Icma.az
close
up
RU
“Nə kanalizasiya var, nə də səsimizi eşidən…” Qum adasından REPORTAJ FOTOLAR

“Nə kanalizasiya var, nə də səsimizi eşidən…” Qum adasından REPORTAJ FOTOLAR

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Bakıdan bir neçə kilometr aralıda yerləşən Qum adasında həyat tamamilə fərqlidir. Ada kanalizasiya sistemi olmayan, hər tərəfi zibillik içində itib-batan, sahibsiz itlərin sayı insanların sayından çox olan bir məkana çevrilib.

Tribunainfo.az xəbər verir ki,İctimai nəqliyyatın vaxtlı-vaxtında işləməsinə baxmayaraq, nə gözləmək üçün bir dayanacağı, nə də asfaltlı yolları var.

Bütün bu çətinliklərə baxmayaraq, sakinlərin dilində olan əsas şikayət isə kanalizasiya sistemlərinin olmamasıdır.

Bəs belə şəraitdə yaşamaq nə deməkdir?
“Ümid içində yaşayırıq…”

Adanın sakinlərini dinlədik.

“Övladlarımız uşaqlığını yaşaya bilmir, hər tərəf zibillikdir. Uşaq toz-torpaq, zibil içində virusa tutalaraq necə böyüyə, inkişaf edə bilər? Tək dərdimiz bu olsa, yenə yaxşıdır, lakin o qədər problem var ki burada, sanki yaşayış yeri yox, sahibsiz səhradır. Ümid içində yaşayırıq ki, bəlkə bir gün hansısa dövlət qurumunun belə bir yer olduğu yadına düşər”, – deyə orta yaşlı sakin bildirir.

“Hər tərəf sahibsiz itlərlə doludur”

Şahin Məmmədov pensiyaçıdır. Deyir ki, kanalizasiya problemi bir tərəfə, sahibsiz itlər də problemə çevrilib:

“Nə özümüz, nə də uşaqlar küçə itlərinin əlindən çölə çıxa bilirik. Hansı saatda gəlsəniz, görərsiniz ki, hər tərəf sahibsiz itlərlə doludur. Lazımi qurumlara nə qədər şikayət etsək də, müraciətimizə baxan olmayıb”.

Qum adasındakı sahibsiz itlərin hücumuna biz də məruz qaldıq. Canımızı yaxınlıqdakı mağazaya keçməklə qurtardıq.

Elə mağaza sahibi də sahibsiz itlərin yaratdığı antisanitariyadan narazıdır. Deyir ki, sahibsiz itlər yem axtarışında zibil yeşiklərinə atılan zir-zibil dolu torbaları daşıyıb kənar-bucaqda parçalayır, əsasən də uşaq pamperslərini didib-dağıdırlar.

Sonradan bir balaca külək əsdisə, pampers qalıqları küçələrə səpələnir.

Havanın temperaturu artdıqca Qum adasında üfunət qoxusu daha çox yayılır. Üfunət küçələrə arxlarla axıdılan gələn tullantı sularından qalxır.

Sakinlər bildirirlər ki, çirkli su anbarları da axar yoxdur deyə aşıb-daşır.

“Kanalizasiya sistemimiz yoxdur, onu çəkməyə isə vəsaitimiz heç yoxdur. Fəhlə adamlarıq, zorla dolanırıq, kanalizasiyanı necə çəkək? Biz də məcburuq ki, belə anbarlar qazıyaq. Onsuz da vaxtaşırı anbarların boşaldılması üçün pul ödəyirik. Nə kanalizasiya xəttimiz var, nə də səsimizi eşidən var”, – deyən sakinlər dövlət qurumlarının hərəkətə keçəcəkləri günü gözləyirlər.

Dayanacaq əvəzinə üzərində “BUS” sözləri yazılmış lövhələr

Adada olduğumuz bir neçə saat ərzində sakinlərin dayanacaqda deyil, elə yol kənarındaca avtobus gözlədiklərini müşahidə etdik. Adadakı yolların kənarında dayanacaqlar əvəzinə üzərində “BUS” sözləri yazılmış kiçik löhvələr var. Lövhələr o qədər kiçikdir ki, nə küləkdən daldalanmaq, nə də ki, günəş şüasından qorunmaq olur.

Öyrəndik ki, adada cəmi 2 avtobus dayanacağı var. Ona görə də sakinlər qızmar günəşin altında, yağışlı, qarlı havada da elə yol kənarındaca dayanıb avtobus gözləməyə məcbur olurlar.

Ətrafda sınıq-salxaq, yanmış, itlərin oylağına çevrilən zibil konteynerləri də diqqətimizi cəlb etdi. Sakinlər sahibsiz itlərin qorxusundan zibil torbalarını konteynerlərin yaxınlığına atmaq məcbururiyyətində qalırlar. Qum adasında yaşam çətin olsa da, sakinlər ümidlidirlər ki, nə vaxtsa səsləri müvafiq qurumlara çatacaq və lazımi tədbirlər görüləcək.

Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 May 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see177

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see169

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see148

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see139

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see132

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see130

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri