Icma.az
close
up
RU
Turistlərin diqqətini cəlb edən minlərlə hektar düyü terrasları Bali adasından REPORTAJ

Turistlərin diqqətini cəlb edən minlərlə hektar düyü terrasları Bali adasından REPORTAJ

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Balidə düyü terrasları əsas turizm marşrutudur. Bu sahələr minlərlə hektar ərazini əhatə edir, bəzilərinin isə iki min ildən çox yaşı var. Düyü indoneziyalılar üçün yeməkdən daha üstündür.

Adaya səyahət edən turistlər üçün düyü terraslarına maraqlı turlar təşkil edilir. Bu səfərlər düyü yetişdirilməsinin tarixi, məhsulun yığılması, bu əvəzsiz Asiya məhsulunun qədim becərilməsi metodları ilə tanış olmağa imkan verir. Düyü terraslarda - təpələrin yamaclarında yaradılmış pillələrdə və düzənlik sahələrdə yetişdirilir. Terrasların əksəriyyətinə giriş pulludur: 20 min rupi (2 AZN).

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair reportajını təqdim edir:

Tanrıların hədiyyəsi

Bali torpağında ilk düyünü kimin və nə vaxt əkdiyi dəqiq məlum deyil. Bu barədə çoxlu əfsanələr və araşdırmalar var. Balililər inanırlar ki, düyü adaya tanrılar tərəfindən göndərilib. Düyü yerli sakinlərin əsas qidasıdır. Onlar hər gün bu qidadan istifadə edirlər. Demək olar ki, istənilən kafe və ya restoranda menyuda düyü yeməkləri təklif olunur. Düyüdən müxtəlif qəlyanaltılar və hətta qənnadı məmulatları (məsələn, düyü konfetləri, qəhvələr) hazırlanır. "Moonshine" kimi spirtli içkilərin hazırlanmasında da düyüdən istifadə olunur.

Müqəddəs rənglərin anlamı

Adada ən məşhur düyü terrası Balinin mərkəzində yerləşən Teqallalanq düyü sahələridir. Bu sahələr adanın ən qədim və ən çox ziyarət edilən görməli yerlərindəndir.

Terraslarda ağ, qara, qəhvəyi, qırmızı və sarı düyü sortları yetişdirilir. Bələdçimiz izah edir ki, balililərin dini mifologiyasında hər rəngin öz anlamı var. Məsələn, ağ sülh və əmin-amanlıq simvoludur. Qara bədbəxtliyin və kədərin rəngi olsa da, pis ruhları qorxudur. Qırmızı müsbət və yaradıcı enerjini, səmavi harmoniyanı simvolizə edir, pisliyə qalib gəlir və onu yaxşılığa çevirir. Bundan əlavə, qırmızı rəng bəzən tanrı Brahmanı simvollaşdırır. Sarı saflığın rəngi, bilik, harmoniya, ağıl gücüdür.

Bundan başqa, terraslarda müxtəlif tərəvəzlər, kokos, qəhvə, banan yetişdirilir. Yüzlərlə kəndli bu tarlalara qulluq edir. Dar pilləli terraslardan heç bir texnika keçə bilmədiyindən fermerlərə işlərində yalnız torpağı şumlamaq üçün istifadə edilən camışlar kömək edir: "Sahələrdə çəltik əllə yetişdirilir. Hər hektardan ən azı 4 ton çəltik götürülür. Yataqların böyüklüyünü nəzərə alsaq, illik həcmi ən azı 2 400 ton təşkil edir. Lakin bu da kifayət etmədiyindən Baliyə düyü qonşu adalardan da gətirilir", - deyə bələdçi məlumat verir.

Baharda əkin sahələrini su basdığı dövrüdür. Çəltik əkilməsi və məhsul yığımı günlərində çöllərdə yerləşən kiçik qurbangahlarda tanrılara dualar edilir.

Qarşılıqlı yardım sistemi

Adada çəltik sahələrinin suvarılması üçün subak adlanan ənənəvi Bali suvarma sistemindən istifadə olunur.

Subak mədəniyyəti Bali həyatının ayrılmaz hissəsinə çevrilib. Subak sistemində məbədlər çox mühüm rol oynayır. Bələdçimiz nəql edir ki, Subakın çox güclü qarşılıqlı yardım sistemi var: "Bütün fermerlər düyülərinin bir hissəsini cəmiyyətə verirlər.

Oradan düyü kasıb ailələrə, xəstələrə, qocalara paylanır. Fermerin tarlasının sahəsi nə qədər böyükdürsə, o, bir o qədər çox su istifadə edir və ümumi fonda bir o qədər yüksək töhfə verir. Subak icmasının üzvləri su ehtiyatlarından istifadə ilə bağlı qanunları, onlara nəzarət sistemini, hətta qrup üzvləri arasında pozuntulara görə cəzaları dəqiq müəyyən ediblər. Düyü əkilməsi, yetişdirilməsi və yığılması çoxsaylı rituallarla müşayiət olunur. Subakın bütün üzvləri Allahla, təbiətlə və bir-biri ilə harmoniyada yaşayırlar. Hətta mühəndis dizaynları və düyü becərmə dövrləri də bu mənəvi və fəlsəfi prinsipləri rəhbər tutur".

UNESCO unikal Subak sistemini qorumaq üçün onu 2012-ci ildə Ümumdünya Mədəni İrs siyahısına daxil edib. Təşkilatın əsas şərti müasir texnologiya və gübrələrdən imtina etməklə ekoloji cəhətdən təmiz düyü yetişdirilməsidir. Adaya istirahətə gələn amerikalılar, avropalılar və avstraliyalılar arasında düyüyə böyük tələbat var. Bundan əlavə, Balidəki düyü plantasiyaları tətilə gələnlər arasında çox populyardır. "Adada turizmin inkişafı ilə yerli fermerlərin ənənəvi həyat tərzi xeyli geri düşdü. Bu gün gənclər valideynlərinin təsərrüfatlarında işləmək istəmirlər.

Böyük şəhərlərdə və turizm mərkəzlərində uğur və pul qazanmaq tarlalarda işləməkdən daha asandır. İndi adada fermerlərin sayı azalıb. Onların orta yaşı 45-50-dir. Nəsillər dəyişir və tədricən çəltik mədəniyyətinin mənəvi əhəmiyyəti itir. Bundan əlavə, istirahət mərkəzlərinə xidmət üçün istifadə olunan su çatışmazlığı səbəbindən bir çox əkin sahələri artıq becərilmir. Terrasların yaxınlığındakı torpaqlar hotel və restoranlar üçün alınır. Fermerlər deyirlər ki, biz əvvəl gələn qonaqlara düyü verirdik. İndi sahələrin yerində tikilən hotellərdə onlara səhər yeməyi verilir. Turizm ənənəvi kənd həyat tərzini pozur, gəncləri kəndlərini tərk etməyə və kurort zonasında işləməyə sövq edir. Digər tərəfdən, ekoturizm turistlərin düyü terraslarına marağını artırır. Bəlkə də bu, ənənəvi kənd təsərrüfatını xilas etməyin yeganə yoludur", - deyə bələdçi bildirir.

Əkinçilik ənənələrini yaşadan muzey

Subak Düyü Muzeyi Balidə əkinçilik ənənələrini öyrənmək üçün çox maraqlı yerdir. 17 avqust 1975-ci ildə Bali Din Departamentinin nümayəndəsi Bali "I Gusti Ketut Kaler" düyü becərilməsi mədəniyyətini qorumaq və yaymaq üçün muzey yaratmaq təşəbbüsü ilə çıxış edib. Bundan əlavə, muzeyin bazasında elmi mərkəz yaradılıb.

Muzey turistləri dünyada ən məşhur bitkilərindən birinin becərilməsi ilə tanış edir. Eksponatlar İndoneziyada çəltik plantasiyalarının tarixi haqqında məlumat verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see194

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see178

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see173

İstanbul sahillərində qayıq və kanoe toqquşdu: Dörd nəfər xilas edildi

29 Oktyabr 2025 21:02see171

Yaponiyanın baş naziri Trampın Rusiya enerji daşıyıcılarının idxalını qadağan etmək xahişini RƏDD ETDİ

29 Oktyabr 2025 20:24see168

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see134

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see133

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see127

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see127

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see124

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see124

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see120

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see120

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see119

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri