Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Milli Məclisdə 11 məsələ müzakirə olunub YENİLƏNİB

Milli Məclisdə 11 məsələ müzakirə olunub YENİLƏNİB

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 31-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.

525.az xəbər verir ki, iclası açan Milli Məclisin sədri oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr edilən beynəlxalq parlament konfransı barədə məlumat verib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonra spiker Sahibə Qafarova bugünkü iclasın gündəliyinə 11 məsələnin daxil edildiyini deyib. O, birinci məsələnin 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı olduğunu söyləyib.

Milli Məclisin sədri bildirib ki, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində Zəfərinin beşinci ildönümü tamam olur. 8 noyabr Azərbaycanın tarixinə müdrik siyasi rəhbərliyin və uzaqgörən hərbi strategiyanın təntənəsi, xalqımızın yenilməz gücünün və qəhrəmanlığının rəmzi kimi daxil olub.

Milli Məclisin sədri deputatlara müraciətlə bildirib ki, icazə verin, Azərbaycana tarixi Zəfəri bəxş etmiş müzəffər Ali Baş Komandana, qəhrəman əsgər və zabitlərimizə minnətdarlığımızı bildirək, onları ürəkdən təbrik edək. Parlamentin sədrinin sözləri alqışlarla qarşılanıb.

Sonra Sahibə Qafarova təklif edib ki, Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlansın, Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq. Spikerin təklifi alqışlarla qarşılanıb

Çıxışına yekun vuran Milli Məclisin sədri bildirib ki, müharibə itkisiz olmur. Biz də bu müharibədə şəhidlər vermişik. O, şəhidlərimizə rəhmət, qazilərimizə isə möhkəm cansağlığı diləyib.

Sonra iclasda deputat Vüqar Rəhimzadə Milli Məclisin Bəyanatının mətnini oxuyub.

8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı səsə qoyularaq qəbul edilib.

(Bəyanatın mətni mətbuatda dərc olunacaq.)

Milli Məclisin sədri növbəti 5 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Dövlət xidmətləri haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Deputat qanun layihəsi ilə bağlı birinci və ikinci oxunuşlar zamanı geniş müzakirələrin aparıldığını və layihədə bir sıra dəyişikliklərin edildiyini söyləyib. O, 13.9-cu və 16.4-cü maddələrdə edilən dəyişiklikləri nəzərə çatdırıb, habelə əvvəlki müzakirələrdə səsləndirilən bəzi qeydlərin qanunvericilik təşəbbüsü subyekti tərəfindən məqbul hesab edilmədiyini deyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) mahiyyətini açıqlayıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Sənəddə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirmək məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulur.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “İpoteka haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti barədə söhbət açıb. O, layihə barədə əvvəlki oxunuşlarda ətraflı məlumat verildiyini deyib və sənəddə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar cinayət məsuliyyətinin dəqiqləşdirilməsi, sanksiyaların sərtləşdirilməsi ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.

Qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri növbəti 4 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinin mahiyyətini diqqətə çatdırıb.

Sonra komitə sədri Arzu Nağıyev “Hərbi xidmətkeçməhaqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Növbəti məsələ olan “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov təqdim edib. O bildirib ki, layihənin birinci oxunuşu zamanı dəyişikliklər haqqında ətraflı məlumat verilib.

Qanun layihələri səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin birinci oxunuşda olan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu bildirib. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova

diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması və məlumatların bu sistemə daxil edilməsi ilə bağlıdır. Bu məqsədlə qanuna “Enerji effektivliyi informasiya sistemi” adlı 4-1-ci maddə əlavə olunur, “Enerji auditi” adlanan 6-cı maddənin 6.3-cü bəndi genişləndirilir, eyni zamanda 17-ci maddəyə də 17.1.5-ci bənd artırılır.

Dəyişikliklərlə bağlı deputat Asif Əsgərovun fikirləri dinlənildikdən sonra layihə birinci oxunuşda qəbul olunub.

Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatıb.

Milli Məclisin növbəti iclası başlayıb.

525.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri