyanı rayonlara təsir edə bilər. Məsələn, Şəki, Zaqatala, Balakən, Qazaxa, yaxud İranla, Rusiya ilə sərhəd rayonlara təsir edə bilər. Ancaq bu da faktdır ki, qonşu Türkiyəyə ötən il 60 milyon turist gedib və onların əksəriyyəti məhz hava nəqliyyatından istifadə edib. Digər bir problem isə odur ki, Türkiyədə 11 milyon insan birbaşa və dolayı yolla bu sektorda işləyir.

Bu, o deməkdir ki, onların özü turizmdə inkişafda maraqlıdırlar. Azərbaycanda turizmdə çalışanların sayı 20 mini keçmir. Azərbaycan Turizm və Menecment Universitetindən bu il 330 bakalavr və 275 magistr məzun olub. Hər il bu sayda turizmçi yetişməsinə baxmayaraq, onların bir qisminin hotellərdə çalışdığını nəzərə alsaq, digər qismi ancaq bələdçi kimi çalışmaq imkanı əldə edir. 

Dövlət Turizm Agentliyi nə ilə məşğuldur?

Beləliklə, Azərbaycan uzun illərdir ki, dünyanın inkişaf etmiş turizm ölkələri sırasında yer ala bilmir. Son illər isə bu istiqamətdə demək olar ki, heç bir irəliləyiş hiss olunmur. Belə ki, turist sayının artımını yalnız idman oyunları, beynəlxalq konfranslar nəticəsində görmək mümkündür. Bəs bu gün ölkədə turizm fəaliyyəti ilə məşğul olan müvafiq qurumlar hansı tədbirləri həyata keçirirlər?

Azərbaycan Dövlət Turizm Agentliyi öz fəaliyyətini müvafiq sahəyə aid dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlanması, turizm infrastrukturunun və sənayesinin, həmçinin tabeliyindəki dövlət qoruqlarının inkişafına, turizm zonaları və turizm xidməti sahələrinin yaradılmasına investisiya cəlb olunması üçün müvafiq tədbirlər görülməsi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə turizm mərkəzinə çevrilməsi məqsədi ilə müvafiq təşviqat işinin aparılması, eləcə də turizm brendininformalaşdırılması və təşviq edilməsi, turizm sahəsində mövcud vəziyyətin, gələcək inkişaf istiqamətlərinin, həmçinin perspektivlərinin müəyyən edilməsi üçün elmi tədqiqat və araşdırmaların aparılması istiqamətində qurub.

Eləcə də Azərbaycanın regionlarının, ayrı-ayrı şəhərlərinin marketinq və kommunikasiya planlarının hazırlanmasının, icrasının təmini, turizm xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə peşəkar kadrların hazırlanmasında iştirakı, dövlət-özəl sektor tərəfdaşlığı prinsipinə əsasən layihələrin həyata keçirilməsi, turist məmnunluğunun artırılması məqsədi ilə aidiyyəti qurumlarla birlikdə turizmin keyfiyyət sisteminin yaradılması, tabeliyindəki dövlət qoruqlarının ərazilərində turizmin inkişaf etdirilməsi, turist marşrutlarını müəyyən olunması və bununla bağlı infrastrukturun yaradılmasının, idarə edilməsinin və mühafizəsinin təşkil edilməsi kimi prioritet sahələr üzrə fəaliyyət göstərir.

Görülən işlərə nəzər saldıqda, turizmin inkişafı ilə bağlı yeni bir addımın atıldığını görmək mümkün deyil. Bu gün Azərbaycana səfər edən turislər üçün yalnız “Qız qalası”, “Qobustan qaya rəsmləri”, “Atəşgah”, “Xalça muzeyi” və bölgələrə kiçik səfərlər təşkil edilir. Turistlər getdikləri ölkələrdə maraqlı, qeyri-adi mənzərə ilə qarşılaşmaq istəyirlər. Belə ki, bir sıra ölkələr belə maraqlı, məsələn, böyük ölçüdə akvariumlar, dağlar arasında şüşə pilləkənlər kimi məkanlar yaratmaqla diqqəti cəlb etməyə çalışırlar. Bu gün turizmin lider ölkəsi sayılan Fransa və İspaniya turizm sektoruna aid infrastrukturun mükəmməlliyinin, muzeylərinin zənginliyinin, bu sahəyə ciddi diqqət yetirmələrinin bəhrəsini görürlər. Azərbaycanda isə müvafiq qurumların sadəcə kiçik tədbirlər təşkil etməsi turizmin yerində saymasına gətirib çıxarır.

Məsələn, bugünlərdə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Gəncə şəhərində və Göygöl rayonunda fəaliyyət göstərən muzeylərin turizm istiqamətində tanıdılması məqsədilə Bakı və Gəncədə fəaliyyət göstərən turizm şirkətləri üçün infotur təşkil edilib. İnfotur çərçivəsində Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvinin məqbərəsi və muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Göygöl rayonunda yaşamış axırıncı alman sakini ViktorKlaynın ev muzeyi, XIX əsr tarixi-memarlıq abidəsi və Azərbaycanda tikilmiş ilk lüteran kilsəsi, almanlar tərəfindən inşa olunmuş və şərab saxlanılması üçün nəzərdə tutulmuş zirzəmi ziyarət edilib. Tədbir zamanı turistlərin bu məkanlara səfərlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılıb. Bu kimi tədbirlər ölkəyə turist cəlbi üçün o qədər də əhəmiyyət kəsb etmir. 

Geriyə qayıdış

Reallıq odur ki, Azərbaycan turizmi nəinki inkişaf etmir, hətta 2019-cu il statistikasına belə çata bilmir. Ancaq hələ 2016-cı ildə təsdiq edilən “Azərbaycan Respublikasında İxtisaslaşmış Turizm Sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərilir ki, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 

2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. Artıq bu Yol Xəritəsindən 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Azərbaycanın həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrildiyini demək mümkün deyil. Əgər bu istiqamətdə tədbirlər hazırkı “sürətlə” davam edərsə, sonrakı illərdə də Azərbaycanın dünyada 20 turizm məkanından birinə çevriləcəyinə ümid azdır. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail məsələsində ABŞ ın müstəqil siyasət yürütmək məhdudiyyəti var

19 Sentyabr 2025 12:35see296

Rusiyanın Polşaya dronlarla hücumu daha çox ABŞ nin işinə yaradı Siyasi şərhçi

19 Sentyabr 2025 16:49see204

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab

19 Sentyabr 2025 13:47see189

Xərçəngdən qoruyan 10 super qida

19 Sentyabr 2025 09:09see167

Sabah Bakının bu rayonunda su olmayacaq

18 Sentyabr 2025 22:53see148

İnək dəyərindəki “alma”nı niyə istəyirlər? Fotolar

19 Sentyabr 2025 07:15see131

O vaxt prezident olsaydım, müharibə olmazdı

19 Sentyabr 2025 01:54see130

Məşhur rəssamın əsərləri 100 milyona satışa çıxarıldı

19 Sentyabr 2025 13:32see129

Bu meyvə gənclik iksiri dir Alimlər təsdiqlədi: İçənlər günü gündən gözəlləşir

19 Sentyabr 2025 05:06see127

Yusif Səmədoğlunun 90 illik yubileyi ilə əlaqədar filmin çəkilişlərinə başlanılıb

19 Sentyabr 2025 16:02see126

Fəlakət uzaq bir adada həyatı məhv etdi Ancaq gözlənilməz hadisə alimləri təəccübləndirdi

20 Sentyabr 2025 03:32see126

Zelenskidən müharibə ilə bağlı sürpriz AÇIQLAMA

19 Sentyabr 2025 22:50see124

Anymanın Bakı şousu!

20 Sentyabr 2025 00:15see123

Qonağ getdiyi evdə keçmiş həyat yoldaşını qanına qəltan etdi

20 Sentyabr 2025 01:32see118

Çin imperatorlarının taxta çıxmazdan əvvəl mütləq ziyarət etdiyi Tay dağı FOTOSESSİYA

20 Sentyabr 2025 16:47see118

Gənclər niyə evlənmək istəmir? VİDEOSORĞU

19 Sentyabr 2025 23:17see117

Bu halda 3 cü dünya müharibəsi başlaya bilər

18 Sentyabr 2025 23:26see116

Çin və ABŞ liderləri arasında telefon danışığı aparılır

19 Sentyabr 2025 16:38see115

Kamçatkada 120 dən çox zəlzələ olub

20 Sentyabr 2025 01:05see114

Kroufordla Kanelonun bir döyüşə qazandıqları UFC nin bir ilə qazandığına bərabər olub

20 Sentyabr 2025 08:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri