Icma.az
close
up
RU
Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Turizm sektorunda çalışanlara ŞAD XƏBƏR

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda turizm sektorunun inkişafını stimullaşdırmaq məqsədilə aviareyslərdən tutmuş hotellərin tikintisinə və ölkəyə əcnəbi turistlərin gətirilməsinə qədər bir sıra istiqamətlər üzrə yeni subsidiya mexanizmləri yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu, Prezidentin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında əksini tapıb.
Sənədə əsasən, turizm sahəsində aşağıdakı istiqamətlər üzrə subsidiya və kompensasiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur:
- qeyri-müntəzəm (çarter) uçuşların təşkilatçılarının xərclərinin kompensasiya edilməsi;
- hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkilinin subsidiyalaşdırılması;
- turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert və əyləncəli proqramların təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiya edilməsi;
- yerləşmə infrastrukturu üzrə investorlara, yeni tikilib istifadəyə verilən hər hotel otağına görə subsidiya verilməsi;
- turoperatorlara Azərbaycana gətirdikləri əcnəbi turistlərə görə subsidiya verilməsi;
- turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin göstərilməsi.
Çarter uçuşları, əlavə müntəzəm aviareyslər, turizm əhəmiyyətli tədbirlər, turoperatorlar, eləcə də mikro və kiçik sahibkarlar üçün subsidiya mexanizmlərinin 2026–2027-ci illərdə hazırlanaraq tətbiqinə başlanılması nəzərdə tutulur.
Hotellərlə bağlı subsidiya mexanizmi isə 2026–2030-cu illəri əhatə edəcək. Sənəddə yeni tikilib istifadəyə verilən hər hotel otağına görə subsidiya verilməsi üçün normativ hüquqi bazanın hazırlanması və mexanizmin tətbiqinə başlanılması nəzərdə tutulur.
Bundan əlavə, turizm və rekreasiya zonalarında hotellər və digər yerləşmə vasitələri, sanatoriya-kurort müəssisələri, qış idmanı üçün stadion və arenalar, eləcə də konqres və peşəkar salonlarla bağlı investisiya layihələrinin manatla götürdüyü kreditlər üzrə faiz subsidiyalarının verilməsi planlaşdırılır.
Bu faiz subsidiyalarının dövlət büdcəsindən Azərbaycan Biznesinin İnkişafı Fonduna ayrılan vəsait hesabına Fond vasitəsilə verilməsi nəzərdə tutulur. Tədbirin icra müddəti 2026–2030-cu illərdir.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see383

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see326

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see260

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see233

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see224

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see223

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see211

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see203

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see196

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see195

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see190

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see186

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see185

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see182

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see180

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see168

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see166

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see146

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see146

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri