Icma.az
close
up
RU
Turizm məkanlarına münasibətdə ictimai məsuliyyət artırılmalıdır ŞƏRH

Turizm məkanlarına münasibətdə ictimai məsuliyyət artırılmalıdır ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 6 sentyabr, AZƏRTAC

Turistlərin tarixi abidələrə və təbii məkanlarda qayaların üzərinə müxtəlif adlar yazması, işarələr qoyması yolverilməzdir. Bu, ilk növbədə, turizm mədəniyyətinin və ictimai məsuliyyətin müəyyən qədər aşağı səviyyədə olduğunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Skal Baku” Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov söyləyib. O qeyd edib ki, Azərbaycan üçün tarixi, mədəni və mənəvi əhəmiyyət daşıyan Şuşa kimi ərazilərdə belə halların baş verməsi yolverilməzdir: “Şuşanın mənəvi yükü ayrıdır. Nəzərə alsaq ki, həmin ərazilər bizim Vətən oğullarının qanı bahasına və döyüşlə azad olunub, bu kimi halların yaşanması heç də xoş deyil”.

Müsahibimizin sözlərinə görə, belə hallar yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif turizm məkanlarında da müşahidə olunur. Lakin onların sosial şəbəkələrdə yayılması mənfi təqlidə və digər insanlar üçün pis nümunəyə çevrilə bilər.

“Xüsusən media nümayəndələri bunu kifayət qədər maarifləndirici mövqedən işıqlandırmalıdırlar ki, cəmiyyətin məlumatlılığı artsın və məsələ ictimai qınağa çevrilsin”, - deyə o bildirib.

Ekspert vurğulayıb ki, maarifləndirmə ilə yanaşı, nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, ciddi pozuntular zamanı zərurət yaranarsa, cəza tədbirlərinin tətbiqi də nəzərdən keçirilməlidir.

C.Aşurov xatırladıb ki, bir neçə il əvvəl Göygöldə və Azərbaycanın digər turizm məkanlarında ətrafa tullantıların atılması kimi xoşagəlməz hallara da rast gəlinib.

“Turizm şirkətlərinin də üzərinə müəyyən məsuliyyət düşür. Onlar turistləri müəyyən destinasiya və məkanlara apararkən bələdçilər vasitəsilə bu məsələlərlə bağlı mütləq xəbərdarlıq etməlidirlər”, - deyə C.Aşurov əlavə edib.

“Skal Baku” Turizm Peşəkarları Təşkilatının sədri xüsusilə Qarabağın bu baxımdan həssas bölgə olduğunu qeyd edib: “Qarabağ daha həssas mövzudur, xüsusən Şuşa. Orada kimlərinsə adlarını xatırlatmaq üçün yazılar yazılması, hər hansı boya ilə işarələrin qoyulması həmin məkanın mənəvi əhəmiyyətini artırmır. Əksinə, gələcək mənəvi irsimizə xələl gətirir”.

C.Aşurov hesab edir ki, maarifləndirmə və nəzarətin artırılması belə halların azalmasına imkan verə bilər. O, Şuşada baş verən hadisəyə yalnız cəza müstəvisindən deyil, turist davranışlarının düzgün istiqamətləndirilməsi və turizm mədəniyyətinin inkişaf etdirilməsi baxımından yanaşmağın vacibliyini vurğulayıb: “Turizm mədəniyyəti təkcə turizm sahəsində olan bir xidmət deyil. Bu, həm də tarixi məkanlara, mənəvi dəyər daşıyan obyektlərə olan münasibətimizin göstəricisidir. Bu mənada belə məsələlərə daha həssas yanaşmalıyıq”. C.Aşurov belə ərazilərdə xəbərdaredici lövhələrin yerləşdirilməsini, yazıların yazılmasının ehtimal olunduğu yerlərdə kamera nəzarətinin tətbiqini və vətəndaş nəzarətinin gücləndirilməsini təklif edib.

“İstənilən halda bu, yaxşı bir örnək deyil. Dünyanın müxtəlif yerlərində, o cümlədən Avropa şəhərlərində də turizm məkanlarında ağacların və digər obyektlərin üzərinə yazılar yazılması hallarına rast gəlinir. Lakin bu, heç bir halda xoşagələn deyil. Bunun qarşısı, ilk növbədə, maarifləndirmə və nəzarət mexanizmləri ilə alınmalıdır”, - deyə o vurğulayıb.

Müxbir - Pərvanə Qafarova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri