Turistlərin xilas etdiyi dəmir yolu xətti FOTO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vyetnamın paytaxtı Hanoyun ən maraqlı məkanlarından biri də köhnə dəmir yolu xəttinin keçdiyi ərazidir.
Avtosfer.az xəbər verir ki, Qatar küçəsi adlanan ərazi hər il on minlərlə turisti cəlb edir. Dəmir yolu xətti boyunca uzanan kafe və butiklərin gəlir mənbəyi turistlərdir. Çox adam bura məhz qatara tamaşa etmək üçün gəlir. Butik və kafelər o qədər sıx yerləşib ki, qatara toxunmaq mümkündür. Öz vətənində relslərin üzərinə çıxmağı ağıllarına belə gətirməyən avropalılar burada qatar xətti üzərində sərbəst gəzirlər.
Maraqlı budur ki, hökumət təhlükəsizliyi əsas gətirərək dəfələrlə xətti sökməyə təşəbbüs göstərib. Lakin hər dəfə turistlərə görə söküntü təxirə salınıb. Xətt söküləcəyi təqdirdə minlərlə hanoylu işsiz qalacaq. Turistlər isə şəhərdən üz döndərəcək.
Bu xətt Fransa müstəmləkə imperiyasının 1900-cü illərdə çəkdiyi Hind-Çin dəmir yolunun bir hissəsidir. Yol Laos və Kambocaya yüklərin daşınmasında istifadə edilib.
Vüqar Yaşaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Sentyabr 2025 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















